Icma.az
close
up
RU
Mehriban Xanlarova: “Xalq artisti fəxri adını gözləmişəm, təəssüf ki, adımı dəfələrlə siyahıdan çıxarıblar...”

Mehriban Xanlarova: “Xalq artisti fəxri adını gözləmişəm, təəssüf ki, adımı dəfələrlə siyahıdan çıxarıblar...”

Pravda.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Əməkdar artist Mehriban Xanlarova fəxri adların ləğv olunacağı barədə müzakirələrə münasibət bildirib.

M.Xanlarova Pravda.az-a açıqlamasında deyib ki, fəxri adlar dövlət başçısının imzası ilə verilir.

“Bəzi sənətçilərimiz var ki, illərdir, sənətdə külüng vurublar. Həvəslə Əməkdar artist adını gözləyirlər. Kimisi fikir edirdi, kimisi ürək ağrısı çəkirdi. Bunu özünə dərd edə, stress keçirə bilər. Hamının adından deyə bilmərəm. Mənim onsuz da “əskim tüstülü”dür. Deyərlər ki, sən özündən mollalıq edirsən, amma reallıq budur. Mən razıyam, fəxri adları ləğv etsələr, onda bilinər ki, qatıq ağdır, yoxsa qara. Tamaşaçı kimi sevir, kimə dəyər verir, tamaşaçı yanında kimin hörməti var, kimin yoxdur - hamısı bilinər. Sənətkar olaraq bizi yuxarı qaldıran, istəsə, yerdən-yerə vuran birinci növbədə tamaşaçıdır. Allah məni yerdən-yerə vurmasın, tamaşaçıların mənə qarşı olan sevgisini əlimdən almasın. Xalq artisi fəxri adını almasam da, əsas budur ki, xalqın içindəyəm, xalqın sevgisini görürəm. Mən 2002-ci ildən Ulu Öndərimiz Heydər Əliyevin imzası ilə Əməkdar artistəm. Bəlkə, soruşarsınız ki, Xalq artisti adını gözləməmişəm? Gözləmişəm. Çox təəssüf ki, adımı dəfələrlə bilib, çıxarıblar. Allah Prezidentimizin canına dəyməsin. Həmişə Prezident tərəfindən də dəyərləndirilmişəm. Xalq artisti adı verilsə, şadyanalıq edərəm. Amma bu gün fəxri adlar ləğv edilsə, heç nə deyə bilmərəm. Mən də dövlətin bir qulluqçusuyam. Siravi vətəndaş kimi, “baş üstə” deyərəm. Dövlət başçımız fəxri adların ləğv olunması ilə bağlı qərar versə, biz kimik ki? Adi siravi vətəndaşıq. Olmur, olmasın, nə fərqi var? Xarici dövlətlərdə Əməkdar artist, Xalq artisti adı var? Bəli, yaxşı mükafatlar verirlər, olarsa, nə gözəl... Amma reallıqla, düzgünlüklə versinlər. Kiminsə əmisi, dayısı, pulu varsa, onu irəli gətirib verməsinlər. Əsl sənətçiyə, əsl sənət fədaisinə, əziyyət çəkən, sənətdə qocalana, saçları ağarana versinlər. Onda deyərəm ki, əhsən! İllərlə teatrlarımızda çalışan o qədər sənət fədailərimiz var, heç Allahın bir kağızını belə almayıblar”, - o bildirib.

Əməkdar artist müəyyən yollarla fəxri adlar alanlar barədə iddialara isə belə cavab verib: “Mən belə məsələlərə qarışmıram, bilmirəm. İnsan gözü gördüyünü, qulağı eşitdiyini deyər. Teatrla bağlı danışıramsa, deməli, nəsə bilirəm. O ev mənim evimdir. Heç kim kənardan bilmir ki, onun içində nə hadisələr baş verir. Yaltaqlıq edib, kimlərəsə yalandan yazmaq lazım deyil. Sən mənim teatrımın içini bilə bilməzsən. Mən də kiminsə mətbəxinin içini bilə bilmərəm. Bir insanın damarında azərbaycanlı - türk qanı axırsa, kimsə kiminsə mətbəxinə girib özündən mollalıq niyə edir? Bəyəm sənə bununla qızıl medal verirlər? Yoxsa yaxandan taxta medal asırlar? İnsan yaltaq olmaz. Bilirsənsə, düz danış, bilmirsənsə, sus, dilini qarnına qoy, yerində otur. Bəzi yaltaqlar çıxıb, kiminsə sifarişi ilə yazdırırlar. Sözüm onlaradır...”

Aytəkin Qardaşova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://pravda.az
archiveBu xəbər 08 Aprel 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see199

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see174

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see161

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see135

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see127

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see125

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see124

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see121

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see120

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see119

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see118

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see118

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see118

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see118

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see118

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see118

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see117

Alkoqol içdiyiniz zaman üzünüz qızarır? Həkim təhlükə barədə xəbərdarlıq etdi

31 May 2025 07:31see115

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see114

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri