Icma.az
close
up
RU
“MƏHSƏTİ” FİLMİ Parallaks baxışlar. Görünənlər. Əsil gerçəklik

“MƏHSƏTİ” FİLMİ Parallaks baxışlar. Görünənlər. Əsil gerçəklik

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Prof.Tahirə Allahyarova

“..xəbərin mürəkkəb şəklində ciddi mədəni, siyasi, ictimai, hətta kəşfiyyat xarakterli təhdidləri var. Birincisi..2,3,4...10-cu..və s.” - Mirşahin Ağayev

“Məhsəti” filmi ətrafında səs-küy səngidi, “film harada, nə vaxt, niyə, necə, nə məqsədlə ortaya çıxıb?” - sualları cavabsız qalıb... Filmlə bağlı səslənən rəylərdən çoxu “heç nə deyə bilmərəm, çünki baxmamışam” - kimi idi. Halbuki, filmdən paylaşılan fraqmentlərdə Məhsəti Gəncəvi ilə bağlı təsəvvürlərimiz və əsərin qəhrəmanı arasındakı fərqin sadəcə anonsu “şok” effekti yaratdı.

Bir-birinə diametral əks baxışların bəziləri - rejissoru, baş rol ifaçısını, film çəkəni müdafiə etdi. Bəziləri “əxlaq keçikçisi” əsrinin artq tarixdə qalmasını bildirdi. 3-cülər filmi və aktrisanı bir kənara qoyub, Məhsəti Gəncəviyə “əxlaqsız” deyib linç etdi. Bunların sırasında absurdun zirvəsi bir filoloq alimin “əxlaqsızlıq” anlayışı oldu. Sitat: “Mənə pis təsir edən budur ki, filmi tənqid edirlər... lakin Əbülfəs Qarayevi işə qatmaq əxlaqsızlıqdır.”( filoloq Firudin Qurbansoy).

Ekzotik adlanacaq başqa fikirlər də vardı: film “oriyentalizm”-dir, FETÖ, Soros və s. (!?)

“Məhsəti” filminin rejissorunu müdafiə edən digər fikir sahiblərinin arqumentləri belə idi: “Filmə ideoloji baxış ağırlıqlı olarsa, çağdaş film yaratmaq mümkün olmayacaq. Kino sənətinə töhfə vermək istəyən rejissorları bu cür ittihamlara məruz qoymaq onların qol-qanadını sındırmaq deməkdir. Həqiqətən ehtiyatlı olmalıyıq. Bu gün səviyyəli film çəkmək üçün böyük vəsaitə ehtiyac var.”(Fazil Mustafa, deputat). Məntiq: vəsait olmadığı üçün “kim nə istəyir çəksin” - kimidirmi?

Qeyd edilənlər necə olsa da, hər halda filmə münasibət, fikirlər idi. Münasibətin bu formasını seçənlər “Susmaq razılıq əlamətidir” - məntiqini üstün tutdu. Halbuki bu qism əslində ilk olaraq danışmalı olanlar idi. Susqunlar - adi vaxtlarda TV, kino, efir, bədiyyatla bağlı efirdən düşməyənlərin - Mədəniyyət Nazirliyinin layihələrində fəal olanlar (Aqşin Yenisey və digərləri s.), tənqidçilər, publisistlər (professor Q.Məhərrəmli) və bir çox başqa mediatik fəal şəxslərdən gözləntilər havada qaldı.

Bütövlükdə “Məhsəti” filmi ətrafında baş verənlər nəinki toplumun, daha vacibi, sahənin tənqidçi-təhliçi cameəsinin, mədəniyyətimizdə baş verən proseslər, o cümlədən, film, rejissor və aktrisa ilə bağlı reallıqdan tamamilə xəbərsiz olduğunu aşkara çıxardı. Filmin məzmunu janr olaraq "underground" (meynstrim (rəsmi) mədəniyyətə qarşı), gerçəklikdə təxribat olsa da, məşhur ailədən olan müəlliflin və komandasının fəaliyyəti ilə bağlı bu qədər məlumatsızlıq bizə heyrətamiz göründü.

Məlum olur ki, ölkə ictimai-siyasi, ədəbi-bədii, mədəni-mənəvi həyatında baş verən proseslərdən kimsənin xəbəri yoxdur ... bir nəfər istisna olmaqla...

Əminik ki, “REAL Təhlil İnformasiya Mərkəzi” - Real TV-nin baş direktoru Mirşahin Ağayev də özünün dediyi kimi, bu “filmciyə” baxmayıb. Bəs o nədən film adlanan bu təxribatın təhdidlərini görə bilir, dönə-dönə mövzuya qayıdır. Bir anlığa təsəvvür edək ki, filmlə bağlı müzakirələrdə Mirşahin Ağayev də yoxdur, “baxmayanlar” kimi susur, danışmır, yaxud da “baxmayıb” da filmi müdafiə edir. Bunu təsəvvür etmək belə dəhşətdir.

Maraqlı olan bir də bu məqamdır ki, Mirşahin Ağayev film, müəllif, onun komandası ilə bağlı bu araşdırmada təqdim edilən məlumatları, fikrimizcə təfərrüatlı bilmir, amma yenə də o təhdidləri necə görə bilir? Cavab birdir: dövlətçilik, dəyərlər və milli təəssübkeşlik fəhmi, duyumu. Azərbaycana qarşı planlaşdırılan bütün təhdidləri görmək, dəyərləndirmək üçün “3-cü göz” qismində dövlətçilik fəhminə, milli mənəviyyat duyumuna malik olmalısan.

 Onu bağışlamaq olarmı? Suad Qarayevanın üzrxahlığı: səmimi peşmançılıq yoxsa psixoloji zorakılıq-qazlaytinq fenomeni

Filmi xəbər başlığına çevirən onun müəllifi - Suad Qara oldu. Bilərəkdən ajiotaj yaratmaq - diqqət cəlb etmək üçün. Sonra bir-birinə kökündən zidd açıqlamalar gəldi:

1. Filmi festivala buraxmayanlara etiraz-bəyanat yazması;

2. Öz “yaradıcı” heyətindən üzr istəməsi;

3. Sonra bu yazdığını da silməsi;

4. Sonra hamıya üzrxahlıq yazması və nəhayət, (5) şərh bölümünü bağlaması. Bu nə sürət, nə dəyişkənlik?! Suad Qaranın üzrünü yaşadığı “koqnitiv dissonans” effekti” saymaq olarmı? Bu cür filmi dörd il əvvəl çəkən birinin öz mövqeyini bu sürətlə dəyişməsinin məntiqi izahı, təbii, yoxdur. Bu sadəcə filmlə bağlı “antireklam-reklam” ajiotajının yaranmasına nail olandan sonrakı “psixoloji qazlaytinq” fenomeni idi. “Qazlaytinq” (gaslighting) psixoloji manipulyasiyanın, psixoloji zorakılığın bir formasıdır. Qarşısındakını - gördüyü gerçəkliyə dair fikrinə təzyiq etməyə, özündən şübhələnməyə, hətta gözü ilə gördüyünü, öz fikrini inkar etməyə məcbur edən davranışdır. Bu günkü posthəqiqət əsrində qazlaytinq fenomeni psixoloji anlayış çərçivələrini aşıb, artıq “siyasi, mədəni və geosiyasi qazlaytinq” müstəvilərinə də dərindən nüfuz edib. Bunlar başqa mənalardır və qarşıda bəhs ediləcəyi kimi, bu mənalar Suad Qaranın üzrxahlığına -“mədəni qazlaytinq” əməlinə tam olaraq aiddir.

İstər sosial normalarda, istərsə də sakral kitablarda vurğulanan üzrxahlığın meyar-prinsipləri: səmimilikdir, söz deyil - əməllərdir. Bu yoxdursa, deməli quru, boş sözlər, saxta üzrxahlıq: ictimai rəyi çaşdırmağa hesablanmış riyakarlıq, tərbiyəsizlikdir.

Suad Qaranın “üzr-qazlaytinqi” elə-belə ortaya çıxmadı. Özünün və ona ev tapşırığı verənlərin müzakirələri diqqətlə izləməsindən, Azərbaycan izləyicisini beləcə avam və sadəlövh saymasından, son on ildəki fəaliyyətindən hamının xəbərsiz olmasına əminliyindən irəli gəlib. Bu araşdırmada onun dərindən yanıldığı, ölkə izləyicisinin “İQ”-sünün Suad Qara və “ağalarının” əmin olduğu qədər aşağı olmadığı YALNIZ ƏLAHƏZRƏT FAKTLARLA göstəriləcək.

Mədəniyyətimizin, dəyərlərimiz və ideoloji təhlükəsizliyimizin, mənəvi immunitetimizin bu günü və gələcəyini düşünənlər, “Məhsəti” filmini müdafiə edənlər, müzakirələri hay-küy sayanlar, fursət varkən Məhsəti Gəncəvini də “linc” edənlər üçün... ilk şairəmizin irsini sərvətimiz hesab edən, mədəni kimliyimizin üzləşdiyi təhlükələrin miqyas və dərinliyini görmək istəyənlər üçün maraqlı olacaq.

 Filmə ictimai reaksiya: “İspan xəcaləti”. Nə mimezis, nə də katarsis...

“Məhsəti” filmi ilə bağlı son 3 həftə rəqəmsal əsrin “aqorası” olan-sosial şəbəkələrdə toplum olaraq yaşadığımız fenomen “ispan xəcaləti, utancı”- adlana bilər. “İspan utancı” - sadə dildə başqasının ədəbsiz və ya nalayiq hərəkətinə görə onun (onların) əvəzinə utanmaq, sıxılmaq, ayıb hissi yaşamaq kimi başa düşülür. Deyilənə görə, anlayış (spanish shame) elə filmlərlə bağlı - 1990-2000-ci illərdə ekranları dolduran ispandilli – Meksika, Argentina teleseriallarını izləyən ingilis tamaçaşıların utanc reaksiyalarını ifadə etmək üçün ortaya çıxıb.

Üzr postunu yazan Suad Qarayeva hesab edir ki, hər şey bitdi. Halbuki, yaşanan “ispan ayıbı” yaddaşlarda asan unudulan fenomen deyil, ictimai əxlaqda onun “şram-çapıq” izləri qalır... Filmin təhvil verildiyi Fransa şirkəti “Məhsəti”ni festivaldan festivala daşıyanda həmin izlər hələ çox sızlayacaq...

 “Filmin sonu”, yoxsa... ”Məhsəti” Fransa şirkətinə“əmanət” edilib. Suad Qaranın “Oskar” hədəfi...

“..o film adlanacaq nəsə heç bir yüksək məziyyətə malik olmasa belə harada nümayiş olunsa Azərbaycan, onun mənəviyyatı, tarixi, ədəbiyyatı, şeiri yenə təhqir olunacaq.” - Mirşahin Ağayev

Film Fransanın “Origine Films” kinoşirkətinə təhvil verilib.

“Məhsəti” filminin bundan sonrakı taleyini müəyyən edəcək Fransanın “Origine Films” şirkəti Paris və Lionda yerləşir. Bu nə sirri-xuda? Sadəcə məntiq: Suad Qara 20 ildən çoxdur İngiltərə -Londonda yaşayır, vətəndaşıdır, amma film dünya erməniliyinin ən çox şəbəkələşdiyi Fransanın kinoşirkətinə verilib!? Və... şirkət filmii 2025-ci ilin may ayında Amerikada ən çox ermənilərin yaşadığı Kaliforniyada festivala çıxarıb!? Gələn ildən onun digər festivallarda yayımına yeni başlanacaq. 

Fransa kino sənayesinə tanış olanlar bilməmiş deyil ki, bu sahə ənənəvi olaraq ermənilərin əlində olub. İstəsəz Ayaz Salayevin Kann festivalında erməni şəbəkəsi ilə bağlı dediklərini xatırlayın. İstəsəz də sadəcə dünya və Fransa erməni diasporunun öndə gedən isimlərindən, Fransada kino, mədəniyyət sektorunun sahibi, Kann festivalının onillərlə rəhbəri Alan Terziyanın adını internetdə axtarış edin. Onun əlaqə və əhatəsinə bir misal: 2017-ci ildən cari 2025-ci ilə qədər UNESCO rəhbəri Odri Azulay Alan Terziyanın kadrı olub və təşkilatı Azərbaycana qarşı yönəldən əməllərlə yadda qalıb.

ABŞ ermənilərin ən çox mənzilləndiyi Kaliforniya ştatındakı festivalında “Məhsəti” filminin elanı: “Gənc aktrisa 12-ci əsrin qalmaqallı şairəsi Məhsəti Gəncəvinin rolunu oynamaq üçün çətinlik çəkir...” “Origine Films” şirkətinin filmi festivala çıxardığı Kaliforniya festivalının saytında film haqda deyilir: “Azərbaycan-Rumıniya” birgə istehsalı olan filmdə gənc teatr aktrisası Mina, qalmaqallı 12-ci əsr şairi Məhsəti Gəncəvi rolunu canlandırmaqda çətinlik çəkir. Dostlarının təklifi ilə ilham axtarışı üçün şəhərdə bir gecə klubuna gedir. Orada cazibədar bir gəlmə-qəriblə qarşılaşır və onların arzuları Şərq nağılındalı kimi gerçəkləşir.”

 “Məhsəti” filmi 44 günlük Vətən müharibəsi gedərkən çəkilib. “Film harada, nə vaxt çəkilib?”- Suad Qaranın dilindən...

Filmlə bağlı müzakirələrdən məlum oldu ki, onun nə vaxt, harada, kimin maliyyəsi ilə çəkiməsi, baş rol ifaçısının kimliyinə dair heç kimin xəbəri yoxdur. “Məhsəti” filmi Azərbaycan xalqı 44 günlük Vətən müharibəsinə, Qarabağda haqq savaşına qalxan günlərdə çəkilib! Film əvvəlcə “Şaftalı” adlanıb... 4 il əvvəl şəhərin mərkəzində nümayiş-performans təqdim edilib.

Beş il əvvəli, müqəddəs tarixi günləri xatırlayın. Xalq olaraq hər gün cəbhə xəbərlərini, Rəşadətli Ordumuzun işğalçı düşməndən torpaqlarımızı, bu gün hansı kəndi, şəhəri - necə azad etməsi ilə bağlı Ali Baş Komandanın paylaşdığı cəbhə xronikasını ürək döyüntüsü ilə gözlədiyimiz bir vaxtda, Suad Qara tamamilə Nowar-çı olan komandası ilə erotik pornodram çəkirdi...

Xalqımız 44 günlük Vətən müharibəsinə, Qarabağ uğrunda ölüm-dirim savaşına qalxanda Suad Qaranın çəkdiyi “Hərb və sülh” filmi deyildi. Filmdə söhbət Avropadan əvvəl (1918-ci ildə) Azərbaycanda qadınlara seçki hüququnun verilməsindən, yaxud dövlətimizin ilk şairəmizin azadfikirli yaradıcılığına verdiyi yüksək dəyərlə də bağlı deyildi.

Filmdə otuz il işğal altında olan torpaqları azad etməyə könüllü gedən oğulları cəbhəyə yola salan, sonra şəhid xəbəri gələn həmin oğulları son mənzilə yola salan ana-bacılar, həyat yoldaşları da mövzu deyildi. Suad Qara Vətən müharibəsinin ən qızğın çağında “Məhsəti” filmində - Azərbaycanda ilk şairə qadının irsinə, düşündüyü kimi “feminist” eyvandan da deyil, əxlaqsız eyvandan, malik olduğu zehniyyətindən baxışını çəkirdi .

Vətən müharibəsi vaxtı çəkilən film 2021-ci il oktyabrın 21-də - Vətən müharibəsinin 25-ci gününün idönümündə nümayiş etdirilib. Həmin gün xalqımız Zəngilanın azad edilməsinin 1-ci ildönümünü qeyd edirdi və dövlət başçımız Zəngilanda 30 il sonra evlərinə qayıdan soydaşlarla görüş keçirirdi.

Suad Qaranın “üzr” postunda 2 dəfə vurğuladığı “hər zaman” sözləri ilə gerçək əməlləri arasında bütün fəaliyyəti boyu - “hər zaman” uçurum olub və tək bir yazıda əhatə edilməsi mümkün deyil. Hələkik bu yazıda filmin çəkildiyi zaman və məkanı, baş rola seçilən aktrisanın, qalan heyətin kimliyi ilə bağlı məlumatlar təqdim edilir.

Film əvvəlcə “Şaftalı”, sonra “Məhsəti” adlanıb. Suad Qaranın “kəşfinə” görə, “şaftalı feminizmin simvolu, manifestasiyasıdır.

4 il əvvəl “Şaftalı” adı ilə performans-nümayişində Suad Qara çıxış edib. Və deyib: “Bizim filmimiz belə yaranıb, müharibəyə, koronavirus qadağalarına baxmayaraq komandamızın mətanəti sayəsində biz bu işi ərsəyə gətirə bildik!”

Şaftalının feminist olması... Performansda şaftalı meyvəsinin, çiçəklərinin “erotik- simvolik” rəmz daşıması, Məhsətinin rübailərində ondan çox bəhs edilməsi qeyd edilib. Sitat: “Şaftalı-feminist manifestasiyadır.”

Beləliklə “hər zaman xalqın və dəyərlərin yanında olduğunu” deyən Suad Qara Vətən müharibəsi gedən günlərdə və postmüharibə günlərində tamamilə başqa dəyərlərin peşində, başqa yerdə olub, “Şaftalı-Məhsəti” filmini çəkib. ”Səhər yeməyi” adlı ilk qısa filmini nümayiş etdirib. Cəbhədəki erməni hərbi cinayətlərindən, Gəncə və Bərdədə dinc əhaliyə raket hücumunu deyil, Azərbaycanda məişət zorakılığını müzakirə edib.

Filmin çəkildiyi və nümayiş olunduğu məkanla bağlı ayrıca yazacağıq, çünki bütün sirrlər Suad Qaranın yeddi il əvvəl “işğal etdiyi” həmin bu məkanda gizlidir.

Beləliklə, torpaqlarımızın 20%-i Qarabağda azad ediləndə, mənəviyyatımızın 20%-nin burda işğalına başlanmışdı - deyə bilərik.

 Məhsəti rolunun ifaçısı...“Milli-mental aktrisa”

Suad Qaranın: LGBT-çi, AXCP-çi, “Nowar”-çı, anarxofeminist aktivist Fərqanə Abdulla və digər komanda üzvləri ilə işbirliyi necə başlayıb?

Yuxarıda qeyd edilən, mədəniyyət və mənəviyyatımızla bağlı baş verənlərə susqun qalanlar fonunda yaranan boşluqda mədəni, ədəbi-bədii gündəmimizdə baş verənlərə yazıçı münasibətini bildirmək kimi vacib missiyalı yeni təşəbbüsün aparıcısı, yazıçı, publisist Şərif Ağayarın baxışları diqqəti cəlb etdi. Filmə sıradan adi izləyicinin deyil, “Yazıçı postu”ndan görünən mənzərə vacib idi.

Yazıçı, publisist Şərif Ağayar baş rol ifaçısını müdafiə etdi, hətta onu “abırlı”,“milli -mental aktrisa” adlandırdı. Bu “Məhsəti”-Fərqanə Abdullanın “məsum” açıqlamasına”(gerçəkdə-qazlaytinq) aldanma, emosional manipulyasiyaya məruz qalmamı idi? Bəlkə, əksinə,yazıçı onu yaxşı tanıdığı üçün müdafiə etdi?

Tənqid hədəfini dəqiq nişan alan, sərt söz seçimində güzəşt tanımayan, “MMA döyüş” üslublu tənqid tərzi, zərbəçi arqumentləri ilə tanınan yazıçımız baş rol oyunçusuna böyük bonus verdi, “milli-mental aktrisa” adlandırdı. Sitat: “Aktrisaya o qədər təzyiqlər oldu ki, o açıqlama verməli olub ki, ”öpüşdüyüm öz ərimdir”. Təsəvvür edirsiz, Azərbaycanda kinonun vəziyyəti nə yerdədir?... Eşitdiyimə görə Fərqanə çox istedadlı aktrisadır...).

 Fərqanə Abdullanı gerçəkdən tanımayanlar və Şərif Ağayar üçün “aktrisa”nın fəaliyyəti haqda

Məhsəti rolunun ifaçısı “milli-mental”, “utancaq-məsum”, Vətən müharibəsi gedişində film çəkilişində olan Nowar-çı Fərqanə Abdulla haqqında. 

 Azərbaycanda son on ildə “feminizm” adlandırılan, gerçəklikdə dünyada bu hərəkatın 4 dalğasının heç birinə dəxli olmayan aktivizmin formalaşdırılması cəhdləri baş verdi. Araşdırmalardan məlumdur ki, siyasi müxalifədən ümidlərini kəsən Qərb ölkələri ölkədaxili sabitliyə müdaxilə etmək üçün daha hiyləgər üsula əl atdı. Sitat: “Qərb Azərbaycanda partiyaları, medianı dəstəkləmir, müxalifətə dəstəkdənsə, LGBT və feminizmə dəstək verir" (İlkin Rüstəmzadə.Nidaçı). Özəlliklə müsəlman ölkələrdə “radikal feminizm ,anarxist və LGBT ideologiyanın patriarxat üzərində qələbəsini” təmin edəcək, çətir olaraq feminist, anarxist, LGBT-çilər ətrafına ölkədə ehtimal edilən bütün narazı qüvvələrin (AXCP-çi, radikal dindar, nihilist, anarxist, solçu və s.) total şəbəkələşməsinə milyonlar ayrıldı (Bu barədə ayrıca yazılacaq.)

Məhsəti rolunu ifaçısı Fərqanə Abdulla-Nərmin Şahmarzadə və Gülnarə Mehdiyeva, Zümrüd Yağmur və qızları, bu məqsədlə yaradılan şəbəkənin aparıcı aktivistləridir.

2019-cu ildən bəri keçirilən 8 mart və s. aksiyalar məlumdur. F.Abdullanın aktivist fəaliyyəti çox geniş olduğu haqla yazıçı Şərif Ağayarın onu tanımaması, ”milli-mental, utancaq və abırlı” adlandırması təbii ki, inandırıcı deyil. Yeri gəlmişkən, yazıçının feminist hərəkatın, LGBT ideologiyanın Azərbaycandakı özəlliklə mutasiyaya uğramış eybəcər formasına rəğbəti də, “rəngli adamlar, rənglərlə” bağlı kitabları da mediadan məlumdur. Belə halda tanıdığın aktrisa və hərəkatla bağlı “eşitdiyimə görə yaxşı aktrisadır” demək, onun yanında “milli” kimi ulu sözü yazmaq səmimi görünmür.

Uzun alındığı üçün Məhsəti - Fərqanə Abdullanın Nowar-çı, anarxo-feminist və LGBT ideologiyasını Azərbaycanda yaymaq tapşırıqını alan, bu yöndə aktivizm hərəkatının Nərmin Şahmarzadə və Gülnarə Mehdiyeva ilə “bani-başçıları, üçlük” olması ilə bağlı sadəcə mediada yer alan xəbərlərdən şəkillərlə xatırladırıq. 

Nowar-çı, anarxo-feminist və AXCP-çilər “Milli-mental aktrisa”nın yazdıqları..

Fərqanə Abdulla AXCP sədr müavini Fuad Qəhrəmanlının qızı Sənay Yağmurun müdafiəsinə aksiyada

“Məhsət” - Fərqanənin AXCP-çi Zümrüd Yağmur, Sənay Yağmurun öz xalası oğluna qarşı məhkəməsində məhkəmə binasına təxribatda iştirakı

Mədəniyyət, sənət, dəyərlər-hər bir xalqın milli kimliyinin DNT-si, varlığının qarantıdır. Nə tarixdə, nə də dünyada mədəni kimliyini və irsinin qoruya bilməyən, onu gələcək nəsillərə ötürə bilməyən heç bir dövlət mövcudluğunu qoruyub saxlaya bilməyib. XXI əsrə heç də bütün dövlətlər gəlib çıxa bilməyib. İndiyədək çökdüyü, məhv olduğu deyilən 14 sivilizasiyanın çöküb hamısı “Toynbi məqamına”-mədəni-milli kimliyi qoruya bilmədiyi, zamanın çağırışlarına cavab verə bilmədiyi üçün məhv olub. Xarici təsirlərə, başqa sivilizasiyanın mədəni kimliyi ilə qarşılaşanda özünü qorumayan mədəniyyət sağ qala bilməz. YALNIZ ÖZÜNƏ MƏXSUS OLAN MƏDƏNİ KİMLİYİ toquşan mədəniyyətlərin şahmat taxtasında yox olub gedir...

Netflix-in hər kəsin telefonunda qlobal ekrana çevrildiyi hazırkı dövrdə bu “müqəddəs yeri” qətiyyən boş qalmır. Kainatdakı superkütləvi “qara dəlik” effekti ilə yabançı dəyərləri, milli və mənəvi olmayan hər şeyi cəzb edir. Üstəlik də bəlli düşmənlərimizin “müqəddəs boş yerlərimiz” üçün pusquda durduğu hazırkı dövrdə.

Hələ Aristotel "Poetika" əsərində faciə və poeziya nümunəsində dəyərlərin formalaşmasında sənətin alternativi olmayan missiyası haqda yazıb. Bu missiyanın dərk edilməsində Suad Qara zehniyyəti Z.Freydin nəzəriyyəsindəki-insanın psixoanalitik inkişafında qət etdiyi 3 mərhələdən: İd (şüuraltı,instinkt), Eqo (məntiq və ağıl) və Supereqo.(əxlaq qaydaları,sosial normalar)- 1-cisində ilişib qalıb.

Növbəti yazının anonsu...

On illərlə mədəniyyətə rəhbərlik edən nazir qızının fəaliyyəti, onun akademik terminlə qeyri-peşəkar “professional” olmayan reallıqda LGBT-çi, AXCP-çi, “Nowar”-çı, anarxofeminist, ekoanarxist aktivistlərdən ibarət film komandası və o cümlədən Fərqanə Abdulla ilə işbirliyi necə ortaya çıxıb? Suad Qara və komandasını “Məhsəti” filmini çəkdiyi və ilk təqdim etdiyi özünü “Salaam Sinema sənət məbədi”nin (!?) fəaliyyəti nədən ibarətdir? “Rəngli inqilabları” dəf edən Azərbaycanda “mavi inqilab” ssenarisinin reallaşdırmaq planlarında “LGBTQ lobbiçi gettonun” yaradılması yönündə Suad Qaranın himayəsi ilə fəaliyyət göstərən bu məkanda on ilə yaxındır nə işlər görülüb? Əbülfəs Qarayevin qızı anarxofeminizm, LGBT, ekoanarxizm, Nowar-çı və s. çətir altında ölkədə radikal-avanqard müxalifət formalaşdırmaq, AXCP, radikal islamçılar, ümumilikdə bütün “kritik kütləni”-narazı kəsimi şəbəkələşdirmək, lazım olan “X”anında anidən səfərbər etmək ssenarisini və ev tapşırığını kimlərdən alıb? Bu yöndə artıq hansı işlər görülüb?

Ardı var..

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:59
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 Dekabr 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see224

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see187

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see166

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see160

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see158

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see149

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see143

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see139

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see135

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see134

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri