Məhsəti Gəncəvinin heykəli Ədəbiyyat Muzeyinə hədiyyə edilib
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə görkəmli Azərbaycan şairəsi Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib.
Bu barədə Muzeyin direktoru, akademik Rafael Hüseynov məlumat verib. O bildirib ki, heykəlin müəllifi heykəltəraş və rəssam İlqar Balayevdir. Sənətkarın hazırladığı əsər Məhsəti Gəncəvinin xatirəsinə həsr olunub. Heykəl yaxın günlərdə muzeydə Məhsəti Gəncəviyə həsr olunmuş ayrıca zalda öz yerini tapacaq.
Akademik Rafael Hüseynov Məhsəti Gəncəvinin irsinin öyrənilməsi istiqamətində son illərdə mühüm işlərin görüldüyünü söyləyib. Qeyd edib ki, şairənin yaradıcılığı ilə bağlı müxtəlif dillərdə kitablar nəşr edilib, elmi araşdırmalar aparılıb, dissertasiyalar və məqalələr hazırlanıb, onun obrazı təsviri sənətdə və musiqidə əksini tapıb. Tut ağacından hazırlanmış bu heykəl də Məhsəti Gəncəvinin xatirəsinə həsr olunmuş ekspozisiyanın yeni sənət nümunələrindən biri olacaq.
Qabil YUSİFOĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:201
Bu xəbər 14 Sentyabr 2026 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















