ABŞ ın Gürcüstana münasibəti dəyişməlidir
Icma.az, Axar.az saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Tramp keçmiş administrasiyanın ədalətsiz rəftarını ləğv edə və Gürcüstanla tərəfdaşlığı yeniləyə bilər.
Axar.az xəbər verir ki, bunu hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının baş katibi və Tiflis meri Kaxa Kaladze deyib.
"Əvvəlki administrasiya (Co Bayden) dövründə bu açıqlamalar, qəbul edilən konkret qərarlar yalan, aldatma və böhtanla dolu idi. Bu necə bir münasibətdir? Bu necə bir yanaşmadır? Bu, tərəfdaşlıq deyil. Bu, dostluq deyil. Müvafiq olaraq, hazırkı administrasiya, Prezident Tramp, əvvəlki administrasiya dövründə hökm sürən bu ədalətsiz rəftarı düzəltmək və Gürcüstanla münasibətlərə yeni səhifədən başlamaq üçün həqiqətən də fürsətə malikdir", - Kaladze "İmedi" televiziyasına verdiyi müsahibədə bildirib.
Qeyd edək ki, 2024-cü ildə Gürcüstanın xarici agentlər haqqında qanun qəbul etməsindən sonra Tiflisin Vaşinqtonla münasibətləri xeyli pisləşib. ABŞ bu addımı vətəndaş cəmiyyəti və azad medianın boğulması kimi qiymətləndirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 12 Noyabr 2026 09:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















