Icma.az
close
up
RU
Məhsul şəhadətnamələri buraxılacaq

Məhsul şəhadətnamələri buraxılacaq

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Sentyabrın 18-də Milli Məclisin Aqrar siyasət komitəsinin 2026-cı ilin payız sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Tahir Rzayev yeni sessiyada komitənin fəaliyyətinə uğurlar arzulayıb, gündəliyə 6 məsələnin daxil edildiyini bildirib.
Newscenter.az xəbər verir ki, gündəliyin birinci məsələsi olan 2026-cı ilin yaz və növbədənkənar sessiyaları ərzində Milli Məclisin Aqrar siyasət komitəsində görülən işlər barədə hesabatı təqdim edən komitə sədri vurğulayıb ki, ötən dövr ölkənin həyatı əlamətdar hadisələrlə zəngin olub. Ölkə rəhbərinin müdrik siyasəti sayəsində Azərbaycanın iqtisadiyyatı inkişaf edib, dövlətimizin beynəlxalq aləmdə nüfuzu artıb, vətəndaşlarımızın rifah halının yaxşılaşmasına xidmət edən dövlət proqramları qəbul edilib. Qeyd olunub ki, dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icrasında parlament də yaxından iştirak edir.
Məlumat verilib ki, ötən sessiyada komitənin 11 iclası keçirilib, 15 məsələyə baxılıb. Həmçinin hesabat dövrü ərzində komitədə ictimai dinləmələr, müzakirələr, görüşlər və digər tədbirlər keçirilib. Qeyd olunub ki, sözügedən dövr ərzində komitənin ünvanına 45 məktub, təklif, ərizə daxil olub, müraciətlərdəki məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatlara məktublar göndərilib, ərizələrin əksəriyyəti müsbət cavablandırılıb.
Aqrar siyasət komitəsinin 2026-cı ilin payız sessiyası üçün iş planının layihəsi ilə bağlı bildirilib ki, planda qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan qanun layihələrinin müzakirəsi, komitənin profilinə uyğun mövzularda dinləmələrin keçirilməsi və digər məsələlər əks olunub.
Sonra Mülki Məcəllədə, Gömrük Məcəlləsində, “Xidməti və mülki silah haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Ovçuluq haqqında”, “İxrac nəzarəti haqqında” və “Telekommunikasiya haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı komitə sədri bildirilib ki, layihə “Lisenziyalar və icazələr haqqında” Qanuna uyğunlaşdırma xarakteri daşıyır və adıçəkilən qanunlarda “xüsusi” sözünün müvafiq yerlərdən çıxarılması təklif olunub.
Bildirilib ki, gündəliyin digər məsələsi olan Mülki Məcəllədə və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) əsas məqsədi ölkə ərazisində dövlət ehtiyacları üçün torpaq sahələrinin alınması prosedurlarının tənzimlənməsi sahəsində mövcud olan qanunvericilik bazasının təkmilləşdirilməsidir.
Gündəlikdəki digər 2 məsələ - “Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi (birinci oxunuş) və Mülki Məcəllədə və “İcra haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova məlumat verib.
Nazir müavini deyib ki, Milli Məclisin müzakirəsinə təqdim olunan qanun layihələri kənd təsərrüfatı məhsullarının istehsalının artırılması və istehsalçıların maliyyə vəsaitlərinə əlçatanlığının təmin edilməsi məqsədilə hazırlanıb. O, layihələrin gətirdiyi əsas yenilikləri və üstünlükləri deputatların diqqətinə çatdırıb.
“Məhsul şəhadətnaməsi haqqında” yeni qanun layihəsi (birinci oxunuş) aqrar sahədə yeni maliyyələşmə mexanizmi kimi məhsul şəhadətnaməsinin buraxılışı, dövlət qeydiyyatı və dövriyyəsi qaydalarını, məhsul şəhadətnamələrindən istifadənin hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
Nazir müavininin sözlərinə görə, kənd təsərrüfatında ilk dəfə tətbiq olunan bu qiymətli kağız - məhsul şəhadətnaməsi fermerlərə istehsaldan əvvəl maliyyə vəsaiti əldə etmək, təchizatçılara və maliyyə institutlarına isə etibarlı, sürətli və az xərcli təminat mexanizmi təqdim edir. Məhsul şəhadətnaməsinin iki növü nəzərdə tutulur: maliyyə məhsul şəhadətnaməsi və əmtəə məhsul şəhadətnaməsi. Bunlardan biri dövrün sonunda məhsulun təqdim edilməsini, digəri isə borcun pul şəklində qaytarılmasını nəzərdə tutur.
Mülki Məcəllədə və “İcra haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi də “Məhsul şəhadətnaməsi haqında” yeni qanun layihəsinə əsasən hazırlanıb. Belə ki, aqrar sektorda yeni maliyyə aləti kimi qanunvericiliyə daxil edilən məhsul şəhadətnaməsinin qiymətli kağız olaraq Mülki Məcəllədə normativ əsası formalaşdırılır.
“İcra haqqında" Qanunda da məhsul şəhadətnaməsi üzrə öhdəliyin çevik və operativ icraya yönəldilməsi mexanizmləri təsbit olunur.
Nazir müavini məhsul şəhadətnaməsinin tətbiqinin müsbət cəhətləri, onunla bağlı tələblər, dövriyyəsi qaydaları və digər aspektləri barədə məlumat verib, həmçinin deputatların dəyişikliklərlə bağlı qaldırdığı məsələlərə aydınlıq gətirib, suallarını cavablandırıb.
Müzakirələr zamanı komitə sədrinin müavini Razi Nurullayev, üzvləri Eldar İbrahimov, Azər Badamov, Cavanşir Paşazadə, Vüqar İskəndərov, Novruzəli Aslanov, Malik Həsənov çıxış edərək məsələlərlə bağlı fikirlərini söyləyiblər, qeyd və təkliflərini səsləndiriblər.
İclasda komitənin ötən sessiyada görülmüş işlər barədə hesabatı məqbul hesab edilib, qarşıdakı sessiyası üçün iş planının layihəsi təsdiqlənib, qanun layihələri isə Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.
İclasda Kənd Təsərrüfatı Nazirliyinin Hüquq və icra intizamı şöbəsinin müdiri Yasər Abdullayev, Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Yalçın Camalov və digər rəsmi şəxslər iştirak ediblər.
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 18 Sentyabr 2026 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see288

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see271

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see268

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see263

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see255

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see242

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see237

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see234

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see233

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see231

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see227

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see218

2027 ci ildə ABŞ dolları neçə manat olacaq? RƏSMİ AÇIQLAMA

16 Sentyabr 2026 20:49see217

Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək

16 Sentyabr 2026 19:51see214

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see211

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see207

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see199

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see199

Qaraciyər üçün hansı çay faydalıdır?

16 Sentyabr 2026 22:37see188

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri