Icma.az
close
up
RU
MEK də növbəti könüllülük proqramı uğurla başa çatıb

MEK də növbəti könüllülük proqramı uğurla başa çatıb

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) təşkil olunan üçüncü könüllülük proqramı uğurla yekunlaşıb.

Tədbiri giriş sözü ilə açan MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov Azərbaycan Gəncləri Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Direktor qeyd edib ki, müasir Azərbaycan gəncliyi ölkənin həm elmi, həm də yaradıcı potensialının əsas hərəkətverici qüvvəsidir. O, könüllülərin kitabxanadakı fəaliyyətini yüksək qiymətləndirərək, bu cür proqramların gənclərin gələcək karyerasında mühüm tramplin rolunu oynadığını vurğulayıb.

MEK rəhbəri bildirib ki, üç ay ərzində könüllülər kitabxana mühitində praktiki təcrübə qazanmaqla yanaşı, kitabxananın müxtəlif şöbə və fondlarında çalışaraq komanda işi, vaxtın idarə olunması, istifadəçilərlə ünsiyyət kimi bacarıqlarını da inkişaf etdirməyə imkan tapıblar.

Könüllülər tərəfindən “Şəhərsalma və Memarlıq İli”nə töhfə olaraq, MEK-in binasının xüsusi dəqiqliklə işlənmiş maketini hazırladığını diqqətə çatdıran direktor, bu təşəbbüsün könüllülərin müasir Azərbaycan memarlığına olan marağını və kitabxanaya olan bağlılığını simvolizə etdiyini qeyd edib.

Tədbir zamanı MEK-in elmi katibi, “MEK könüllüləri” proqramına məsul şəxs Şəbnəm Rüstəmova könüllülərin fəaliyyəti barədə təqdimatla çıxış edib. Bildirilib ki, könüllülər kitabxananın bütün sahələrində öz potensiallarını sınamaq imkanı əldə ediblər və nəzəri biliklərini praktiki bacarıqlarla möhkəmləndiriblər. Onlar, kitabların inventar nömrələrinə görə sıralanması, topoqrafik kartoçkaların hazırlanması, sənədlərin işlənməsi və elektron kataloqa daxil edilməsi, nəşrlərin rəqəmsallaşdırılması kimi müxtəlif işlərə cəlb olunublar. Bundan başqa, oxuculara xidmət göstərərək sənəd sifarişlərini yerinə yetiriblər.

Daha sonra MEK könüllülərinin fəaliyyəti haqqında videoçarx izlənilib.

Tədbirdə çıxış edən könüllülər onlara yaradılan geniş imkanlara görə kitabxana rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər. Gənclər MEK-də keçirdikləri müddətin onlara peşəkar vərdişlər qazandırdığını, yaradıcı ideyalarının dəstəklənməsinin isə onlarda özünəinam hisslərinin artırdığını qeyd ediblər.

Tədbirin sonunda könüllülük proqramını müvəffəqiyyətlə başa vuran bir qrup gəncə sertifikatlar təqdim olunub. Direktor könüllülərə gələcək fəaliyyətlərində uğurlar arzulayaraq, onların kitabxana ilə əlaqələrinin hər zaman davamlı olacağını bildirib.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:630
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Fevral 2026 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri