Icma.az
close
up
RU
MEK də tədbir: 28 May xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinin rəmzidir

MEK də tədbir: 28 May xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinin rəmzidir

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 27 may, AZƏRTAC

28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) tədbir keçirilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov 28 May tarixini xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinin rəmzi adlandırıb, Cümhuriyyətin dövlətçilik tariximizdə rolundan danışıb.

Direktor qeyd edib ki, Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və dərin zəkası sayəsində mümkün oldu, bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz müstəqil inkişaf yolunda böyük uğurlara imza atır, siyasi və iqtisadi cəhətdən güclənir, beynəlxalq nüfuzu durmadan artır.

Mərkəzi Elmi Kitabxananın öz fəaliyyətində milli yaddaşın qorunmasına, elmi biliklərin, vətənpərvər ruhda tədqiqatların mühafizə edilməsinə xüsusi önəm verdiyini diqqətə çatdıran H.Hüseynov bu tarix münasibətilə tədbir iştirakçılarını təbrik edib.

Daha sonra MEK-in kitabxana işləri üzrə direktor müavini dosent Şəhla Quliyeva, rəqəmsallaşma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini Oruc Quliyev, Biblioqrafiya şöbəsinin müdiri Aytən Əliyeva, Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin müdiri Günel Bağırova-Hüseynova, İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri Səyyarə Məmmədova Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan möhtəşəm Zəfərdən, Azərbaycan Bayrağının işğaldan azad edilən ərazilərdə dalğalanmasından, dövlətimizin hərtərəfli inkişaf strategiyasından danışıblar.

Tədbirdən sonra iştirakçılar MEK-də eyniadlı sərgi ilə tanış olublar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 May 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see267

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see221

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see216

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see168

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see157

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri