Icma.az
close
up
RU
28 May xalqımızın azadlıq və müstəqil dövlət qurmaq əzminin simvoludur SORĞU

28 May xalqımızın azadlıq və müstəqil dövlət qurmaq əzminin simvoludur SORĞU

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

28 may 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Tiflisdə elan edildi. Bu, yalnız Azərbaycanın deyil, bütün Şərqdə və müsəlman aləmində ilk parlamentli, demokratik respublika idi. AXC-nin yaranması ilə Azərbaycan xalqı əsrlər boyu arzuladığı milli suverenlik və dövlət müstəqilliyinə nail oldu. 28 May – yalnız bir tarix deyil, xalqımızın azadlıq və müstəqil dövlət qurmaq əzminin simvoludur. SİA mövzu ilə bağlı QHT sədrləri arasında sorğu edərək onların fikirlərini öyrənib.

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova: “Artıq 107 ildir ki, 28 may -Azərbaycan Respublikasının Müstəqillik Günü əlamətdar gün kimi ölkəmizdə iftixar hissi ilə qeyd olunur. Ulu Öndərimiz Heydər Əliyevin dediyi kimi bu gün biz müstəqil, demokratik Azərbaycan dövlətinin qurulmasına görə Xalq Cumhuriyyətinə borcluyuq. Tarix elə gətirib ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazanıb. 1918-ci ildə qurulan, lakin xarici müdaxilə və daxili çəkişmələr səbəbindən Azərbaycan Xalq Cumhuriyyətinin ömrü uzun olmadı. İkinci dəfə isə 70 il sonra yarandı. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Dövlət müstəqilliyimizin bərpasından təxminən iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bu zaman böyük siyasi təcrübəyə malik ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bu təhlükə soruşdu.
Möhtərəm Prezidentimiz İlham Əliyevin dediyi kimi müstəqilliyi əldə etmək onu qoruyub saxlamaqdan asandır Müstəqilliyi qorumaq, müdafiə etmək, gücləndirmək siyasi biliklər, böyük cəsarət tələb edir.

Bu gün biz əminliklə deyə bilərik ki, müstəqil Azərbaycanımızı Cənubi Qafqazda lider dövlətə çevirən, həm müstəqil Azərbaycanın, həm də dünya azərbaycanlıların lideri olan, bütün dünya tərəfindən qəbul olunan, böyük hörmətə və nüfuza malik Prezidentimiz cənab İlham Əliyevin uzaqgörən və məqsədli siyasəti sayəsində müstəqilliyimiz əbədi olaraq yaşayacaqdır”.

“Cəmiyyətin İnkişaf Mərkəzi”nin sədri Əhməd N. Abbasbəyli: “Əlbəttə 28 may- şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gündür. Azərbaycan Respubliaksının müstəqillik günü ilə bağlı o qədər deyiləsi fikirlər, sətirlərə köçürələsi cümlələr var ki, bunu qısa beş-on cümlə ifadə etmək daxili narahatçlıq yaradır. Görəsən bu şərəfli günlə bağlı düşüncələri kiçik bir mətnə sığışdırmaqla, bu möhtəşəm günün tarixi, mənəvi əhəmiyyətini kiçiltmirik ki?

Təsəvvür edin, mürəkkəb bir dövrdə XX əsrin əvvəllərində böyük oyunçular, güc mərkəzləri - imperiyalar tərəfindən dünyanın növbəti dəfə bölüşdürülməsi prosesi gedir. Bu prosesdə tarixi, mədəniyyəti, dili, dini sıxışdırılan, əhalisinin böyük əksəriyyəti savadsız olan, hərbi hazırlıq səviyyəsi, döyüş təcrübəsi demək olan ki, sıfıra bərabər olan (əlbəttə ki, bu vəziyyət müstəmləkəçi Çar Rusiyası tərəfindən məqsədli şəkildə həyata keçirilən böyük bir planın nəticəsi idi. Belə ki, işğal etdikləri ərazilərdə, xalqların ziyalılarını, hərbçilərini, ümumiyyətlə savadlı, düşünən təbəqəsini məhv edərək, digər hissəsini maxsimum dərəcədə savadsız, döyüş qabiliyyət olmayan müti bir kütlə kimi əsarətdə saxlamaq asan olar və tədricən isə bütövlükdə xalqı assimiliyasiyaya uğradara, onu öz içində əritmək. Bu gün yüzlərlə itmiş və itməkdə olan kiçik xalqların acı taleyi buna sübutdur) bir ərazidə, dövlətçilik ənənələri demək olar ki, artıq unudulmuş, , uzun müddətdən bəri “azadlığın”, “müstəqliyin” nə demək olduğu yaddan çıxmış, bu barədə düşünməyin belə qadağan edildiyi, buna cəhd edənlərin isə edam edildiyi bir mühitdə, heç bir siyasi, sosial bazası olmayan, maddi, hərbi, iqtisadi resursları, beynəlxalq dəstəyi olmayan bir məkanda yeni müstəqil bir dövlət qurmaq nə dərəcədə böyük qəhərmanlıq, bacarıq, nə qədər böyük səy, zəhmət, nə qədər dərin bilik və bacarıq tələb edirdi?

Bizim də bir vətəndaş, insan olaraq börcumuz, o çətin dövrdə, o cəsarəti, qabiliyyəti və s. nümayiş etdirməyə bacaran qısa müddət belə olsa, müstəqil dövlət qurmağaı bacaran, həm də nəinki yalnız Azərbaycan xalqının özünün, həm də bütün Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını quran, xalqa “azadlığı” dadızdıran, sayları az olsa da, amma mənən və mahiyyət etibarı ilə böyük “KİŞİLƏRİ” ehtiramla yad etmək, daim sayğı göstərməkdir!!!

Əminəm ki, 1918-20 illərdə cəmi 23 ayın xalqımızın, insanlarımızın yaşadığı sevinc, qürur, fəxr və s. hissləri o qədər dərin iz buraxmış, həmin şərəfli tarixmizin yaddaşlarda həkk olunmuş təsiri o qədər böyük o qədər güclü olmuşdur ki, məhz 1990-cı illərdə milli -azadlıq hərəkatına, və daha sonra müstqəliyimiz bərpasına zəmin yaratdı, onu şərtləndirdi. Baxmayaraq ki, yeni dizayn olunmuş elə həmin İmperiyanın represiya maşını daim öz işini görürdü, zaman-zaman millətin düşünən beyinlərin, azadlıq fədailərini məhv edirdi”.

“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir Azəri: “Bir neçə gündən sonra Azərbaycan xalqı növbəti dəfə 28 May-Müstəqillik Gününü qeyd edəcək. Əvvəlki illərdən fərqli olaraq 2025-ci ildə qeyd ediləcək Müstəqillik Günü bir başqa məqamla da diqqət mərkəzində olacaq. Çünki bu il biz bu bayramı “Konstitusiya və Suverenlik İli”ndə qeyd edəcəyik. Hesab edirəm ki, 1918-ci ilin 28 may tarixi ilə 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilməsi arasında tarixi və şərəfli bir bağ, bir əlaqə var”.

O, qeyd edib ki, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsi 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublikanın yaranması ilə nəticələndi: “Bu, sıradan bir məsələ deyildi. Bu, təkcə Azərbaycan xalqı üçün deyil, bütün müsəlman Şərqi üçün misilsiz hadisə idi. Təsadüfi deyil ki, 1991- ci ildə Azərbaycan müstəqilliyini bərpa edəndə də məhz 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinə istinad edildi”.

Müstəqilliyinin bərpasından ötən dövrdə Azərbaycanın regionda və dünyada öz mövqeyini möhkəmləndirdiyini deyən Nadir Azəri bu müddətdə sabitlik, iqtisadi inkişaf, beynəlxalq əməkdaşlıq və ərazilərin işğaldan azad eidlməsi istiqamətində tarixi uğurlar əldə edildiyini bildirib: “Bu uğurların qazanılmasında müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin xidmətləri misilsizdir. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycan dövlətini parçalanmaqdan xilas etdi, sabitlik yaratdı və güclü inkişafın təməlini qoydu. Bunun ardınca isə 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyası qəbul edildi ki, bu il həmin tarixi hadisənin 30-cu ildönümüdür”.

QHT sədri vurğulayıb ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dünya miqyasında öz sözünü deyən, müstəqil siyasət yürüdən güclü bir dövlətə çevrilib: “Bu gün Azərbaycan öz tarixinin ən qüdrətli və şərəfli dövrünü yaşayır. Bu uğurun əsasını isə Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli, uzaqgörən və məqsədyönlü siyasəti təşkil edir. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixi torpaqlarını işğaldan azad edib, beynəlxalq arenada nüfuzunu daha da artırıb, regionda və dünyada siyasi və iqtisadi güc mərkəzinə çevrilib. 5 il öncə əldə edilən tarixi zəfər sayəsində ölkənin bütün ərazisində suverenliyimiz bərpa edilib. Məhz bu iki tarixi məqam əsas götürülərək 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu ildə 28 May-Müstəqillik Gününün qeyd edilməsinin isə bir başqa dəyəri var”.

"Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli: “28 may müsəlman Şərqində ilk müstəqil, demokratik respublikanın -Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu gündür. Cəmi 23 ay yaşasa da xalq cümhuriyyəti Azərbaycan tarixində dərin iz buraxdı. Milli ordu quruldu, Qarabağda erməni separatçılarının mövqeləri darmadağın edildi. Bakı Dövləti Universiteti quruldu, yüzlərlə gənc Avropa ölkələrinə təhsil almağa göndərildi. Azərbaycan parlamenti açıldı. Azərbaycanın müstəqilliyinin tanınması istiqamətində diplomatik qələbə əldə edildi. 1920-ci ilin yanvarın 11-də Paris Sülh konfransında Azərbaycanın müstəqilliyi tanındı. Lakin Azərbaycanın iqtiqlalı şimaldan daim təhdid edilirdi. Rusiyanın bolşevik hökumətinin Azərbaycanın sərvətlərində, xüsusilə Bakı neftində gözü var idi. Moskva hökuməti Azərbaycana təhdid notaları verirdi. Nəhayət 1920-ci ilin aprelin 27-də daxili xadimlərin dəstəyi ilə 11-ci Qızıl Ordu Azərbaycanı işğal etdi. Xalq cümhuriyyətinin qurucu liderlərindən biri Məhəmməd Əmin Rəsulzadəbin təbirincə desək qısa müddətdə xalq cümhuriyyəti xalqa çox şey qazandıra bilmədi. Lakin istiqal dadızdırdı. Ata, babalarımız müstəqillik şüurunu düşüncələrində yaşatdı, nəhayət 70 il sonra-1991-ci ildə üçrəngli bayrağımız parlamentin, hökumət evinin üzərində yenidən dalğalandı. Bu gün Azərbaycan Xalq Cümhuriyyətini quran, istiqal savaşında və ərazi bütövlüyümüz uğrunda şəhid olmuş insanların ruhu şaddır.

Müzəffər ali baş komandan, prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan yeni uğurlara imza atır. Ulu öndər Heydər Əliyevin dediyi kimi Azərbaycanın müstəqilliyi dönməzdir, sarsılmazdır, əbədidir. Azərbaycan müstəqil dövlət kimi daim var olacaq, dünyanın ən inkişaf etmiş ölkələrinfən birinə çevriləcək".

Ayşən Vəli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 May 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see198

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see172

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see160

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see134

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see127

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see124

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see123

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see121

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see120

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see119

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see118

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see118

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see118

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see118

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see117

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see116

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see116

Alkoqol içdiyiniz zaman üzünüz qızarır? Həkim təhlükə barədə xəbərdarlıq etdi

31 May 2025 07:31see115

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see114

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri