Icma.az
close
up
RU
MEK in 2025 ci ilin birinci yarımilliyinə dair hesabat iclası keçirilib

MEK in 2025 ci ilin birinci yarımilliyinə dair hesabat iclası keçirilib

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) şöbələrin 2025-ci ilin birinci yarımilliyi üzrə hesabat iclası keçirilib.

Tədbiri MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov açaraq kitabxananın verdiyi elmi-informativ töhfələr, elmi-informasiya siyasətindəki rolu, əldə olunan nəticələr və qarşıya çıxan çətinliklər barədə məlumat verib. O, həmçinin qarşıdakı dövr üçün planlaşdırılan fəaliyyət istiqamətlərini diqqətə çatdırıb.

Daha sonra MEK-in şöbə rəhbərləri 2025-ci ilin ilk altı ayı ərzində həyata keçirilən işlər barədə hesabatla çıxış ediblər. Qeyd olunub ki, AMEA Rəyasət Heyətinin “Mərkəzi Elmi Kitabxananın 100 illik yubileyinin keçirilməsi” haqqında qərara uyğun olaraq kitabxanada bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib. Bununla yanaşı, AMEA-nın 80 illik yubileyi münasibətilə ənənəvi və virtual formada kitab sərgiləri təşkil olunub, elmi-maarifləndirici tədbirlər keçirilib, şəxsi və mövzu biblioqrafik göstəricilər hazırlanıb, “İnformasiya Bülleteni”nin iki sayı nəşr olunub, kitabxananın 100 illik tarixini əhatə edən xronoloji salnamə və digər nəşrlər isə çapa hazırlanır, oxuculara xidmət sahəsində və nəşrlərin e-kataloqa yerləşdirilməsi sahəsində müəyyən uğurlar əldə edilib.

Cari dövrdə idarəetmə strukturunun müasirləşdirilməsi istiqamətində də mühüm addımlar atılıb. Bu dəyişikliklər MEK-in müasir elmi-informasiya kitabxanası modelinə uyğunlaşdırılmasına və rəqəmsal dövrün tələblərinə cavab verən çevik və funksional sistemin qurulmasına xidmət edib.

Birinci yarımildə həmçinin inklüziv kitabxana mühitinin formalaşdırılması sahəsində mühüm təşəbbüslər reallaşdırılıb. Beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə nüfuzlu elmi qurumlarla əməkdaşlıq müqavilələri imzalanıb. Oxucular üçün “Britannica Academic Edition” elmi bazasına pulsuz giriş təmin edilib, Türkiyənin Rami Kitabxanası ilə “Qardaş Kitabxanalar” Anlaşma Memorandumu imzalanıb, Sinop Universiteti və Kitabxanası ilə onlayn görüş keçirilib, “DergiPark” platformasında yerləşdirilən elmi jurnallarla əməkdaşlıq razılaşdırılıb.

MEK-in Biblioqrafik İnformasiya Xidməti Sektoru tərəfindən oxuculara həm İRBİS 64+ elektron proqram təminatı, həm də ənənəvi kataloq-kartoteka sistemi əsasında xidmətlər göstərilib. Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması və elektron xidmətlərin təşkili istiqamətində də mühüm nailiyyətlər əldə olunub. Qeyd olunub ki, hesabat dövründə kitabxanadakı fiziki sənədlərin rəqəmsallaşdırılması və elektron versiyaların yaradılması sürətlə həyata keçirilib.

Sonda çıxış edən direktor Hüseyn Hüseynov görülən işləri qənaətbəxş hesab edərək, kitabxana fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün müvafiq tapşırıqlar verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 İyun 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see251

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see219

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see194

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see186

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see185

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see155

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see150

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see140

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see140

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see134

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see131

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri