Icma.az
close
up
RU
Gənclər və idman komitəsinin 2025 ci ilin yaz sessiyasında ilk iclası keçirilib

Gənclər və idman komitəsinin 2025 ci ilin yaz sessiyasında ilk iclası keçirilib

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Yanvarın 24-də Milli Məclisin Gənclər və idman komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib. SİA xəbər verir ki, iclası açan komitə sədri Şahin İsmayılov sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib, fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Şahin İsmayılov diqqətə çatdırıb ki, bugünkü iclasın gündəliyinə iki məsələ - komitənin 2024-cü ilin payız sessiyası dövründə gördüyü işlər barədə hesabatı və komitənin 2025-ci ilin yaz sessiyası üçün iş planının layihəsi daxil edilib.

Komitənin ötən sessiyada gördüyü işlər barədə hesabatı ilə bağlı məlumat verilərkən bildirilib ki, hesabat dövründə Gənclər və idman komitəsinin 6 iclası keçirilərək, 7 məsələyə baxılıb. Diqqətə çatdırılıb ki, ötən payız sessiyası dövründə komitəyə vətəndaşlardan, idarə və təşkilatlardan daxil olan müraciətlərə baxılaraq, müvafiq tədbirlər görülüb. Komitə sədri komitə üzvlərinin ictimai dinləmələrdə və digər tədbirlərdə fəal iştirakından danışıb. Qeyd olunub ki, hesabat dövründə komitə üzvləri seçicilərlə, cəmiyyətin həssas qrupları, şəhid ailələri və qazilərlə, yarışlarda uğur qazanmış idmançılarla görüşüblər, onların qayğıları ilə maraqlanıblar, sosial şəbəkələrdə, mediada günün aktual məsələləri ilə əlaqədar mövqelərini bildiriblər.

Gənclər və idman komitəsinin 2024-cü ilin yaz sessiyası üçün iş planı ilə bağlı məlumat verilib ki, sənəddə qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələrinin müzakirəsi, gənclərin və idmanıAnchorn aktual məsələləri ilə bağlı dinləmələrin, görüşlərin keçirilməsi və digər tədbirlər nəzərdə tutulub.

Sonra komitə üzvləri Ramil Həsən, Asif Əsgərov, Mircəlil Qasımlı, Göydəniz Qəhrəmanov, Müşfiq Cəfərov, Mahir Süleymanlı çıxış ediblər, müzakirə olunan məsələlərlə bağlı fikirlərini, qeyd və təkliflərini səsləndiriblər.

Müzakirələrin sonunda komitənin 2024-cü ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı qənaətbəxş hesab olunub, komitənin 2025-ci ilin yaz sessiyası üçün iş planı təsdiq edilib.

İclasda Gənclər və idman komitəsi sədrinin müavini Könül Nurullayeva, deputatlar Ülvi Quliyev, Eyvaz Qurbanov və digər rəsmi şəxslər iştirak ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 Yanvar 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri