Icma.az
close
up
RU
AzMİU da 2025 ci ilin ilk Elmi Şura iclası keçirilib FOTOLAR

AzMİU da 2025 ci ilin ilk Elmi Şura iclası keçirilib FOTOLAR

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fevralın 19-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Elmi Şuranın 2025-ci ildə ilk iclası keçirilib.

"Unikal" xəbər verir ki, AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova iclasın gündəliyinə keçməzdən əvvəl Ekologiya kafedrasının müdiri, professor Fəqan Əliyevi 80 illik yubileyi münasibətilə təbrik edib. O, professorun uzunmüddətli elmi-pedaqoji fəaliyyətini yüksək qiymətləndirərək onun kafedraya rəhbərlik etdiyi dövrdə göstərdiyi əzmkar və məsuliyyətli fəaliyyətini vurğulayıb. Rektor, həmçinin professor Fəqan Əliyevin kafedranın inkişafına verdiyi töhfələri xatırladaraq, ona möhkəm cansağlığı, uzun ömür və elmi-pedaqoji fəaliyyətində yeni uğurlar arzulayıb.

Daha sonra professor Gülçöhrə Məmmədova şura üzvlərini gündəlikdəki məsələlər barədə məlumatlandırıb. İclasda universitetin 2024-cü il üzrə fəaliyyətinə dair hesabatlar təqdim edilib və 2025-ci il üçün müəyyən edilən strateji hədəflər müzakirə olunub.

İlk olaraq professor Gülçöhrə Məmmədova "AzMİU rektorluğunun 2024-cü ildə gördüyü işlər" haqqında geniş hesabatla çıxış edib. Hesabatda universitetin struktur bölmələrinin, fakültə və kafedralarının fəaliyyəti, elmi tədqiqatların nəticələri, tədris prosesindəki inkişaflar və maddi-texniki bazanın müasirləşdirilməsi ilə bağlı görülən işlər ətraflı şəkildə nəzərdən keçirilib. Rektor qeyd edib ki, 2024-cü il universitetin inkişafında mühüm irəliləyişlərə səbəb olub və bu istiqamətdə atılan addımlar AzMİU-nun gələcək strateji hədəflərinin reallaşmasına töhfə verəcək.

Professor Gülçöhrə Məmmədova çıxışında universitetin strateji hədəflərini diqqətə çatdıraraq beynəlxalq reytinqlərdə irəliləmə, tədrisin keyfiyyətinin yüksəldilməsi, kadr potensialının gücləndirilməsi, tələbə sayının daha da artırılması, istehsalatla əlaqələrin genişləndirilməsi və s. istiqamətlərdə atılacaq addımları vurğulayıb. O, AzMİU-nun dünya universitetləri arasında mövqeyinin gücləndirilməsi üçün beynəlxalq əməkdaşlıqların genişləndirilməsi, elmi-tədqiqat fəaliyyətlərinin artırılması və müasir tədris metodlarının tətbiqinin vacibliyini qeyd edib.

Bununla yanaşı, hesabatda İnşaat Kolleci və Fizika-Riyaziyyat Təmayüllü Liseyin birillik fəaliyyəti də qiymətləndirilib. Tədrisin keyfiyyətinin artırılması məqsədilə həyata keçirilən yeniliklər və qarşıda duran vəzifələr müzakirə edilib.

İclasda müzakirə olunan digər mühüm məsələlərdən biri də “Universitetin 2024-cü il üzrə maliyyə-təsərrüfat fəaliyyəti” ilə bağlı hesabat olub. Baş mühasibin müavini Mehparə Süleymanova tərəfindən təqdim olunan hesabatda universitetin maliyyə vəziyyəti, büdcə xərcləri və gələcək planlar haqqında məlumat verilib.

Hesabatlardan sonra digər cari məsələlərə də baxılıb, müzakirəyə çıxarılan mövzular ətrafında Şura üzvlərinin çıxışları dinlənilib. Təklif və rəylər nəzərə alınaraq müvafiq qərarlar qəbul edilib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://unikal.az
archiveBu xəbər 19 Fevral 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri