Icma.az
close
up
RU
Meksika Prezidenti Trampı Kuba və Venesuelaya sanksiyaları ləğv etməyə çağırıb AZƏRTAC

Meksika Prezidenti Trampı Kuba və Venesuelaya sanksiyaları ləğv etməyə çağırıb AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 29 noyabr, AZƏRTAC

Meksika Prezidenti Klaudiya Şeynbaum ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampı Kubaya ticarət embarqosunu və Venesuelaya qarşı sanksiyalar siyasətini yenidən nəzərdən keçirməyə çağırıb. O qeyd edib ki, bu cəza tədbirləri vətəndaşlara birbaşa təsir edir və kütləvi miqrasiyaya təkan verir.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Şeynbaum mətbuat konfransında bu məsələni Trampla telefonda danışarkən qaldırdığını bildirib. O əlavə edib ki, ABŞ-ın yeni Prezidenti ilə söhbət zamanı immiqrasiya əsas mövzu olub.

Meksika Prezidenti Kuba və Venesuelaya qarşı sanksiyalara son qoyulması da daxil olmaqla, bir sıra təkliflər irəli sürüb. Onun sözlərinə görə, bu sahələrdə atılacaq konstruktiv addımlar insanların əziyyət çəkməsinə və miqrasiyaya müsbət təsir edəcək. Şeynbaum Meksika hökumətinin kütləvi miqrasiya ilə mübarizə üçün istifadə etdiyi strategiyanı tövsiyə edib və bunun şimala gedən miqrantların sayının azalmasına səbəb olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, hərtərəfli strategiya Salvador, Honduras və Qvatemala kimi ölkələrdə işsizliyin səviyyəsini və müvafiq olaraq miqrantların sayını azaldacaq.

Şeynbaumun Trampla telefon danışığı sonuncunun 2025-ci ilin yanvarında vəzifəsinin icrasına başladıqdan sonra Meksikanın idxalına 25 faizlik rüsum tətbiq edəcəyi və sənədsiz miqrantların kütləvi deportasiyasını həyata keçirəcəyi ilə bağlı təhdidlərinə cavab olaraq ABŞ-ın yeni seçilən Prezidentinə məktubundan bir gün sonra baş tutub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Noyabr 2024 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see238

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see228

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see172

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see166

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see150

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see146

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see139

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see137

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see135

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see134

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see125

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see124

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see124

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see122

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see121

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see121

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see121

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see120

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri