Icma.az
close
up
RU
Meksika radiosunda COP29 tədbirinin əhəmiyyətindən danışılıb AZƏRTAC

Meksika radiosunda COP29 tədbirinin əhəmiyyətindən danışılıb AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 21 noyabr, AZƏRTAC

Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov bu ölkənin nüfuzlu və çoxsaylı dinləyici auditoriyasına malik Kanyon radiosuna müsahibəsi zamanı Azərbaycanın COP29-a sədrliyi zamanı əldə etdiyi nailiyyətlərdən bəhs edib.

AZƏRTAC xəbər verir ki, Müsahibə zamanı ölkəmizin ekoloji problemlərin həllinə hərtərəfli və dəstəkləyici yanaşmaya sadiqliyi, eləcə də COP29-a sədrliyin əsas məqsədinin iqlim dəyişikliyi ilə mübarizədə qlobal həmrəyliyi təşviq etmək olduğu vurğulanıb.

Diplomat tədbirin ilk günündə Paris Sazişinin 6.4-cü maddəsi ilə bağlı artıq müsbət nəticələr əldə olunduğunu qeyd edərək, bunun iqlim dəyişikliyi ilə mübarizə üçün nəzərəçarpacaq nəticələr verən səmərəli mexanizmlər hazırlamağa imkan verəcəyini bildirib. Eyni zamanda, Bakıda keçirilən COP29 çərçivəsində indiyədək bir sıra mühüm saziş və əməkdaşlıqların, o cümlədən, “Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalandığını, bunun üç ölkənin əməkdaşlığında yeni mərhələ olduğunu qeyd edib.

Müsahibədə ilk dəfə olaraq Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirildiyi qeyd olunub, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin səsinin qlobal arenada eşidilməsi və onların təcrübəsinin öyrənilməsinin, eləcə də ən çox bu ölkələrə təsir edən iqlim dəyişikliyi kimi qlobal problemlərə inklüziv həll yollarının axtarışının vacibliyi vurğulanıb.

Sonda səfir hazırda beynəlxalq siyasətdə davam edən və kiçik ada dövlətlərinin iqlim dəyişikliyi ilə mübarizədə özlərinin qərar verməsinə mane olan neokolonializm təzahürləri ilə bağlı narahatlığını ifadə edib.

Sözügedən müsahibə həmçinin Meksikanın “Miled” və “ADRNetwork” radio kanallarında da efirə gedib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2024 02:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see302

Əbədi yaşamaq mümkündürmü? Fizikdən inanılmaz

19 Sentyabr 2026 22:17see268

Əsrin müqaviləsi nin 32 yaşı oldu

20 Sentyabr 2026 01:07see255

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see252

Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz

20 Sentyabr 2026 01:01see245

Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Video

20 Sentyabr 2026 14:09see239

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see238

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see237

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see236

Özümü dəfn edib, yaşamağı bacaran adamam

20 Sentyabr 2026 12:26see234

Hülya Avşar “Kanlı Nigar”la səhnəyə qayıdır

20 Sentyabr 2026 01:14see233

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see226

Məşhur reper Bakıya gəlir

20 Sentyabr 2026 01:55see224

Bir həftədə Moskvaya 2 mindən çox PUA ilə hücum cəhdi edilib

20 Sentyabr 2026 06:17see223

“Biz və bizim dağlar”: Sənət əsəri, yoxsa separatizmin simvolu?

19 Sentyabr 2026 20:47see202

Olqa Buzova əməliyyatdan qalan izlərini gizlətdiyini açıqladı

20 Sentyabr 2026 05:14see202

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see190

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

20 Sentyabr 2026 05:14see188

Ağdamda quyudan kişi meyiti tapılıb

20 Sentyabr 2026 14:58see186

Asfalt örtüyü dəyişdirilən yolların xətlənməsi niyə yubanır? Video

20 Sentyabr 2026 04:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri