Meksikada “Z nəsli” etirazı 100 dən çox polis yaralandı+Video
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Meksikanın paytaxtı Mexiko şəhərində hökumət əleyhinə keçirilən etiraz aksiyasında ciddi qarşıdurmalar baş verib.
“Qafqazinfo” TASS-a istinadla xəbər verir ki, bu barədə məlumatı paytaxtın ictimai təhlükəsizlik katibi Pablo Vaskes Kamaço mətbuat konfransında açıqlayıb.
Onun sözlərinə görə, toqquşmalar nəticəsində 100-dən çox polis xəsarət alıb. 60 polisə yüngül tibbi yardım yerində göstərilib, daha 40 əməkdaş isə xəstəxanaya yerləşdirilib:
“Onlardan 36-sında qançır, kəsik və yüngül zədələr aşkarlanıb, 4 polisə isə daha ciddi travmalar səbəbilə xüsusi tibbi yardım göstərilir. Aksiyanın əvvəlində vəziyyət tam sakit olub, lakin bir müddət sonra maskalı şəxslər zorakı hərəkətlər etməyə başlayıb. Bundan sonra əraziyə əlavə polis qüvvələri cəlb olunub”.
Hadisə ilə bağlı 20 nəfər saxlanılaraq istintaq orqanlarına təhvil verilib.
Qeyd edək ki, “Z nəsli” şüarı altında keçirilən bu aksiyalar ölkə üzrə sürətlə artan cinayətkarlığa etiraz məqsədi daşıyır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 16 Noyabr 2025 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















