Valideynlərdən məktəb avtobuslarının qiyməti ilə bağlı NARAZILIQ
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Altı gündür fəaliyyətə başlayan və cəmi 10 məktəbi əhatə edən məktəb avtobusları layihəsi sosial şəbəkələrdə çoxsaylı narazılıqlara səbəb olub.
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, valideynlər avtobusların aylıq qiymətlərinin baha olduğunu deyirlər. Çünki bir uşaq üçün qiymət aylıq 200-250 manat arasında dəyişir.
Xırdalan şəhərindən Bakıdakı 132-134 nömrəli məktəbə gediş-gəliş aylıq qiymət 240 manat təşkil edir. Ay ərzində şagirdlərin ortalama dərsə 20 dəfə gedib gəldiklərini nəzərə alsaq, bu, Xırdalan şəhərində yaşayan şagird üçün günlük 12 manat yol xərci deməkdir. Yasamalda qalan üçün isə günlük 8.4 manat xərc yaranmış olacaq.
Təhsil eksperti Elşən Qafarov deyir ki, bu layihə yalnız əhalinin məhdud qismini əhatə edir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Valideynlərdən məktəb avtobuslarının qiyməti ilə bağlı NARAZILIQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 06 Oktyabr 2025 23:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















