Icma.az
close
up
RU
Millət vəkili: Ekoloji baxımdan məktəb avtobuslarının istifadəsi böyük üstünlüklər vəd verir

Millət vəkili: Ekoloji baxımdan məktəb avtobuslarının istifadəsi böyük üstünlüklər vəd verir

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”na əsasən ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində təhsil alanların rahat və təhlükəsiz daşınması məqsədilə “məktəb avtobusları”ndan istifadənin təşkili nəzərdə tutulur”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
O bildirib ki, Azərbaycanda məktəb avtobuslarının istifadəyə verilməsi təhsil və nəqliyyat sahəsində yaxşı mənada ciddi dəyişikliklərə səbəb olacaqdır:
“Bu sistemin tətbiqi bir neçə mühüm aspektdə müsbət təsir göstərəcəkdir. Xüsusilə şagirdlərin təhlükəsizliyi, nəqliyyat sıxlığının azaldılması, həmçinin bu valideynlər üçün də əlavə rahatlıq olacaqdır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, məktəb avtobuslarının tətbiqi həm şagirdlərin rahatlığına, həm də şəhər infrastrukturunun daha səmərəli işləməsinə xidmət edir. İbtidai və orta məktəb şagirdləri üçün bu sistem vacibdir, çünki onlar fərdi nəqliyyat vasitələrindən və ya ictimai nəqliyyatdan tək istifadə edə bilmirlər. Əslində şagirdlərin valideyinlər tərəfindən fərdi avtomobillərlə məktəbə aparıb-gətirilməsi şəhər nəqliyyatında sıxlıq və xaos yaratdığından məktəb avtobuslarının əhəmiyyətinin vacibliyini bir daha göz önünə gətirir”. 
Millət vəkili qeyd edib ki, avtobuslar xüsusi marşrutlarla hərəkət etdiyindən şəhərdə tıxacda azalacaq, məktəblilər də vaxt itirməmiş olacaqdır:
“Elə ekoloji baxımdan da məktəb avtobuslarının istifadəsi böyük üstünlüklər vəd verir. Şəhər daxilində fərdi avtomobillərin çox olması təkcə tıxac yaratmır, həm də havanın çirklənməsinə səbəb olur. Şəxsi avtomobillərlə müqayisədə məktəb avtobusları daha çox şagirdi eyni vaxtda daşıdığından ekoloji tarazlığı da qorunacaqdır. Bu yanaşma xüsusilə inkişaf etmiş ölkələrdə tətbiq edilir və şəhər ekosisteminin gündən günə yaxşılaşmasına gətirib çıxardığı da müşahidə olunur”.
Leyla Turan 
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Oktyabr 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see203

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see185

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see170

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see153

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see142

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see141

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Şamanlardan 2026 üçün səs küylü proqnoz: Tramp xəstələnəcək!

31 Dekabr 2025 09:40see134

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri