Icma.az
close
up
RU
Məktəb yolu ölüm yoluna çevrilib: Qəzaların əsas səbəbkarı təkcə sürücülər deyil

Məktəb yolu ölüm yoluna çevrilib: Qəzaların əsas səbəbkarı təkcə sürücülər deyil

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yol hərəkəti qaydalarını bilməyən piyadalar, xüsusilə valideynlər və uşaqlar, bəzən özləri də bilmədən faciəyə yol açırlar


“Məktəblərin qarşısında yalnız yarım saat müşahidə aparmaq kifayətdir ki, bu sahədə vəziyyətin nə qədər acınacaqlı olduğunu görəsiniz”

Yeni dərs ili başlayıb, məktəblər şagirdlərin səsi ilə canlanıb. Sosial şəbəkələrdə hələ də əlində gül tutan 1-ci sinif uşaqlarının sevinc dolu fotoları paylaşılır. Lakin sevincin içində gözlənilməz təhlükə də var: məktəblərin açılmasından cəmi bir neçə gün sonra ölkənin müxtəlif bölgələrində məktəblilərlə bağlı bir neçə ağır yol-nəqliyyat hadisəsi baş verib. Sentyabrın 19-da Lənkəranda "Mercedes" markalı nəqliyyat vasitəsi məktəbə gedən 2017-ci il təvəllüdlü Gülay Əlizadəni və qardaşı - 2016-cı il təvəllüdlü Ramid Əliyevi vurub. Hər iki məktəbli ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Buna baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb. Oxşar qəza sentyabrın 21-də Gədəbəydə baş verib. Minik maşını 2015-ci il təvəllüdlü V.Qəhrəmanlını və onun bacısı 2016-cı il təvəllüdlü G.Qəhrəmanlını vurub. Bacı-qardaş dərhal xəstəxanaya yerləşdirilib.


Dünən isə paytaxtda 13 yaşlı məktəbli maşın vurması nəticəsində yaralanıb. Bir sözlə, ilk dərs həftəsi özü ilə yalnız sevinc yox, faciə də gətirib. Yeni geyimlərinə sevinməyə, ağ dəftərlərin səhifələrinə rəngli qələmlərlə xəyallarını yazmağa macal tapmamış, uşaqlar son mənzilə yola salındılar. 

Hər dəfə belə xəbərlər eşidəndə göz önünə çıxan mənzərə eynidir: yollarda qaydalara məhəl qoymayan sürücülər, uşaqlarını təkbaşına məktəbə yollayan valideynlər, piyada keçidlərində belə təhlükəsizliyin təmin olunmadığı küçələr... Nəticədə isə günahsız uşaqların həyatı yarımçıq kəsilir. Bu faciələrin kökündə həm valideyn məsuliyyətsizliyi, həm sürücülərin ehtiyatsızlığı, həm də ictimai nəzarətin zəifliyi dayanır. Məktəb yolu uşaqlar üçün təhlükəsiz olmalı olduğu halda, ölüm yoluna çevrilir. Tədris ilinin ilk günlərində yaşanan bu hadisələr artıq cəmiyyətə ciddi mesajdır: biz hələ də övladlarımızın həyatını qorumağı bacarmırıq.

Qeyd edək ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsi də   məktəblilərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı müraciət edib. İdarədən verilən məlumatda bildirilib ki, bu faciə bir daha göstərir ki, yol hərəkəti qaydalarına əməl olunmaması ən ağır nəticələrə gətirib çıxarır: "Bir daha bütün sürücülərin diqqətinə çatdırırıq ki, yollarda - xüsusilə yaşayış məntəqələrində, məktəb və bağça ərazilərində hərəkət zamanı sürət həddi qanunvericiliyin tələblərinə uyğun seçilməli, məsuliyyətli davranılmalıdır. Piyadalara da xatırladılır ki, yalnız təyin olunmuş keçidlərdən istifadə etməli, hərəkətə başlamazdan əvvəl ətrafı diqqətlə müşahidə etməli və sürücülər üçün gözlənilməz vəziyyət yaratmamalıdırlar. Valideynlərdən xahiş olunur ki, uşaqların məktəbə gediş-gəlişlərini daim diqqətdə saxlasınlar, azyaşlı uşaqları yollarda nəzarətsiz qoymasınlar. Hər bir hərəkət iştirakçısı anlamalıdır ki, qaydalara əməl etməmək yalnız qanunun pozulması deyil, eyni zamanda insan həyatına birbaşa təhlükə yaratmaq deməkdir".

Baş Dövlət Yol Polisi İdarəsi bildirir ki, həm sürücülərin, həm də piyadaların məsuliyyətli davranışı yol-nəqliyyat hadisələrinin qarşısını almağın və insanların həyatını qorumağın əsas yoludur".


Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev hesab edir ki, məktəblərin ətrafında sürətin azaldılması və təhlükəsizlik tədbirlərinin görülməsi vacibdir. Onun sözlərinə görə, sürəti minimuma endirmək üçün fiziki maneələr, tramplinlər kimi tədbirlər tətbiq oluna bilər: 

“Çünki belə maneələr olmasa, sürücülər qətiyyən sürət həddinə əməl etmirlər”.

Bu maneələrin hər yerdə qoyulmamalı olduğunu qeyd edən ekspert vurğulayıb ki, əsas diqqət real təhlükə olan yerlərə yönəldilməlidir. Ekspert real təhlükə olan yerlərə əsasən şagirdlərin keçdiyi və qəza riski yüksək olan ərazilərin aid olduğunu söyləyib: “Məktəb ətrafındakı yollar diqqətlə araşdırılmalı, risklər qiymətləndirilməli və təhlükəsizlik tədbirləri buna uyğun həyata keçirilməlidir”.


Sosioloq Lalə Mehralı isə Sherg.az-a açıqlamasında deyib ki, yol hərəkəti hadisələrinin əsas səbəblərindən biri kimi çox vaxt sürücülərin savadsızlığı göstərilir. Bu, doğru yanaşma deyil:

 "Hər gün yollarda çoxsaylı yol qəzası xəbərlərinə rast gəlirik. Çoxları deyir ki, bunlar sürücülərin savadsızlığından baş verir. Lakin həqiqət bundan fərqlidir: yol hərəkəti qaydalarını bilməyən piyadalar, xüsusilə valideynlər və uşaqlar, bəzən özləri də bilmədən faciəyə yol açırlar. Piyadaların yol hərəkəti qaydalarından xəbərinin olmaması çox ciddi problem yaratmaqdadır. Gün ərzində yol hərəkətində bir çox hallarla rastlaşıram ki, piyadalar, xüsusən də uşaqlar və onların valideynləri, yol qaydalarına əməl etmirlər. Valideynlərin övladlarına yol hərəkəti qaydalarını öyrətməməsi ciddi məsələdir. Əslində, valideynlərin özləri bu qaydaları ya bilmir, ya da əməl etmir. Məsələn, bir çox valideyn işıqforun qırmızı işığında övladının əlini çəkə-çəkə, təhlükəli şəkildə yolu keçir. Yaşıl işığı gözləməyə 30 saniyə səbri çatmayan valideynlərin bu laqeydliyi həm öz həyatlarına, həm də övladlarının həyatına ciddi təhlükə yaradır. Məktəblərin qarşısında yalnız yarım saat müşahidə aparmaq kifayətdir ki, bu sahədə vəziyyətin nə qədər acınacaqlı olduğunu görəsiniz. Valideynlərin 80 faizindən çoxu yol hərəkəti qaydaları ilə bağlı minimum biliyə belə sahib deyil. Qırmızı və yaşıl işığın fərqini bilmirlər, işıqfor olmayan yerdə yolu necə keçmək lazım olduğunu anlamırlar. Təbii ki, valideynlərini düzgün görməyən uşaqlar da bu qaydalardan xəbərsiz olur. Məktəblərdə isə yol hərəkəti qaydaları ilə bağlı dərslər sistemli şəkildə aparılmır. Uşaqlar yalnız “Ətraf aləmlə tanışlıq” və ya bənzər fənlər çərçivəsində bir neçə qayda ilə tanış olurlar ki, bu da kifayət deyil".


L.Mehralının fikrincə, dünyanın bir çox ölkəsində magistral yollarda piyadaların vurulmasına görə sürücülər məsuliyyətə cəlb olunmur: 

"Əgər piyadalar yeraltı və ya yerüstü keçidlərdən istifadə etməyib yüksək sürətli yola çıxırlarsa, onların ölümünə görə sürücü məsuliyyət daşımır. Lakin bizdə sürücünün günahı olmadan baş verən piyada ölümlərinə görə sürücülər hətta 10 il azadlıqdan məhrum edilirlər. Bu da haqlı olaraq  ədalətsiz qərar kimi qəbul edilir. Sürücü normal şəkildə yolunda hərəkət edirsə, qəfil yola çıxan piyadaya görə niyə cəzalandırılmalıdır? Uşaqların təhlükəsizliyi üçün valideynlərin nümunə göstərməsi vacibdir. Valideynlər yalnız sözlə deyil, əməlləri ilə də övladlarına yol hərəkəti qaydalarını öyrətməlidirlər. Yol boş olsa belə, qırmızı işıqda yolu keçməməyin vacibliyini övladına göstərmək lazımdır. Uşaq görməlidir ki, yaşıl işıq yansa belə, valideyn ehtiyatlıdır, sağa-sola baxır, diqqətli davranır. Çünki uşaqlar bizi təqlid edir. Yol hərəkəti qaydalarını bilməyən, telefona baxa-baxa yolu keçən valideynlərin övladları da eyni davranışı təkrarlayır. Bu səbəbdən yol hərəkəti təhlükəsizliyinin təmin olunması yalnız sürücülərə görə deyil, həm də valideynlərin və uşaqların maarifləndirilməsi ilə bağlıdır. Məktəblərdə sistemli dərslərin təşkili, valideynlərin övladlarına nümunə göstərməsi və ictimaiyyətin bu mövzuda daha aktiv olması yol qəzalarının sayını əhəmiyyətli dərəcədə azalda bilər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Sentyabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see682

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see530

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see476

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see349

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see331

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see282

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see268

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see259

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see250

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see225

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see224

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see223

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see222

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see210

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see210

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see204

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see189

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see181

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see181

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri