Icma.az
close
up
RU
Lənkəranda genişmiqyaslı abadlıq və infrastruktur işləri davam etdirilir

Lənkəranda genişmiqyaslı abadlıq və infrastruktur işləri davam etdirilir

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Lənkəran, 16 noyabr, AZƏRTAC

Lənkəran şəhərində, Liman və rayonun bir sıra yaşayış məntəqələrində abadlıq, yenidənqurma və yaşıllaşdırma tədbirləri həyata keçirilir. Küçələr asfaltlanır, parklar və binalar yenilənir, tarixi abidələrdə təmir-bərpa işləri aparılır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərdə aparılan abadlıq tədbirləri çərçivəsində Əfqanıstan Veteranları Parkında yenidənqurma işləri başa çatdırılaraq sakinlərin istifadəsinə verilib. Hazırda Heydər Əliyev prospektində, akademik Zərifə Əliyeva, Paşa Təhməzov, Mirzə Məmmədhüseyn Axund, Tofiq Aslanov, Səttərxan, Əliağa Vahid, Məhəmməd Əsədov, Şirəli Axundov, Koroğlu və Fikrət Məmmədov küçələrində, eləcə də Həzi Aslanov, Xocalı və Əsgər Əliyev adına “Dostluq” parklarında abadlıq işləri aparılır.

Girdəni və Sütəmurdov körpülərindən başlayaraq Ləvəngi dairəsi və Şəhidlər xiyabanı ərazisində də işlər davam etdirilir. Parklarda tamet örtükləri yenilənir, çoxmənzilli binaların fasadları təmir olunur, hasarlar bərpa edilərək rənglənir, piyada səkilərinə yeni örtük döşənir.

Bununla yanaşı, şəhərin tarixi-mədəni irs nümunələrindən olan Dairəvi qalada təmir-bərpa işləri aparılır. Abidənin qorunması və görünüşünün yaxşılaşdırılması istiqamətində tədbirlər görülür.

Lənkəran şəhərinin kanalizasiya sisteminin yenilənməsinə də başlanılıb. Hazırda Hənifə Abdullayev küçəsində layihə üzrə tikinti-quraşdırma işləri davam etdirilir.

Cari ilin infrastruktur layihələri çərçivəsində əsaslı təmiri və asfaltlanması nəzərdə tutulan küçələrdən 15-də işlər həyata keçirilib. Daha 33 küçədə analoji abadlıq və bərpa işlərinin aparılması planlaşdırılır.

Eyni zamanda, yeddi çoxmənzilli binanın girişlərinin daxili hissələrinin və məhəccərlərinin rənglənməsi başa çatdırılıb, hazırda həmin binaların fasadlarında rəngləmə işləri aparılır.

Bundan əlavə Lənkəran şəhərinin Heydər Əliyev prospektində, Liman şəhərində, Haftoni qəsəbəsində və Sütəmurdov kəndində, ümumilikdə 1800 şam, 700 sərv, 100 tuya və 500 müxtəlif növ ağac əkilib və rayonda yerləşən 70 tarix və memarlıq abidəsi haqqında məlumatlar da rəqəmsallaşdırılıb.

Müxbir- İlkin Adıyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Noyabr 2026 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see379

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see322

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see317

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see289

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see288

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see272

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see271

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see266

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see261

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see254

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see251

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see250

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see242

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see237

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see236

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see231

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see231

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see224

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see206

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri