Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Məktəb yaşı 7dən başlamalı, əsgərlik yaşı 20yə qaldırılmalıdır

Məktəb yaşı 7dən başlamalı, əsgərlik yaşı 20yə qaldırılmalıdır

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda 12 illik təhsilə keçidlə bağlı müzakirələr - ekspertlər nə deyir?

“Məktəbə başlama yaşının 7-yə qaldırılması təhsildə uşaqların inkişafı və öyrənmə potensialları baxımından əhəmiyyətlidir”.

“Yeni Müsavat” bildirir ki, bu barədə təhsil eksperti Kamran Əsədov deyib.  Ekspert qeyd edir ki, 7 yaşında məktəbə başlayan uşaqlar daha motivasiyalı və sinif lideri olmağa meyllidirlər: “Bu yaşda məktəbə başlama onların psixoloji hazırlığı və diqqət mərkəzində olmasına müsbət təsir göstərir. Uşaqlar daha inamlı şəkildə öyrənməyə hazır olur və məktəb həyatına uyğunlaşmada daha yüksək nəticələr göstərirlər.

Beləliklə, məktəbə başlama yaşının 7-yə qaldırılması, uşaqların həm akademik, həm də sosial-emosional baxımdan daha güclü olmalarına kömək edir. Əgər biz uşaqların təhsildə maksimum potensialını ortaya çıxarmaq istəyiriksə, onların təbii inkişaf mərhələlərini nəzərə almalıyıq".

Qeyd edək ki, bir çox ölkədə uşaqlar 7 yaşında məktəbə başlayır. Məsələn, Rusiyada uşaqların əksəriyyəti 7 yaşında məktəbə başlayır. Finlandiyada ibtidai təhsil 7 yaşdan başlayır və təhsil sistemi dünyada ən yüksək nəticələrdən birinə sahibdir. Norveçdə də uşaqlar 7 yaşında təhsilə başlayır.

Estoniya və Latviyada da məktəb yaşı 7-dir. Eləcə də Polşada uşaqlar 7 yaşda məktəbə getməyə başlayır.

Bu ölkələrdə məktəbə başlama yaşı bir çox səbəblə 7 olaraq seçilib, çünki uşaqların bu yaşda sosial və əqli inkişafı təhsil üçün daha uyğun hesab edilir.

Uşaqların 7 yaşında məktəbə başlaması, bəzi mütəxəssislərin fikrincə, daha faydalı ola bilər, çünki bu yaşda uşaqların sosial və əqli inkişafı təhsil prosesinə daha uyğun hesab edilir. Qeyd olunur ki, 7 yaşda uşaqlar adətən sosial münasibətlərdə daha yetkin və özünəinamlı olurlar. Bu yaşda sinifdə daha asan uyğunlaşır və qrupla işləməyi öyrənirlər.

Uşaqlar 7 yaşa yaxın daha çox diqqət göstərə və təlimatları izləyə bilirlər. Əqli inkişaf mərhələlərində bu yaşda daha yüksək səviyyəli düşünmə bacarıqları formalaşır ki, bu da oxuma-yazma və riyazi biliklərin mənimsənilməsində kömək edir.

7 yaşında uşaqlar stresə daha dözümlü olur və məktəbin intizam qaydalarına daha rahat alışırlar. Onlar üçün məktəb mühitinə uyğunlaşmaq daha asan ola bilər.

Kiçik yaşda uşaqlar üçün oyun əsas öyrənmə metodudur. Məktəbə daha gec başlamaq, onlara oyunlar vasitəsilə yaradıcılıq və təcrübə yolu ilə öyrənmək imkanı verir ki, bu da uzunmüddətli inkişaf üçün faydalıdır.

Mütəxəssislər qeyd edir ki, bu model hər uşağa uyğun olmaya bilər, çünki bəzi uşaqlar daha erkən yaşlarda məktəbə hazır ola bilər. Optimal məktəbə başlama yaşı, həmçinin valideynlərin, təhsilçilərin və mütəxəssislərin uşağın fərdi inkişafını və ehtiyaclarını nəzərə alaraq qərar verməsinə bağlıdır.

Bəs Azərbaycanda məktəb yaşı 7-yə qaldırıla bilərmi?

Təhsil eksperti Elşən Qafarov mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında deyib ki, həmkarının fikirləri ilə razıdır: “Ümumiyyətlə, hər bir şəxsin fizioloji yetkinliyi onun doğulduğu,  böyüdüyü ərazinin iqlim xüsusiyyətləri ilə bağlıdır. Sovet dövründə uşaqların həm fizioloji, həm də beyin cəhətdən yetkinliyi 7 yaş götürülüb. Hazırda Azərbaycanda ibtidai təhsil səviyyəsi 6 yaşdan başlayır. Bu yaşdan uşaqlara yazıb-oxumağı öyrədirlər ki, bu da  nəticə etibarı ilə beyin yorulmasına gətirib çıxarır və şagirdlər artıq yuxarı siniflərdə uğur göstərə bilmirlər.

Mən də hesab edirəm ki, məktəb yaşı 7 yaşdan başlayarasa, daha doğru olar. Lakin məsələnin başqa bir tərəfi var, biz 12 illik təhsilə getmək istəyirik. Bu zaman bəzi məsələlər də həll olunmalıdır.  Birinci növbədə biz müəyyən etməliyik ki, 12 illik təhsilə nə vaxt keçəcəyik? Məlum olduğu kimi, dünyada 220-dən çox ölkə varsa, bunun 190-ı artıq 12 illik təhsilə keçib. 12 illik təhsilə keçsək, onda ibtidai təhsil neçənci sinifdən, neçə yaşdan başlayacaq və neçənci sinifləri əhatə edəcək? Daha bir məsələ, əgər 12 illik təhsilə keçsək, onda əsgərlik yaşı da 20-yə qaldırılmalıdır. Qeyd edim ki, Finlandiya təhsil modeli uşaqlara erkən yaşlardan geniş dünya görüşü və həyat bacarıqları qazandırmaq üzərində qurulub. Bu modeldə təhsil yalnız akademik biliklər deyil, həm də sosial, emosional və problem həll etmə bacarıqları üzərində dayanır. Məsələn, ibtidai təhsilin ilk illərində dərslər daha çox oyun əsaslı və təcrübə yönümlüdür ki, uşaqlar öyrənməyi sevsinlər, maraqlarını kəşf etsinlər və özlərini rahat ifadə edə bilsinlər.

Azərbaycanda isə bir çox hallarda təhsilə daha akademik bir yanaşma üstünlük təşkil edir. Valideynlər və müəllimlər uşaqların erkən yaşdan yazıb-oxumağı bacarmasını ön planda tuturlar və bu, sanki təhsilin ən əsas göstəricisi kimi qiymətləndirilir. Halbuki uşaqların erkən yaşlarda inkişaf etdirilməsi lazım olan başqa bacarıqlar da var ki, bunlar onlara gələcək həyatlarında daha çox fayda gətirir. Yaradıcı düşünmə, sosial münasibətləri qurma, özünəinam və müstəqillik kimi bacarıqlar, əslində onların akademik uğurlarından daha vacib ola bilər. Qərb təhsil sistemləri, xüsusilə Finlandiya modeli, göstərir ki, təhsil yalnız bilik öyrətmək deyil, həm də uşağın şəxsiyyətini və düşüncə tərzini formalaşdırmaqdır. Bu yanaşma gələcək nəsillərin daha geniş baxışlı, məsuliyyətli və yaradıcı insanlar kimi yetişməsinə yardım edir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Noyabr 2024 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see434

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see327

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see325

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see304

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see298

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see284

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see282

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see272

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see253

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see237

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see232

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see215

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see214

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see205

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see199

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see195

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see191

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see191

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see186

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri