Icma.az
close
up
RU
“Məktəbdə hamıya eyni qayda tətbiq olunmalıdır” Bahar Muradova

“Məktəbdə hamıya eyni qayda tətbiq olunmalıdır” Bahar Muradova

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Hüquqi və demokratik cəmiyyətlərdə fərdi azadlıqlar bir qayda olaraq ümumi qaydaların inkarı üzərində deyil, ictimai maraqlara və qanuni tələblərə hörmət çərçivəsində həyata keçirilməlidir.

Başqa sözlə bu hüquq hər bir ictimai məkanda bütün şəxsi seçimlərin mütləq və heç bir ümumi qayda ilə məhdudlaşdırılmadan reallaşdırılması demək deyildir.

Bu tələblər qanuni, aydın və legitim məqsədə mütənasib olduqda, onların mövcudluğu öz-özlüyündə azadlığın inkarı sayıla bilməz.

Məktəb məhz bu baxımdan xüsusi sosial mühitdir: onun əsas məqsədi uşaqların təhsil alması, şəxsiyyət kimi formalaşması, bərabər imkanlara sahib olması və ortaq davranış mədəniyyəti qazanmasıdır.

Məktəbə daxil olan hər bir şagird də təhsil prosesinin ümumi tələblərinə əməl etməlidir.

Digər tərəfdən vahid məktəbli formasının tətbiqi prosesini insanın namusu, ləyaqəti və ya mənəvi keyfiyyətləri ilə əlaqələndirilməsi, o cümlədən təhsilalanların fərdi mənəvi dəyərinin müəyyənləşdirməsi baxımından deyil, təhsil mühitində hamı üçün ümumi qayda yaratmaq naminə tətbiq edildiyini gözardı etmək olmaz.

Əksinə, vahid formanın tətbiqinin şagirdlərin geyimlərinin onların ailələrinin maddi imkanlarının, sosial statuslarının və dəb seçimlərinin nümayişinə çevrilməsinin qarşısını almağa, diqqəti xarici görünüşdən təhsilə yönəltməyə xidmət edən ən optimal vasitələrdən biri kimi qəbul etmək lazımdır.

Vahid geyim qaydasının bərabərliyə xidmət etməsinin bütün sosial fərqləri avtomatik aradan qaldırdığını iddia etmək düzgün olmasa belə, onun bahalı brendlər, dəb və fərqli geyim imkanlarının təhsil mühitində rəqabət predmetinə çevrilməsini məhdudlaşdırdığını və şagirdlər arasında sosial müqayisəni azaltmaq üçün real imkan yaratığını da xüsusi vurğulamaq lazımdır.

Həmçinin, bu zaman söhbət kiminsə şəxsi seçiminin mənəvi cəhətdən üstün elan edilməsindən deyil, eyni təhsil mühitində hamıya eyni qaydanın tətbiqindən gedir.

Bu, isə gəlin razılaşaq ki,məktəbin tərbiyəvi missiyası baxımından xüsusilə əhəmiyyətlidir.

Mövzunun dünyəvilik tərəfinə gəldikdə isə, o birmənalı olaraq dövlətin və təhsil sisteminin bütün şagirdlərə dini mənsubiyyətindən asılı olmayaraq bərabər yanaşmasını, tədrisin ümumi təhsil məqsədlərinə əsaslanmasını nəzərdə tutur. Vahid məktəbli formasının tətbiqi də məhz bu ümumi qaydanın tərkib hissəsi kimi dəyərləndirilməlidir.

Uşaqların geyimi haqqında dövlət siyasətini qadınların mənəvi dəyəri, əxlaq və insan ləyaqəti haqqında zərərli mübahisəyə çevirmək cəhdləri isə mövzunun mahiyyətini tamamilə dəyişir.

Odur ki,vahid məktəbli formasının müəyyənləşdirilməsi və tətbiqi təhsilin təşkili ilə bağlı hüquqi və ictimai məsələ olduğu üçün onu yalnız uşaqların bərabərliyi, təhsil mühitinin xüsusiyyətləri, valideynlərin öhdəlikləri və dövlətin qanuni tənzimləmə səlahiyyətləri baxımından qiymətləndirmək lazımdır.

Bahar Muradova,

Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Oktyabr 2026 23:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see440

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see404

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see356

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see351

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see338

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see271

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see234

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see221

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see218

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see217

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see213

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see203

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see202

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see201

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see200

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see187

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see182

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see174

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see166

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri