“Super Ay” təsiri başlayır Dörd bürcün həyatı dəyişəcək
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Ardıcıl baş verəcək üç Super Aydan birincisi olan və Əkizlər bürcündə gerçəkləşən "Qunduz Ayı" astroloji proqnozlarda ünsiyyət, dürüstlük və şəxsi inkişaf mövzuları ilə ön plana çıxır.
Bizim.Media xəbər verir ki, bu səma hadisəsi 4 bürc üçün dönüş nöqtəsi olacaq:
Əkizlər
Əkizlər bürcü nümayəndələri üçün bu bədirlənmiş Ay şəxsi dəyişimin başlanğıcı kimi qiymətləndirilir. Əsl hisslərini gizlətmək və öz istəkləri yerinə başqalarının gözləntilərinə uyğun hərəkət etmək artıq onlar üçün çətinləşə bilər. Uzun müddətdir dilə gətirə bilmədikləri fikirlərini bölüşmək və ya planlaşdırdıqları dəyişikliyi həyata keçirmək qərarına gələ bilərlər. Başqalarını razı salmaq naminə öz ehtiyaclarından imtina etməməli olduqlarını anlayacaqlar.
Oxatan
Oxatanların gündəmində sevgi və şəxsi münasibətlər dayanacaq. Onlar azadlıq və müstəqillik ehtiyacları ilə yaxınlarına qarşı olan məsuliyyətləri arasında seçim qarşısında qala bilərlər. Bəzi Oxatanlar münasibətlərində uzun müddətdir çatışmazlığını hiss etdikləri məsələlərlə üzləşəcək, digərləri isə tərəf müqabilləri ilə aralarındakı köhnə anlaşılmazlıqları həll etmək imkanı qazanacaqlar.
Qız
Qız bürcü üçün əsas prioritet karyera və gələcək planları olacaq. İş həyatında uzun müddətdir axtardığını tapa bilməyən və ya zəhmətinin qarşılığını almadığını düşünənlər yeni bir yol cızmaq fikrinə daha isti baxa bilərlər. Bu dövrdə peşəkar hədəflərlə bağlı mühüm qərarlar gündəmə gələcək.
Balıqlar
Digər bürclər daha çox xarici aləmdəki dəyişikliklərə fokuslandığı halda, Balıqlar üçün daxili məsələlər ön plana çıxacaq. Ailə, ev həyatı və aidiyyət hissi bu dövrün əsas mövzuları arasında yer alacaq. Balıqlar daxili rahatlıqlarını bərpa etmək və ev mühitində köklü qərarlar vermək ehtiyacı hiss edəcəklər.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 26 Noyabr 2026 17:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















