Icma.az
close
up
RU
Məktəbdə qıza sataşan oğlanı təhqir etdilər, qardaşının qisası ağır oldu TƏFƏRRÜAT

Məktəbdə qıza sataşan oğlanı təhqir etdilər, qardaşının qisası ağır oldu TƏFƏRRÜAT

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Abşeron rayonunda 2005-ci il təvəllüdlü Əhəd şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Əhmədə xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Abşeron rayonu, Digah qəsəbəsində baş verib. Əhəd qəsəbədə yerləşən qəbiristanlığın yaxınlığında Əhmədin  təşəbbüsü ilə aralarında yaranmış şəxsi münasibətlərin pozulması zəminində, yəni, hadisədən bir gün əvvəl sonuncu tanışı ilə onun qardaşı arasında yaranmış mübahisəyə aydınlıq gətirərkən Əhməd tərəfindən yumuruq və təpik zərbələri ilə sol kürək, qarın və sol baldır nahiyyələrinin sıyrıqları kimi dərəcəsinə görə sağlamlığa zərərvurmayan xəsarətlər yetirildiyi üçün cibində gəzdirdiyi cib bıçağını çıxararaq ona iki dəfə qəsdən zərbə endirib. Hadisə nəticəsində Əhmədə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Əhədin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əhəd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Əhmədi qəsəbə sakini kimi tanıyıb: “Mən hadisə günü evdə olmuşam. Səhər saat 10:00-da mənə Əhməd zəng edərək qardaşımın başqa sinfə daxil olaraq narahatlıq yaratdığını dedi. Mən də cavabımda qardaşımın elə bir şey etməyəcəyini, əgər edibsə, üzr istədiyimi dedim. Qardaşım axşam evə gələndə ondan nə baş verdiyini soruşdum. Qardaşım da sinfə daxil olduğunu, narahatlıq olar deyə onu sinifdən çıxararaq sonra zəng etdiklərini bildirdi. Qardaşıma üzr istədiyimi dedim. Qardaşım isə zəngdən sonra ona qarşı təhqiredici ifadələr işlətməyə başladıqlarını bildirdi. Qardaşımın bu sözlərinə görə  Aminə zəng etdim. Amin baş verən hadisə ilə bağlı məndən üzr istədi. Aminə bildirdi ki, Əhməd onunla əlaqə saxlayacaq. Əhməd gələrək məni götürdü. Biz görüşdük. Həmin vaxt iş üzrə şahidlər də orada olub. Şahidlər də bizdən 500-600 metr uzaq məsafədə dayanmışdılar. Əhmədlə aramda mübahisə yaranmağa başladı. Əhmədlə dalaşaraq əlbəyaxa olduq. Daha sonra yerə yıxıldım. Hadisə vaxtı mənim üstümdə bıçaq olub. Yıxıldıqdan sonra 2 dəfə Əhmədə vurmuşam. Sonra isə uşaqlara Əhmədi vurduğumu bildirdim. Onlar Əhmədi xəstəxanaya apardı. Mən isə hadisə yerindən uzaqlaşdım və daha sonra təslim oldum”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Əhmədin sözlərinə görə, təqsirləndirilən Əhədi yaşadığı qəsəbə sakini kimi tanısa da, onunla yaxın münasibəti olmayıb: “18 mart 2023-cü ildə, saat 13 radələrində yaşadığım evdə olduğum vaxtı Bakı şəhərində yaşayan dostum Tağı mənə zəng etdi və məni qəsəbədəki məktəbin həyətinə çağırdı. Mən də “Kia” markalı maşınıma minərək həmin yerə getdim. Tağı mənim maşınıma mindi, Əhədin qardaşı Nihadın onun məktəbin 10-cu sinfində oxuyan qız qohumuna sataşdığına görə Nihadla danışdığını, həmin vaxtı dostu Amin də yanında olduğunu bildirdi. Mən bunu eşidən kimi əsəbləşdim və maşınından yerə düşərək Əhədin qardaşı Nihadı çağırdım, birdə belə hərəkət etməməsini söylədim. Həmin vaxtı Tağı da Aminlə birlikdə Nihadı buna görə tənbeh etdiklərini deyərək mənə bu işə baş qoşmamağı söylədi. Mən də maşınıma minərək oradan getdim”. 
Zərərçəkmiş qeyd edib ki, ertəsi günü, yəni martın 19-da, saat 17 radələrində Bakı şəhərində dostu Tağının yaşadığı evdə olduğu vaxtı Amin onlara zəng edib və Əhədin bir gün əvvəl qardaşı Nihadla olan söhbətə görə dostları ilə birlikdə yaşadıqları qəsəbədəki “Xudafərin” kafesinin arxasına çağırıb, üstünə bıçaq çıxarıb, üzr istətdirdiklərini söyləyib: “Biz də bunu eşidən kimi birlikdə qəsəbəyə getdik. Mən Əhədə zəng edərək onunla görüşmək istədiyimi bildirdim. Əhəd də məni “Xudafərin” kafesinin yanına çağırdı. Mən də maşınıma minərək Tağı ilə birlikdə həmin yerə getdim. Az sonra Əhəd dostu Əfsun və Sənanla yanıma gəldi. Əhədlə söhbətimdə başqa şəxslərin olmaması üçün sonuncuya təklif etdim ki, maşına əyləşsin və gedərək bir qədər aralıda söhbət edək. Buna görə də Tağıya da dedim ki, maşından düşsün, orada məni gözləsin və Əhədlə ikilikdə söhbət etmək istəyirəm. Əhəd də razılaşaraq maşınına mindi. Tağı isə maşından düşərək orada qaldı”. 
Əhmədin ifadəsinə görə, daha sonra maşınını qəsəbənin ərazisindəki “Yuxarı qəbiristanlıq” adlanan qəbiristanlığın kənarı ilə gedən yola tərəf sürüb və dostlarının  olduğu yerdən təxminən 500-600 metr aralanıb: “Maşını heç kimin olmadığı yerdə saxladım. Hər ikimiz maşından yerə düşdük. Mən söhbət etmək üçün Əhədə yaxınlaşdım və Aminlə aralarında nə baş verdiyini soruşdum. Sonuncu da bir gün əvvəl onun qardaşı Nihada irad bildirməyi bəhanə etdi, mənimlə mübahisə etməyə başladı və üstümə gəldi. Mən sonuncunun yaxasından tutaraq  fənd işlədərək ayağım ilə ayağına vurdum. Həmin vaxt hər ikimiz yerə yıxıldıq. Əhəd isə mənim altımda qaldı. Mən Əhədi buraxaraq yerdən ayağa durmaq istəyəndə gözləmədiyim halda Əhəd arxadan sağ tərəfimdən məni bıçaqla vurduğunu hiss etdim. Mən əlim ilə sağ tərəfimi tutdum və yaramdan qan axdığını gördüm. Həmin vaxtı Əhəd yerdən qalxaraq üstünü təmizlədi. Mən yaramdan axan qanın artdığını göərək Tağıya zəng etmək istədim. Həmin vaxtı Tağının qaçaraq yanıma gəldiyini gördüm. Başa düşdüm ki, Əhəd özü zəng vuraraq mənə kğmək etmələri üçün çağırıb. Tağı yaxınlaşaraq xəsarət aldığımı gördü və cəld maşina əyləşdirərək birlikdə oradan uzaqlaşdıq. Birtəhər Binəqədi qəsəbəsindəki təcili tibbi yardım məntəqəsinə gəldik. Oradan da həkimlər məni təcili tibbi yardım maşını ilə “Semaşko” xəstəxanasına apardılar”. 
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əhədin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 3 il 6 ay şərti cəza verilib. 
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 Aprel 2025 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu çox ucuz vətənpərvərlik propaqandasıdır

20 Avqust 2025 17:47see311

Ürəkbulanmaya əhəmiyyət verməyən hamilə qadında ölümcül xəstəlik aşkarlandı

19 Avqust 2025 21:00see191

"Doktor Gülü" əməliyyat masasındakı qadının LÜT GÖRÜNTÜSÜNÜ YAYDI VİDEO

19 Avqust 2025 18:49see167

Yuxuda it görmək, bala it görmək, it sürüsü görmək, iti sığallamaq, itin dişləməsi... Yuxuyozma Video

19 Avqust 2025 23:20see132

Başqalarını ittiham etməyin tarixi So­sial şə­bə­kə­də ya­zı­lan­lar

19 Avqust 2025 19:02see130

Qarabağ ın Budapeşt zəfəri Video

20 Avqust 2025 02:51see129

ÇL: Pley offda gecənin nəticələri

20 Avqust 2025 01:23see128

Nəsillərə örnək olan qüdrətli poeziya Bəxtiyar Vahabzadə 100

19 Avqust 2025 21:02see127

Bakıda torpaq bahalaşıb VİDEO

20 Avqust 2025 00:29see127

“Qalatasaray”da ayrılıq RƏSMİ

19 Avqust 2025 22:42see123

Solaxaylarla bağlı yeni araşdırma: Risk daha böyükdür

20 Avqust 2025 02:11see122

Qurban Qurbanov: Hesabda üstünlüyümüz olsa da, bu, heç kimi aldatmamalıdır

20 Avqust 2025 01:35see122

Bakının bu rayonları qazsız qalacaq

19 Avqust 2025 23:19see121

Moto sürən ata və oğlu ağır yol qəzasında öldü VİDEO

19 Avqust 2025 23:07see120

Burak Yılmaz bu komandanın baş mıəşqçisi oldu AÇIQLAMA

20 Avqust 2025 00:23see120

17 maddəlik sülh sazişinin əsas elementi budur…

20 Avqust 2025 17:38see120

Ömrü oğlunun ölüm tarixi ilə bağlanan şəhid atası... "Anamın qucağında gözlərini yumdu"

19 Avqust 2025 21:01see119

Mayor VƏFAT ETDİ görün kimi QARDAŞI imiş... FOTO

21 Avqust 2025 10:40see117

Gəncədə 10 yaşlı uşaq bıçaqlandı Vəziyyəti ağırdır

19 Avqust 2025 21:33see115

Qələbəni “Qarabağ”lı azarkeşlərlə birgə qeyd etdilər Budapeştdən video

20 Avqust 2025 01:14see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri