Icma.az
close
up
RU
Məktəbdə işləyən katibənin çılpaq videosu yayıldı, gözətçi direktora hücum etdi TƏFƏRRÜAT

Məktəbdə işləyən katibənin çılpaq videosu yayıldı, gözətçi direktora hücum etdi TƏFƏRRÜAT

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Astara rayonunda 1964-cü il təvəllüdlü Tahir mübahisə zamanı tanışı Gülnaza (adlar şərti verilib – red.) xəsarət yetirib.

Bakupost.az -ın Teleqraf-a istinadən əldə etdiyi xəbərə görə, hadisə 1 sentyabr 2024-cü ildə baş verib. Tahir həmin gün saat 9 radələrində Astara şəhərində gözətçi işlədiyi orta məktəblərdən birinin həyətində məktəb direktoru Qafurdan həyat yoldaşı Səbinəyə aid çılpaq video-görüntüləri verməsini tələb edib.

Mübahisə zamanı Gülnazın ünvanına nalayiq ifadələr işlədib, bıçaqla ona iki zərbə vurub.

İstintaq orqanı tərəfindən Tahirin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib.

“Şikayət etdiyinə görə arvadımın çılpaq videolarını yaydı”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tahir ittiham üzrə özünü təqsirli bilib.

O, ifadəsində göstərib ki, 25 il orta məktəbdə gözətçi işləyib: “Gülnaz məktəbin direktorudur. Hadisədən təxminən 3-4 ay əvvələ qədər arvadım Səbinə həmin məktəbdə katibə işləyirdi. Direktorun qanunsuz hərəkətlərini gördükdə onun barəsində prokurorluq orqanlarına şikayət etməyə başladı. Bundan sonra Gülnaz arvadıma aid video-görüntüləri yaymağa başladı. Videonu özüm görməsəm də, eşitdiyimə görə, guya həyat yoldaşım çılpaq videolarını bir nəfər oğlana göndərib, o da görüntüləri direktora verib”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Gülnaz həmin videoları məktəbdə və təhsil sektorunda müxtəlif şəxslərə göstərib, Səbinənin şərəf və ləyaqətini alçaltmağa çalışıb: “Bundan sonra həyat yoldaşım ərizə yazaraq işdən çıxdı.

Səbinə həmin görüntüləri təqdim etməsini Gülnazdan tələb etsə də, direktor videoların onda olmadığını bildirdi. Lakin videoları müxtəlif şəxslərə göstərməyə davam etdi.

Arvadımın şikayətlərindən sonra direktor mənə də ilişməyə başladı. Gülnazın hərəkətlərindən bezdiyimə görə onu cəzalandırmaqla qorxutmaq qərarına gəldim. Bu məqsədlə hadisə günü saat 8 radələrində yaşadığım evdən çıxdım və təxminən 20-30 metr məsafədə yerləşən məktəbə getdim.

Bir gün əvvəl məktəbdə işlətdiyim mətbəx bıçağını üzərimdə evə aparmışdım. Məqsədim Gülnazdan məktəbə gələndə video görüntüləri almaq, əgər verməsə, onu qorxutmaq üçün vurmaq idi. Bıçağı götürdükdən sonra şalvarımın sağ yan cibində gizlətdim”.

“Vurdum və təhqir etdim”

Tahir bildirib ki, saat 9 radələrində Gülnaz avtomobillə məktəbə gəlib: “Mən həyətdə qapının yanında dayanmışdım. Seçki günü olduğu üçün məktəbin inzibati binasında səs verməyə gələnlər, müşahidəçilər vardı. Dayandığım yerlə məktəbin binası arasında təxminən 5 metr məsafə olardı.

Gülnaz qapıdan içəri daxil olduqda uca səslə ondan Səbinənin video-görüntülərini istədim. O, yüksək səslə məni təhqir edərək video-görüntülərin onda olmadığını bildirdi. Mən cibimdən bıçağı çıxararaq Gülnaza bir neçə zərbə vurdum. Amma hansı nahiyəyə və neçə zərbə vurduğumu xatırlamıram.

Gülnaz yerə yıxılaraq qışqırmağa başladı. “Sənin başın kəsilməlidir, amma mən bunu eləmirəm” dedim. Sonra kənara çəkildim, nalayiq sözlərlə onu təhqir etdim. Məktəbin binasından işçilər və ətrafdan polis əməkdaşı gəldi. Əlimdəki bıçağı polisin tələbindən sonra yerə atdım.

Məqsədim Gülnazı öldürmək yox, qorxutmaq idi. Onu qətlə yetirmək istəyim olsaydı, bunu reallaşdırmaq üçün daha çox bıçaq zərbəsi vura bilərdim, buna imkan da vardı. Bıçağı polisə verdikdən sonra hadisə yerinə əlavə polis əməkdaşları gəlib, məni Astara Rayon Polis Şöbəsinə apardılar”.

“Oğlunu məktəbdə işə götürməyimi istədi”

İş üzrə zərərçəkmiş qismində ifadə verən Gülnazın sözlərinə görə, 5 il Astara şəhərində orta məktəbdə direktor işləyib, hazırda Bakı şəhərində çalışır: “Səbinə direktoru olduğum məktəbdə katibə, əri Tahir isə gözətçi işləyib. Təxminən 2 il əvvəl Səbinə yaxınlaşaraq məktəbdə olan vakant iş yerinə oğlu Samiri texniki işçi kimi qəbul etdirmək istədi. Mən isə həmin yerə Vətən müharibəsi qazisinin həyat yoldaşını götürdüm.

Bundan sonra Səbinə mənimlə ədavət aparmağa, barəmdə hüquq-mühafizə orqanlarına böhtan xarakterli məlumatlar verməyə başladı. Səbinənin həyat yoldaşı Tahir də bir neçə dəfə barəmdə əmək müfəttişliyinə şikayətlər etdi”.

Gülnaz qeyd edib ki, 2024-cü ilin fevral ayında Səbinənin çılpaq videoları yayılıb: “Videoları məktəbdə müəllim və işçilərdən də görən olmuşdu. Səbinəni çağıraraq ondan video barədə soruşdum. Videonun ona məxsus olmadığını, montaj edildiyini bildirdi. Video-görüntülər məktəbin kollektivi arasında qınağa səbəb olduğundan işçilər iclas keçirdi və Səbinənin işdən çıxarmağı təklif etdilər.

Bunu eşidən Səbinə özü ərizə yazaraq işdən çıxdı”.

“Videolara görə cavabını verməliydin”

Gülnazın ifadəsinə görə, hadisə günü saat 09:00-da seçkilərdə müşahidəçi kimi iştirak etmək üçün məktəbə gedib: “Həyətə girəndə gözətçi Tahir qaça-qaça üzərimə gəlməyə başladı. Onun bir işçi kimi nəsə deyə biləcəyini düşündüm. Lakin yaxınlaşanda sağ əlində bıçaq tutduğunu gördüm və qışqırmağa başladım.

Tahir heç bir söz demədən yaxınlaşaraq mənə bıçaq zərbəsi vurmağa başladı. Qışqıra-qışqıra əlimdə olan çantalarla özümü müdafiə etməyə çalışdım. Lakin Tahir sol döş-qəfəs nahiyəmə bir neçə zərbə vura bildi, yerə yıxıldım. O, bir qədər kənara çəkildi, barmağını silkələyərək “videolara görə cavabını verməliydin” dedi.

Məntəqə üzvləri aramızda dayandılar. Tahirin əlində bıçaq yenidən üzərimə gələrək nəsə deyib geri qayıtdı. Orada olan şəxslər məni Astara Rayon Mərkəzi Xəstəxanasına, tibbi yardım göstərildikdən sonra isə Lənkəran Rayon Mərkəzi əstəxanasına apardılar”.

Bu cinayət işinə Astara Rayon Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Tahir 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 15 Aprel 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see264

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see163

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see133

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri