Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Sabunçuda ailə dramı: Məktəbdə oxuyan qıza görə ögey anasını öldürdü TƏFƏRRÜAT

Sabunçuda ailə dramı: Məktəbdə oxuyan qıza görə ögey anasını öldürdü TƏFƏRRÜAT

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakının Sabunçu rayonunda 1997-ci il təvəllüdlü Qasım Məmmədov ögey anası İlhamə Məmmədovanı öldürüb. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, 1978-ci il təvəllüdlü İ. Məmmədovanın qətli 2024-cü ilin noyabrın 28-də rayonun Maştağa qəsəbəsində baş verib. 
Q. Məmmədov bu qətl hadisəsindən əvvəl başqa bir cinayət əməlinə görə məhkum edilib. O, 2023-cü ildə Cinayət Məcəlləsinin 234.1-cü (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə təqsirli bilinib və 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə sözügedən hökm dəyişdirilmədən saxlanılıb. O, 2024-cü ildə cəzasını başa vurub. 
Q. Məmmədov cəzasını çəkməkdən azad edildikdən sonra ailəsi ilə birlikdə yaşayarkən ögey bacısının azyaşlı övladının artıq həddi-buluğa çatmış qız olmasını əsas gətirib və onun təhsil aldığı orta məktəbdən çıxarılmasını ögey anası İ. Məmmədovadan dəfələrlə tələb edib. amma qadın onun bu tələbinə məhəl qoyulmayıb. Bunu cüzi səbəb kimi bəhanə gətirib və qadını öldürmək qərarına gəlib. 
Bu məqsədlə o, noyabrın 28-də, saat 18 radələrində ailə üzvlərinin yaşadıqları evin həyətində üzərində saxladığı bıçaqla ögey anasının bədəninə bir zərbə vurub. Həmin zərbə nəticəsində qadın vəfat edib. 
Hadisəni törədən Q. Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyib. O, ifadəsində göstərib ki, həmin əməli törədən zaman anlaqsız vəziyyətdə olub: “Buna görə həmin vaxt nə etdiyimin fərqində olmamışam. Həmin əməli törədərkən xuliqanlıq niyyətim olmayın. Mənim psixoloji problemlərim var. Hadisə baş verən gün evdə olmuşam. Bir anlığa belə bir hadisə törətmək mənim beynimə gəldi və bir anlıq bu qətli törətdim. İlkin verdiyim ifadə zamanı da nə dediyimi də bilmirəm. Dediklərimin də fərqində olmamışam. Mən əvvəllər də məhkum olmuşam. Psixoloji problemlərim barədə cəza çəkdiyim müəssisənin rəhbərliyi də bilib ki, çox əziyyətlər çəkmişəm. Hadisə baş verən zaman da nə etdiyimi bilməmişəm. Hadisədən əvvəl yatmışam. Yuxudan durduqdan sonra qətli törətmək fikrinə düşmüşəm. Buna görə də bu hadisəni törətmişəm”.
Təqsirləndirilən şəxs qeyd edib ki, Türkiyə Respublikasının Aksaray Universitetində təhsil alıb: “Ali təhsilim idman fakültəsi üzrə olub. Təhsilimi öz istəyim ilə yarımçıq qoymuşam. Heç kim məni orada təhsil almağa məcbur etməmişdi. İlhamə ilə əvvəllər aramızda mübahisələr olmayıb. O, hər zaman mənə yaxşılıq edib. Hadisəni törətmək barədə heç kim mənə fikir verməyib. Qətli törətmək fikri birdən-birə beynimə girib və hadisəni törətmişəm. Bacım qızının məktəbdən çıxarılması barədə bacıma irad bildirmişəm. Bununla bağlı olaraq bacım ilə araməzda heç bir mübahisə olmayıb. Sadəcə aramızda söhbət olub”.
İş üzrə zərərçəkmiş İlhamə Məmmədovanın hüquqi varisi qismində tanına həyat yoldaşı Abbas Məmmədov ifadə verib. O bildirib ki, mərhum onun arvadı olub: “Təqsirləndirilən şəxs isə mənim doğma qardaşım Arifin oğlu olub. Qasım uşaq ikən nənəsi, yəni anam onu özü ilə birlikdə saxlayıb. Mən vaxtlar anam ilə birlikdə Mehdiabad qəsəbəsində yaşamışıq. Qasım da bizimlə birlikdə həmin evdə yaşayıb. 2000-ci ildə İlhamə ilə ailə həyatı qurmuşam. Bu, mənim birinci evliliyim, mərhumun isə ikinci evliliyi olub. Onun ilk evliliyindən bir qız övladı olub. 2000-ci ildə İlhamə ilə ailə həyatı qurarkən, onun qızı Lalə doğma atası ilə birlikdə yaşadış İlhamə ilə ailə qurduqdan sonra Lalə bizimlə birlikdə yaşamayıb. Həmin vaxt qardaşım oğlu Qasım anam və mənimlə birlikdə qalıb. Bunun üçün onu İlhamə ilə birgə övladlığa götürdük. Beləliklə, 2000-ci ildən etibarən Qasım bizim himayəmizdə böyüyüb. Qasım uşaq vaxtlarından nadinc, yaramaz və nankor övlad olub”. 
Hüquqi varis qeyd edib ki, Qasım orta məktəbi bitirdikdən sonra onun dəstəyi ilə Türkiyəyə universitetdə təhsil almaq üçün göndərilib: “Lakin, Qasım 6 ay sonra təhsilini davam etdirmək istəmədiyini bildirərək geri qayıtdı. Qasım 2016-cı ildə həqiqi hərbi xidmətə çağırıldı. Xidməti başa vurduqdan sonra isə serjant rütbəsi ilə polis nəfəri kimi fəaliyyətə başladı. Lakın, xidmət zamanı narkotik vasitələrdən istifadə etdiyinə görə orqandan xaric edildi. İşdən çıxarıldıqdan sonra 2019-cu ildə xuliqanlıq cinayətinə görə, 2021-ci və 2022-ci illərdə isə narkotik vasitələrdən istifadə etdiyi üçün məhkum olunub. 2022-ci ildə Cəlilabad Rayon Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən sonra cəzaçəkmə müəssisəsində qaldığı müddətdə İlhamə mütəmadi olaraq və özüm şəxsən Qasıma ərzaq göndərmişik. Onun ehtiyaclarını qarşılamaq üçün köməklik etmişik. Qasım əvvəlki məhkumluqları zamanı da cəzaçəkmə müəssisəsində olarkən İlhamə onu yemək və geyimlə təmin edib. Qasıma daim kömək göstərib. İlhamənin Qasıma qarşı münasibəti həmişə yaxşı olub. Eləcə də Qasımın da İlhamə ilə münasibətləri yaxşı olub. Aralarında heç vaxt mübahisə və ya dava-dalaş baş verməyib”. 
Abbas Məmmədovun sözlərinə görə, 2024-cü ildə Qasım cəzaçəkmə müəssisəsindən azad edildikdən sonra onun və həyat yoldaşının Maştağa qəsəbəsində yaşadıqları evə gəlib, onlarla birlikdə yaşamağa başlayıb: “Həmçinin, İlhamənin qızı Lalə 2022-ci ildə yenidən ikinci dəfə ailə qurduğu onun övladı da həmin vaxtdan etibarən bizim evimizdə yaşayıb. Beləliklə, son dövrlərdə Qasım, həyat yoldaşım İlhamə, anam, İlhamənin nəvəsi Zəhra birlikdə yaşamışıq. Təxminən hadisədən əvvəlki günlərdə, günorta saatlarında İlhaməyə zəng etdim. O, Qasımın üstünə hücum etdiyini və evə tez gəlməyimi xahiş etdi. Mən xəbəri eşidən kimi dərhal işdən çıxaraq evə getdim. Evə çatdıqda İlhamə bildirdi ki, Qasım heç bir səbəb olmadan bıçaqla ona hücum edib. Həmin vaxt Qasım da evdə olub. Qasımı çağıraraq bu hərəkətinin səbəbini soruşdum. O, da belə bir şey etmədiyini bildirdi və həyat yoldaşımın əlini öpərək “sən mənə ana əvəzi olmusan, səni çox istəyirəm” dedi. Hesab etdim ki, Qasım yenə də narkotik vasitələrin təsiri altında belə hərəkətlər edir. Buna görə də, həmin vaxt Qasımla mübahisə etmədim, ona acıqlanmadım. Mən və həyat yoldaşım qərara aldıq ki, evi satışa çıxaraq, başqa bir yerdə ev alaq, Qasımdan uzaqlaşaq. Hətta planlaşdırdıq ki, Qasım bizim yeni evimizin yerini belə bilməsin. Qasıma da ayrıca, başqa bir yerdən ev almaq fikirlərimiz olub. Hadisədən sonra, təhlükəsizlik məqsədi ilə səhər işə gedərkən həyat yoldaşımı və onun nəvəsi Zəhranı evdən çıxardım, onları Zabrat qəsəbəsində yaşayan əmim oğlunun evinə aparırdım”. 
Hüquqi varisin bildirdiyinə görə, hadisə baş verən gün həyat yoldaşı və nəvəsi Zəhranı məktəbdən götürərək evə qayıdıb: “Evə çatarkən evin həyət darvazasının qapısını üzünüzə Qasım açdı. Mən tualetə getdiyi zaman İlhamə evə doğru getdi. Təxminən bir dəqiqə sonra tualetdən çıxdım. Bu zaman Qasımın həyət qapısına tərəf qaçdığını və oradan çıxdığını gördüm. Evə tərəf baxdıqda arvadım İlhamə “Abbas” deyərək məni çağırdı və yerə yıxıldı. Onun qan içində olduğunu gördüm və nəbzini yoxladıqda artıq öldüyünü anladım. Dərhal təcili tibbi yardıma və hüquq-mühafizə orqanlarına məlumat verdim. Həmin vaxtı hadisə baş verən zaman İlhamənin doğma nəvəsi Zəhra və anam Qeys evdə olub. Hadisə yerinə təcili tibbi yardım heyəti gəldikdən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları da gəldilər. İlhamənin meyiti məhkəmə tibbi ekspertizasına göndərildi. Qasım narkotik vasitələrdən istifadə edib. O, cinayət törətməyə meylli şəxs olub”. 
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Q. Məmmədov 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb. 
Fariz Məlikli
Demokrat.az

 
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:323
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Avqust 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see321

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see293

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see270

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see266

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see251

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see246

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see246

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see237

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see222

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see215

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see203

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see197

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see194

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see191

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see190

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see183

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see178

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see177

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see176

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri