Icma.az
close
up
RU
Məktəbdən küçəyə daşan qəzəb Nəyi gözdən qaçırırıq?

Məktəbdən küçəyə daşan qəzəb Nəyi gözdən qaçırırıq?

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda kütləvi dava, məktəb zorakılığı və küçə aqressiyası ilə bağlı hər yeni xəbər məni eyni qənaətə gətirir: biz artıq tək-tək hadisələrdən yox, cəmiyyətin ruhuna sirayət etmiş bir aqressiya dalğasından danışırıq.

Bakının kəndləri, qəsəbələri və onların yazılmamış qanunları...

Amma özümüzü aldatmayaq. Bu bəla çoxdan həmin sərhədləri aşıb. Aqressiya artıq təkcə Zığın küçələrində yumruq olub partlamır. Elə bu yaxınlarda şəhərin mərkəzində, ən bahalı özəl liseylərdən birində bir şagirdin müəllimini güllələməsi xəbəri hamımızı sarsıtdı. Fəlakətin miqyası budur. Bu, ayrı-ayrı hadisələr yox, bütöv bir sosial epidemiyanın əlamətləridir.

Suraxanı rayonunun Zığ qəsəbəsində baş verən son kütləvi dava barədə bir neçə kəlmə demək istəyirəm.

Xəbər qurudur: mübahisə düşüb, tərəflər xəsarət alıb, 7 nəfər saxlanılıb, cinayət işi açılıb.

Amma rəsmi xəbərlərin quru dili həqiqəti gizlədir. Çünki bir-birini şikəst edənlər həyatı yenicə tanımağa başlayan məktəblilərdir. Hüquq-mühafizə orqanları həmin yeniyetmələri cəzalandıra bilər, amma məktəb partalarından küçələrə daşan mənəvi və psixoloji böhranı həll edə bilməz. Məni narahat edən də budur: qanun nəticəni cəzalandırır, səbəb isə hələ də aramızda gəzir.

Əslində, biz hamımız bu aqressiyanın içindəyik. Əsəbi siqnallar, bir baxışdan yaranan mübahisələr, ən kiçik sözdən alovlanan qəzəb artıq gündəlik həyatın bir hissəsinə çevrilib.

Bəziləri deyir ki, əvvəllər də davalar olurdu. Bəli, olurdu. Amma 14-15 yaşlı uşaqların bu qədər asanlıqla dəstələrə bölünüb bir-birinin qanına susaması, müəllimə silah qaldırması bu miqyasda deyildi.

Məncə, əvvəlki nəsli tənzimləyən qorxu yox, ictimai nəzarət idi. Küçədə dava edən uşağı qonşunun baxışı, məhəllə ağsaqqalının sözü dayandırırdı. Ailədən gələn böyük-kiçik anlayışı bir çox hallarda qanundan daha təsirli işləyirdi.

Bu gün isə həmin bağlar qırılıb. Virtual dünyanın yaratdığı fərdiyyətçilik uşaqları valideyndən, müəllimdən və cəmiyyətdən uzaqlaşdırıb. Kasıb məhəllənin uşağı da, elit məktəbdə oxuyan yeniyetmə də eyni boşluğun içindədir. Onların bir çoxu üçün avtoritet sosial şəbəkələrdə nümayiş olunan saxta gücdür. Zorakılıq videoları, küçə qəhrəmanlığı kultu və aqressiyanı normallaşdıran məzmunlar dialoqu zəiflik hesab edən bir düşüncə formalaşdırır.

Bəs niyə bu qədər barıta dönmüşük?

Psixologiya burada daha dərin mənzərə göstərir. İnsanlar daxilində yığılan uğursuzluq, sıxılmışlıq və mənəvi çarəsizlik hissini bir-birinin üzərinə boşaldırlar. Zığda havaya qalxan yumruqlar da, sinif otağında çəkilən tətik də, əslində, qarşıdakı insandan çox daxildəki boşluğa yönəlmiş qəzəbin nəticəsidir.

Kütlə psixologiyası işə düşəndə fərdi düşüncə susur. “Mən” yox olur, yerini instinkt tutur. Biz danışmağı və qarşı tərəfi dinləməyi zəiflik hesab etdikcə, bu qaranlıq yeni nəsli udmağa davam edəcək.

Bu mənzərədə məktəblər və müəllimlər də çıxılmaz vəziyyətdə qalıb.

Müəllimin uşağa əl qaldırmasının tərəfdarı deyiləm. Müasir dünyada bu qəbuledilməzdir. Amma müəllimin əlindən bütün təsir vasitələrini alıb ona alternativ verməmək də çıxış yolu deyil. Bu gün müəllim çox vaxt sinifdə intizamı pozan, hətta təhlükə yaradan şagird qarşısında faktiki olaraq tərksilah olunub.

İnkişaf etmiş ölkələr bu problemi fərqli həll edir. Orada müəllim uşağı döymür, amma sistem dərhal işə düşür. Məktəb psixoloqları, sosial işçilər, reabilitasiya proqramları və valideyn məsuliyyəti mexanizmləri fəaliyyət göstərir. Uşaq zorakılıq edirsə, məsuliyyət təkcə onun yox, ailəsinin də üzərinə düşür.

Dünya təcrübəsi gözümüzün önündədir. Amma biz gecikirik.

Hüquqi baxımdan Zığdakı dava da, müəllimin güllələnməsi də cəzasız qala bilməz. Dövlət asayişi qorumaq üçün sərt mövqe göstərməlidir. Cəmiyyət bilməlidir ki, küçə qanunları və zorakılıq sivil cəmiyyətin alternativi deyil.

Amma qanun hadisədən sonra işə düşür. Cəza insanı həbs edə bilər, aqressiyanın kökünü isə qurutmur.

Buna görə də biz təkcə qadağaları deyil, preventiv sistemi də qurmalıyıq. Məktəblərdə emosional intellekt və münaqişələrin sivil həlli ilə bağlı proqramlar genişləndirilməli, müəllimin nüfuzu bərpa edilməli, ailənin məsuliyyəti artırılmalıdır. Valideynlər məktəbi sadəcə uşağın vaxt keçirdiyi məkan kimi görməkdən vaz keçməlidirlər.

Çünki yumruqların və silahların danışdığı yerdə ağıl susur. Ağıl susanda isə uduzan yalnız cinayəti törədənlər deyil, bütövlükdə cəmiyyətin gələcəyi olur.

Nərmin Dadaşova

Xüsusi olaraq “Qafqazinfo” üçün...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 07 İyun 2026 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri