Məktəbəhazırlıq qruplarının və birinci siniflərin yerdəyişmə prosesinə start verilir
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə noyabrın 25-dən start verilir.
Oxu.Az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Qeyd edilib ki, sözügedən tarixdə, saat 11:00-dan etibarən məktəbəhazırlıq qrupları və 1-ci sinif şagirdlərinin yerdəyişməsi prosesi aktiv ediləcək. Proses valideynlər tərəfindən www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək.
Bununla yanaşı, müxtəlif səbəblərdən 10-cu siniflərə qəbul üçün gecikən şagirdlər dekabrın 1-dək müvafiq portal vasitəsilə ümumi təhsil müəssisələrinə müraciət edə bilərlər.
Qeyd edək ki, 2024-2025-ci tədris ilinin birinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesinə noyabrın 1-dən başlanılıb. Bu günə qədər portal vasitəsilə valideynlər tərəfindən təqdim edilən 12 000 sorğu uğurla yekunlaşıb və təsdiq edilib.
Baxış sayı:72
Bu xəbər 23 Noyabr 2024 17:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















