Icma.az
close
up
RU

“Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı II beynəlxalq konfrans keçirilib

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Bakıda “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı II beynəlxalq konfrans baş tutub.

APA xəbər verir ki, Elm və Təhsil Nazirliyi, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Təhsil İnstitutunun tərəfdaşlığı ilə baş tutan konfransın təşkilində əsas məqsəd məktəbəqədər təhsildə keyfiyyətin daha da yüksəldilməsinə nail olmaq və qabaqcıl təcrübələrlə tanışlıq olub.

Konfransda Elm və təhsil naziri Emin Əmrullayev, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov və digər şəxslər iştirak ediblər.

Beynəlxalq konfransa yerli mütəxəssislərlə yanaşı Böyük Britaniya, Estoniya və Finlandiyadan ekspertlər qatılıblar.

Tural Əhmədov deyib ki, məktəbəqədər təhsilə 1-5 yaşı əhatə edən uşaqların cəlb olunması nəzərdə tutulub: "Erkən yaş dövrü ilk 3 il ən önəmli dövrü əhatə edir. Bu da uşaqların növbəti təhsil pillələrində daha uğurlu olmalarına təsir edəcək".

O əlavə edib ki, cari ildə müxtəlif şəhər və rayonlarda 100 məktəbəqədər təhsil müəssisəsində keyfiyyət monitorinqləri aparılıb. 2023-cü ildə isə 50 müəssisə üzərində belə monitorinq aparılıb.

Elm və təhsil naziri Emin Əmrullayev çıxışı zamanı deyib ki, məktəbəqədər təhsil təhsilin ən vacib pillələrindəndir: "Hazırda 1-5 yaş arasındakı uşaqların ən azı 50 faizinin məktəbəqədər təhsilə cəlb olunması əsas hədəflərimizdəndir".

O qeyd edib ki, hazırda 1-5 yaş arasında uşaqların 10-15 faizi məktəbəqədər təhsilə cəlb olunub: "Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi ən böyük islahatlardan biri 5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunmasıdır. Bu gün Azərbaycanda hər 10 uşaqdan 8, 9-u məktəbəqədər hazırlığa gedir. Bu prosesin müsbət nəticələrini yaxın 10-15 ildə görəcəyik".

Qeyd edək ki, konfrans iki paneldən ibarət olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://apa.az
archiveBu xəbər 04 Dekabr 2024 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri