Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Məktəbi uşağa bu cür sevdirin PSİXOLOQUN TÖVSİYƏLƏRİ

Məktəbi uşağa bu cür sevdirin PSİXOLOQUN TÖVSİYƏLƏRİ

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

... Sentyabr qabağı valideynlər övladları ilə birlikdə məktəbə hazırlaşırlar. Xüsusən uşaq 1-ci sinfə gedirsə, bu hazırlıq daha fərqli və gərgin tempdə gedir.

Təzə kitab, dəftər, qələm, çanta, geyim və s. alınır. Uşaqlar isə məktəbə getmək üçün həvəslə sentyabrın 15-ni gözləyir. Vaxt gəlib çatır, məktəbə gedir və hər şeyin düşündüyü kimi olmadığını görür...

Məktəb uşağın inkişafında yerimək, danışmaq kimi önəmli mərhələlərdən hesab olunur. Hər yeni mərhələ kimi, bu mərhələ də ailə üçün “təbii bir kriz dövrü” hesab olunur və buna hər ailə uyğunlaşa bilmir. Məktəbə başlayan uşaq yeni və qarmaqarışıq bir mühitə düşür, artıq valideynlərdən uzaqda sərbəst yeni “dünyaya qapı açır”.

Ümumiyyətlə, məktəbə alışmaq 2-3 həftə çəkir. Bu müddətin sakit şəkildə irəliləməsi də uşağın məktəbə düzgün hazırlanması ilə əlaqəlidir.

Evdə 10:00-da, hətta daha gec oyanan uşaq indi isə 07:00-da durmalı, saatlarla oyuncaqları ilə oynayan uşaq indi 45 dəqiqə oynamadan müəllimini dinləməli, çətin proses olan düzgün yazmağı öyrənməlidir. Üstəlik, bu prosesdə valideynləri yanında olmayacaq, onu qapıda müəlliminə verib gedəcək. Müəllimi isə 20, hətta daha çox uşağa diqqət göstərdiyi üçün ona tam - valideynləri kimi (nazın çəkə bilmir) diqqət göstərə bilmir. Bu dəhşətli görünən sistemə tab gətirə bilməyib, mənasız ağlamalarla və ya məktəbə getmək istəməməklə öz etirazını bildirir. Bu zaman məktəb fobiyası üzə çıxır - qarnı ağrayır, ürəyi bulanır, tez-tez tualetə gedir, hətta qızdırması qalxır. Valideynlər isə bunun ya bəhanə olduğunu düşünüb övladını məcburən məktəbə ağlaya-ağlaya göndərir, ya da həkimə göstərərək, mədə-bağırsağında problem olduğunu düşünür. Bu çətin dönəmdə balacanın psixoloji durumu heç yada da düşmür. Uşaq fikrini ancaq bir düşüncəyə cəmləyir - məktəb gəldi, anam-atam getdi. Məktəb olmasaydı, mən yenə evimdə “sultan” idim.

Dünya sistemində uşaqların məktəbə hazırlığı 3 yaşından etibarən başlanır. İlk olaraq pedaqoji (3-4 yaş) hazırlığı, sonra əlavə olaraq psixoloji (4-5 yaş), sonda isə təlim-təhsilə hazırlıq mərhələsi də (5-6 yaş) əlavə olunur. Uşaqlarda yalnız pedaqoji hazırlıq (saymağı və şeiri bilməsi, sadə riyazi hesablamaları, əlavə dili, hərifləri tanıması) heç də məktəbə hazırlıq demək deyil. Məktəbə hazırlıq sistemi mütləq pedaqoq, psixoloq, loqoped, həkim tərəfindən kompleks şəkildə aparılmalıdır. Məktəbəqədər yaş dövründə uşaqların ağız aparatınının dəyişilməsi, ələlxüsus dişlərin çıxması uşaqlarda müxtəlif səslərin tələffüzünə maneə törədir. Bu da ünsiyyət zamanı öz təsirini göstərir. Uşağın pedaqoji hazırlığı olsa da, psixoloji hazırlığının tam olmaması, məsələn, şeiri gözəl bilib, hətta evdə ailə üzvlərinə danışıb müəllimə söyləyə bilməməsi bu səbəbdən yaranmış problemdir. Həkimlə birlikdə öncədən tənzimlənən yuxu və qida rejimi də uşaqların məktəbə tez adaptasiya olmasına yardımçı olur. Valideyn uşağının gigiyenik sağlamlığına önəm verdiyi qədər psixoloji sağlamlığına da diqqət etməlidir. Müəssisənin yemək şəraitinə, yataq otağına, təmizliyə önəm verdiyi qədər mütəxəssislərin də peşəkarlığına önəm verməlidir.

Ümumiyyətlə, uşağınızı məktəbə müsbət motivlərlə həvəsləndirin:

1. Yüksək şəkildə onu inandırın ki, o, buna hazırdır, hər şey əla olacaq, oxumaq onun üçün də çox faydalı və gərəklidir.

2. Öz məktəb illərinizdən, o zamankı uğurlarınızdan, sevimli müəllim və sinif yoldaşlarınızdan danışa bilərsiniz.

3. Onunla birgə birinci sinifdə və növbəti siniflərdə çəkdirdiyiniz şəkillərə baxa bilərsiniz.

4. Uşağı əvvəlcədən sinif müəllimi ilə tanış edə bilərsiniz.

5. Uşağı dərsdən kənar tədris tapşırıqları ilə yükləməyin, onu yormayın.

6. Dərsini sərbəst yaza bilmədiyi üçün onu cəzalandırmayın, başa salmağa çalışın.

Ümumiyyətlə, məktəbə gec alışan uşaqların əksəriyyəti valideynlərin uşaqlara az məsuliyyət verməsi ilə əlaqədardır. Onun sizdən tez zamanda ayrıla bilməsi üçün kiçik yaşlardan məsuliyyət verməyiniz mütləqdir. Belə ki, onun öz-özünə yemək yeməsinə, əşyalarını qaydaya salmasına, paltarlarını özünün geyinməsinə və s. imkan, şərait yaradın.

Məktəbə yeni başlayan uşaqlar əvvəlki illərdə görmədikləri məsuliyyətlə yüklənirlər. Buna görə də kiçik yaşlardan onları məsuliyyətlə yükləməyiniz vacibdir. Çünki onlar məktəbə başladıqda müəyyən müddət sakit şəkildə bir yerdə oturmaq, çətin yeniliklərlə tanış olmaq və s. kimi vəzifələrə sahib olurlar.

Siz valideyn olaraq uşaqlarınızı anlamağa çalışın. Bağçanın və evin sərbəst mühitindən, oyunlardan, evdəki ana-uşaq münasibətinin istiliyindən uzaqlaşmaq, anadan ayrılmaq, birdən-birə ağır dərs proqramları və s. kimi qaydalar 6 yaşlı uşağın işini çətinləşdirir.

Valideynlər əsasən öz istəklərini və ehtiyaclarını uşaqlarının üzərinə köçürürlər. Yəni övladlarını olmaq istəyib də ola bilmədikləri səviyyədə  görmək istəyirlər. Beləliklə də, məktəbə başlayan uşağın çalışıb müvəffəqiyyətli olmaları üçün həmişə tələsirlər - uşaqlar tez oxumalı,  hər şeyi tez qavramalı və ən yaxşı şagird olmalıdırlar. Oyuna və əyləncəyə olan maraqlar mütləq şəkildə unudulmalıdır. Ancaq kitab-dəftərlə məşğul olmalıdırlar.

Valideynlər anlamırlar ki, bununla uşağa dərsi sevdirməkdən çox ondan iyrənmələrinə səbəb olurlar. Bunlarla onların şüuraltlarında dərsdən qorxmalı olduqlarını formalaşdırdıqlarının fərqinə varmırlar və sonra onlara dərsi necə sevdirim deyə axtarışa çıxırlar.

Əziz valideynlər, bu gün uşağınızın nə yeyəcəyini düşündüyünüz kimi, nə öyrənəcəyinə də xüsusi diqqət edin! Bu uzun və səbr tələb edən şərəfli vəzifədə sizə bolluca uğurlar arzulayıram. Məktəb uşaqlarımızın gələcək həyatında ən önəmli yer tutur.

Psixoloq Narınc Rüstəmova, “Narınc” Uşaq Psixologiya Mərkəzinin rəhbəri

Aile.lent.az

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 22:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see622

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see554

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see429

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see301

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see296

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see295

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see283

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see276

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see259

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see240

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see231

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see230

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see225

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see220

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see212

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see206

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see204

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see203

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see190

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri