Məktəbin öz qaydalarını vacib saymalıyıq
Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Aparıcı Lalə Azərtaş məktəbli forması ilə bağlı müzakirələrə münasibət bildirib.
Axşam.az xəbər verir ki, o, 1988-ci ildə ibtidai sinif müəlliməsi Nahidə xanımla çəkdirdiyi fotosunu sosial şəbəkədə paylaşaraq fikirlərini bölüşüb. Lalə Azərtaş məktəbli formasının uşaqları birləşdirdiyini vurğulayıb:
“Bu gün məktəbli forması ətrafında yaranan mübahisələri ürək ağrısı ilə izləyirəm. Mən hər kəsin inancına, dini etiqadına sonsuz və çox böyük hörmətlə yanaşıram. Amma məktəbin də öz nizamının, öz qaydalarının, öz simasının olmasını vacib sayıram.
Gəlin, inancı inanca, insanı insana qarşı qoymayaq! Bir-birimizin həssasiyyətinə hörmət edərək ortaq yol tapaq.
Unutmayaq, məktəb uşaqlarımızın ilk böyük həyat dərsidir. Qoy o dərsin adı qarşıdurma deyil, birlik, bərabərlik və qarşılıqlı hörmət olsun! Çünki uşaqlarımıza qoyacağımız ən gözəl miras təkcə təhsil deyil, bir-birinə hörmət etməyi bacaran cəmiyyətdir”.
Aparıcı paylaşımında uşaqlıq illərini də xatırladaraq məktəbli formasının onları eyni məktəbin və eyni arzuların uşaqları kimi birləşdirdiyini qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 12 Oktyabr 2026 16:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















