Icma.az
close
up
RU
Məktəbin pul çarxı ... Valideynlər məktəb direktorlarının və sinif rəhbərlərinin əlində alət olmasınlar

Məktəbin pul çarxı ... Valideynlər məktəb direktorlarının və sinif rəhbərlərinin əlində alət olmasınlar

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Məktəblərdə yeni tədris dönəminin başlamasına sayılı günlər qalıb. Valideynlərin qayğılarının artması ilə yanaşı, məktəblərdə hər il yaşanan problemlərdən biri də valideyn komitəsinin valideynlərdən (Bilik günü, Müəllimlər Günü ilə bağlı və s.) pul yığması məsələsi gündəmə gəlir.

Qeyd edək ki, Təhsil nazirinin göstərişinə əsasən məktəblərdə pul yığmaq qadağandır. Belə hallar aşkar olunduqda, valideynlərin 146 “Qaynar Xətt” xidmətinə şikayət etmələri tövsiyə olunur. Ancaq Elm və Təhsil Nazirliyi tərəfindən dəfələrlə xəbərdarlıq edilsə də, bu “ənənə” hələ də davam edir. Guya könüllülük (qanunla qadağan edilməyən-red) adı ilə məcburi pul yığılması əlbəttə ki, valideynləri narazı salır.

Bununla bağlı qanun nə deyir? Bəs dünya praktikasında bu hal hansı formadadır?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında təhsil eksperti Elşən Qafarov bildirib ki, dünya praktikasında, dünyanın aparıcı təhsil sistemlərində məktəblərdə ayrı-ayrı məsələlərlə bağlı valideynlərin ianə sistemi mümkündür və bu ianə sistemi könüllüdür: “Sistem elə qurulub ki, tam şəffafdır. Hər bir valideyn könüllü olaraq məktəblə bağlı hər hansı ianə edə bilər. Həmin ianənin xərclənməsi sistemi də tam açıq olaraq göstərilir və orada məktəb yox, ictimai idaretmə mövcuddur. Qəyyumlar şurası, himayəçilər şurası, valideynlər şurası, ictimai qurumlar mövcuddur ki, ianələri onlar həyata keçirir. Bizdə isə belə bir sistem mövcud deyil. Mövcud olmadığına görə də qanunvericilikdə hər hansı bir qanunsuz pul toplamalar yolverilməzdir. Dediyiniz kimi hələ Elm və Təhsil Nazirliyi görürük ki, bu və digər məsələlərlə bağlı hətta məktəb direktorunu da işdən çıxarır. Məktəblərin idarə edilməsi ilə bağlı nəzarət sistemi çox zəifdir, sistemsizdir. Bunu sistemli hala gətirmək lazımdır. İkincisi bir çox hallarda hər şeyi də Elm və Təhsil Nazirliyinin üzərinə də atmaq doğru deyil. Burda ictimai düşüncə, ictimai fikir, ictimai nəzarət əsas amillərdən biridir”.

Elşən Qafarov

Təhsil eksperti bildirir ki, məktəblərimizdə pul toplamasının böyük bir hissəsi elə valideynlərin əli ilə görülür: “Bu da onu göstərir ki, valideynlər burda daha çox canfəşanlıq edir. Xüsusən də özlərini valideyn komitəsi adlandıran valideynlər. Təbii ki, onlar məktəb və sinif rəhbərliyi tərəfindən seçilmiş şəxslərdi. Mən düşünürəm burda əsas valideynlərin mövqeyidir. Valideyn pul verməməlidir, bu işlərə baş qoşmamalıdır. Valideynlər daha ciddi mövqe göstərməlidirlər. Sizin də dediyiniz kimi bu kimi hallar olduqda şikayətlərini 146 nömrəli “Qaynar Xətt” xidmətinə bildirməlidirlər. Eyni zamanda Təhsil idarəetmə orqanlarında da Qaynar xətlər yaradılmalıdr. Bildiyim qədərilə bu xidmət var. Beləcə Bakı təhsilinə, yaxud hansısa regiona düşmək olur.

Burada əsas problem ictimai nəzarət və ictimai mövqedədir. Düşünürəm ki, əksər hallarda bu pul yığmaları təşkil edən də və iştirakçılar da valideynlər olur. Əgər valideyn bu işlərdə iştirak etmirsə və ya etməkdən imtina etsələr heç kim onlardan pul toplaya bilməz. Valideynlər başa düşməlidirlər ki, heç də hamının o imkanı yoxdur. Adətən imkanı olan bir valideyn qabağa verilir. Valideyn könüllü, ya məcburi “hə oldu edərik”... Axı sinifdə heç də hamının imkanı yoxdur. Ümumiyyətlə sinif valideyn komitələri ilə də bağlı qanunvericik olmalıdır. Bizdə onun əsasnaməsi yoxdur. Sinif valideyn komitəsi bir nəfərdən ibarət olmalı deyil. Ən azı 3, yaxud 5 nəfərdən ibarət olmalıdır. Bir əsasnamə olmalıdır ki, valideyn komitəsininin işi nədən ibarətdir? Hansı işləri görməlidir? Bu da yoxdur. Digər tərəfdən məktəb, sinif rəhbərləri arxaya çəkilərək bəzi valideynləri qabağa verməklə məsələni onlar vasitəsi ilə həyata keçirirlər. Valideynlər də alət olurlar. Əgər valideynlər pul yığmaq istəyən məktəb direktoru, yaxud sinif rəhbərinin yanında alət olmasa, heç də gördüyümüz kimi acınacaqlı vəziyyət olmayacaq.

Üzümü valideynlərə tutub bildirirəm ki, ayrı-ayrı məktəb direktorlarının, sinif rəhbərlərinin əlində alət olmasınlar. Onların fəaliyyəti nəticədə övladlarının oxuduğu məktəblərin ümumi imicinə mənfi təsir göstərir”.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 08 Sentyabr 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see176

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see152

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see133

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see130

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri