Icma.az
close
up
RU
Məktəbini dəyişən uşaqlarda bu problem yarana bilər Psixoloq açıqladı

Məktəbini dəyişən uşaqlarda bu problem yarana bilər Psixoloq açıqladı

Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Məktəbini dəyişən bəzi uşaqlar yeni mühitə uyğunlaşmaqda çətinlik çəkirlər. Belə uşaqlar sinif yoldaşları ilə ünsiyyət qurmaqdan çəkinir, dərslərdə danışmaq və fəal iştirak etmək istəmirlər. Valideynlərin narahatlığına səbəb olan bu hal uşağın davranışında və dərsə münasibətində də özünü göstərə bilir.

Psixoloq Nabat Mirzəyeva AZXEBER.COM-a açıqlamasında deyib ki, məktəb dəyişikliyi uşaq üçün sosial mühitin itirilməsi deməkdir:

"Belə hallarda uşağın davranışını dərhal "ünsiyyət qura bilmir”, "tərbiyəsizdir” və ya "utancaqdır” kimi qiymətləndirmək düzgün deyil. Çünki məktəb və ya sinif dəyişikliyi uşaq üçün sadəcə binanın və ya sinif otağının dəyişməsi demək deyil. Bu, eyni zamanda onun tanış olduğu sosial mühitin və dost çevrəsinin itirilməsi deməkdir.

Uşaq əvvəlki məktəbində öz yerini bilirdi. Kiminlə dostluq edəcəyini, müəllimin kim olduğunu, müəllimin ona necə yanaşacağını, sinifdə hansı qaydaların olduğunu və özünün necə davranmalı olduğunu artıq bilirdi. Yeni məktəbə keçdikdə isə bütün bunları yenidən qurmalı olur. Kimlə dostlaşacağını, sinif yoldaşlarının ona necə yanaşacağını bilmir və beynində bir çox suallar yaranmağa başlayır. İstər-istəməz, bu dəyişiklik bir çox uşaqda sosial narahatlıq yarada bilər. Uşaq düşünə bilər: "Məni qəbul edəcəklərmi?”, "Mənimlə dostlaşacaqlarmı?”, "Dərsdə səhv cavab versəm nə olacaq?”, "Mənə güləcəklərmi?”, "Müəllim məni necə qiymətləndirəcək?” Bu düşüncələr zamanla uşağın davranışına təsir göstərməyə başlayır. Uşaq dərsin cavabını bildiyi halda əlini qaldırmaya, danışmaqdan çəkinə, sinif yoldaşları ilə ünsiyyət qurmaqdan ehtiyat edə bilər. Bəzən bu vəziyyət müəyyən müddət davam edir”.

Psixoloq vurğulayıb ki, valideyn bu problemi təzyiq göstərərək həll etməyə çalışmamalıdır:

"Uşağın sinif yoldaşları ilə ünsiyyət qura bilməməsinin səbəbi nə ola bilər? Bunun səbəbləri uşağın xarakter xüsusiyyətləri, əvvəlki sosial təcrübələri və yeni sinfə münasibəti ilə bağlı ola bilər. Uşağın özünə inamı, özünə güvəni, əvvəllər dostları ilə necə ünsiyyət qurması və yeni mühitə necə yanaşması burada mühüm rol oynayır. Bəzən uşaq əslində ünsiyyət qurmaq istəyir, sadəcə ilk addımı atmaqdan çəkinir. Buna görə valideyn təzyiq göstərərək bu problemi həll etməyə çalışmamalıdır. "Get uşaqlarla danış”, "Get onlara qoşul”, "Burada utanmalı nə var?” kimi ifadələr uşağı daha da gərginləşdirə bilər. Valideyn uşağın hisslərini kiçiltmək əvəzinə onu anlamağa çalışmalıdır. Uşağa kiçik sosial addımlar öyrətmək daha faydalıdır. Məsələn, bir uşağa salam vermək, onun yanında oturmaq, birlikdə oyun oynamağı təklif etmək, dərslə bağlı sadə bir sual vermək kimi kiçik addımlar uşağın sosial bacarıqlarının inkişafına kömək edə bilər”.

"Əgər məktəb dəyişdikdən sonra ilk həftələrdə bu cür çətinliklər müşahidə olunursa, bu, müəyyən qədər normal hesab edilə bilər. Lakin vəziyyət uzun müddət davam edirsə, uşaq sinifdə və dostları ilə ünsiyyət qurmaqda ciddi çətinlik çəkirsə, xüsusilə də evdə normal ünsiyyət qurduğu halda məktəbdə özünü tamamilə qapadırsa, məsələyə daha diqqətlə yanaşmaq lazımdır.

Çünki burada məsələ artıq yalnız adaptasiya ilə bağlı olmaya bilər. Uşaqda sosial narahatlıq və ya onu daxildən sıxan başqa bir problem də ola bilər. Belə hallarda uşağın vəziyyətinin bir mütəxəssis tərəfindən qiymətləndirilməsi faydalıdır. Valideyn üçün ən vacib məqamlardan biri uşağa təzyiq göstərməməkdir. "Niyə danışmırsan?”, "Belə utancaq olmaq olmaz”, "Müəllim səndən narazı qalacaq”, "Sən özünə heç inanmırsan” kimi ifadələr uşağın özünəinamını daha da zəiflədə və onun daha çox qapanmasına səbəb ola bilər. "Başa düşürəm, yeni sinifdir və hər şey sənə yad görünə bilər. Yavaş-yavaş öyrəşəcəksən. İlk günlərdə belə hiss etmək normaldır. Hamı ilə dərhal dost olmaq məcburiyyətində deyilsən. Amma özünü daha rahat hiss etmək üçün kiçik addımlarla sinif yoldaşlarınla ünsiyyət qurmağa çalışa bilərsən” kimi ünsiyyət qurmaq daha düzgündür. Belə yanaşma uşağa hiss etdirir ki, valideyn ondan dərhal nəticə gözləmir, ona zaman verir və bu müddətdə yanında olur”,-deyə psixoloq vurğulayıb.

Şahanə Ziyad

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 01 Oktyabr 2026 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri