Icma.az
close
up
RU
Məktəblər indi də sahibkar hazırlayacaq?

Məktəblər indi də sahibkar hazırlayacaq?

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Məktəblərdə sahibkarlıq tədris edilə bilər”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev Bakıda "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə keçirilən "INMerge" İnnovasiya Sammitində bildirib.

Nazir qeyd edib ki, məktəblərdə sahibkarlığın tədrisi mümkündür, lakin bu prosesin necə həyata keçiriləcəyi əsas məsələlərdən biridir.

O bildirib ki, ilk növbədə buraxıla biləcək səhvləri anlamaq vacibdir:

"Bizdə və oxşar ölkələrdə hər hansı yeni istiqamət gündəmə gələndə dərhal ona "ayrıca ixtisas açaq" yanaşması seçilir. Məsələn, ötən il Azərbaycan COP tədbirinə ev sahibliyi edəndə bərpa olunan enerji üzrə təhsil müzakirə olunurdu. Əksər cavab belə idi: "Gəlin, bərpa olunan enerji üzrə magistr proqramı yaradaq".

Amma sadəcə bu ixtisasın mövcudluğu hələ həmin sahədə peşəkar mühəndislərin yetişəcəyi demək deyil. Eyni yanaşma innovasiya və sahibkarlıq üçün də keçərlidir".

Emin Əmrullayev əlavə edib ki, sahibkarlıq yalnız proqram və diplomlarla məhdudlaşmamalı, ümumi mədəniyyət və nəsil yetişdirmə tərzi ilə formalaşmalıdır.

Ümumiyyətlə, bu gün məktəblərdə sahibkarlığın tədrisi nə dərəcədə doğrudur? Hazırda repetitordan “asılı qalan” məktəbin ilk vəzifəsi şagirdlərdə təhsilə maraq oyatmaq deyilmi?

Məsələ ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədov “Cebheinfo.az”-a bildirib ki, müasir dövrdə məktəb təhsili yalnız bilik ötürməklə məhdudlaşmamalıdır, eyni zamanda şagirdlərdə həyat bacarıqları, iqtisadi düşüncə və yaradıcılıq qabiliyyəti formalaşdırmalıdır:

“Bu baxımdan elm və təhsil nazirinin “məktəblərdə sahibkarlığın tədrisi mümkündür” fikri pedaqoji və sosial baxımdan aktual yanaşmadır. Gələcək nəsillərin əmək bazarına hazırlığı yalnız diplomla deyil, praktiki bilik və təşəbbüskarlıq bacarıqları ilə ölçülməlidir.

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində təhsilin əsas məqsədi “şəxsiyyətin intellektual, mənəvi və fiziki potensialının inkişafı, onun cəmiyyət həyatına hazırlanması” kimi müəyyən edilib. Sahibkarlığın tədrisi məhz bu məqsədəuyğun olaraq gənclərin iqtisadi savadlı, təşəbbüskar və məsuliyyətli vətəndaş kimi yetişdirilməsinə xidmət edir.

Eyni zamanda “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində uşaqların yaradıcılıq və bacarıqlarının inkişaf etdirilməsi dövlətin öhdəliklərindən biri kimi göstərilib. Sahibkarlıq təlimi də bu öhdəliyin icrası baxımından əhəmiyyətlidir.

Statistik faktlar göstərir ki, Azərbaycanda gənclərin işsizlik faizi ümumi orta göstəricidən yüksəkdir. Dövlət Statistika Komitəsinin 2024-cü il hesabatına əsasən, ali məktəbi bitirmiş 20-34 yaşlı gənclərin yalnız 62 faizi ixtisası üzrə işlə təmin olunur. Bu, təhsil ilə əmək bazarı arasında əlaqənin zəif olduğunu sübut edir.

Sahibkarlıq biliklərinin məktəb səviyyəsindən verilməsi gənclərin gələcəkdə yalnız iş axtaran deyil, həm də iş yaradan, innovativ layihələr hazırlayan şəxslərə çevrilməsinə şərait yarada bilər”.

Onun sözlərinə görə, müsbət tərəf ondan ibarətdir ki, şagirdlər erkən yaşdan iqtisadi münasibətləri, pulun dəyərini, resursların idarə olunmasını öyrənəcək, maliyyə savadlılığına yiyələnəcək:

“Bu, təkcə gələcək iş həyatına deyil, gündəlik həyatda məsuliyyətli davranışlara da təsir göstərəcək. Məsələn, şəxsi büdcəni planlaşdırmaq, riskləri qiymətləndirmək, təşəbbüs göstərmək kimi bacarıqlar erkən yaşdan öyrədildikdə, şagirdlərdə özünə inam və müstəqillik güclənəcək. Bundan əlavə, sahibkarlığın tədrisi təhsil proqramına yaradıcı layihə və praktiki məşğələlər gətirməklə şagirdlərin dərs motivasiyasını da artıracaq”.

Mənfi tərəflərinə gəldikdə, ekspert deyir ki, bu əsasən tətbiqin mexanizmi ilə bağlıdır:

“Əgər sahibkarlıq fənni sadəcə nəzəriyyə ilə yüklənmiş, şagirdlər üçün əlavə dərs yükünə çevrilərsə, faydadan çox zərər verə bilər. Məktəbin əsas funksiyası hələ də fundamental biliklərin – riyaziyyat, ana dili, tarix və təbiət elmlərinin mənimsədilməsi üzərində qurulmalıdır. Ona görə də sahibkarlıq fənni ayrıca dərs yükü yox, inteqrativ və praktik fəaliyyətlər, layihə işləri, oyunlar, simulyasiyalar vasitəsilə tətbiq edilməlidir.

Dünya təcrübəsi bunu təsdiqləyir. Finlandiyada məktəb proqramlarında “life skills” adı altında sahibkarlıq bacarıqları tədris olunur və şagirdlər real layihələr həyata keçirirlər.ABŞ-də “Junior Achievement” adlı proqram vasitəsilə milyonlarla məktəbli sadə biznes planlar qurmağı, komanda ilə işləməyi öyrənir. Almaniyada sahibkarlıq dərsləri məktəbdənkənar fəaliyyətlə inteqrasiya olunur. Türkiyədə isə “Girişimcilik və İnovasiya” adlı pilot layihələr tətbiq olunur.

Bu nümunələr göstərir ki, sahibkarlıq erkən yaşdan sadəcə nəzəri deyil, praktik üsullarla öyrədildikdə, şagirdlər gələcəkdə iqtisadi həyatda daha uğurlu olurlar”.

Kamran Əsədovun fikrincə, əgər bu proses Azərbaycanda sistemli şəkildə tətbiq olunarsa, dəyişikliklər açıq olacaq:

“Gənclər əmək bazarına daha hazır, iqtisadi baxımdan savadlı, yaradıcılıq və təşəbbüskarlıq qabiliyyətlərinə malik olacaq. Nə dəyişməlidir, sualına cavab odur ki, təhsil proqramları müasir bacarıqlara uyğunlaşdırılmalı, müəllimlər bu fənni tədris etmək üçün xüsusi hazırlanmalı və dərslər mütləq praktik fəaliyyətlərə əsaslanmalıdır.

Bu dəyişikliklər həyata keçirilərsə, gələcəkdə Azərbaycan gənclərinin yalnız işçi yox, həm də sahibkar nəsil kimi formalaşması mümkündür.
Elm və Təhsil Nazirliyinin bu təşəbbüsü müasir çağırışlara cavab verən, cəsarətli və strateji bir addımdır. Nazir Emin Əmrullayevin vurğuladığı kimi, sahibkarlıq yalnız proqram və diplomlarla məhdudlaşmamalı, ümumi mədəniyyətin və nəsil yetişdirmə tərzinin bir hissəsi kimi formalaşmalıdır.

Bu yanaşma tərifəlayiqdir, çünki məqsəd təhsilin sadəcə nəzəri sahəsini yox, həyatla bağlı praktik hissəsini də şagirdlərə ötürməkdir. Bu isə gələcəkdə daha dinamik, yaradıcı və rəqabətədavamlı gənc nəsil yetişdirilməsinə xidmət edəcək”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: məktəb sahibkarlıq Kamran Əsədov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Oktyabr 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see313

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see304

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see287

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see271

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see264

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see253

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see221

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see220

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see214

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see210

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see205

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see203

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see197

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see195

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see192

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see191

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see188

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see182

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see166

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri