Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Məktəblərdə yeni tip müəllim modelinə ehtiyac yaranıb

Məktəblərdə yeni tip müəllim modelinə ehtiyac yaranıb

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Qloballaşma və texnoloji inkişaf fonunda əmək bazarının dinamikası sürətlə dəyişir. Artıq təhsil sistemindən gözləntilər də fərqlidir. Müasir dövr yalnız fakt və məlumat ötürən deyil, bu bilikləri real həyatda tətbiq edə bilən, yaradıcı, tənqidi düşünən və texnologiyadan effektiv istifadə edən gənclərin yetişdirilməsini tələb edir. Bu isə birbaşa müəllimdən asılıdır. Ona görə də məktəblərdə yeni tip müəllim modelinə ehtiyac yaranıb. İnnovasiyanı dərsə gətirən, sinifdə fərdi yanaşmanı qoruyan, şagirdə sadəcə öyrətməyən, onu düşündürən müəllimlərə”. 

Bu fikirləri 525.az-a Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova deyib. Onun sözlərinə görə, bu gün dünya təcrübəsində də müəllim çatışmazlığı əsasən eyni istiqamətlərdə müşahidə olunur: riyaziyyat, informatika və xarici dillər. Məsələn, Böyük Britaniyada hökumət bu fənlər üzrə müəllim hazırlığına xüsusi təqaüdlər ayırır, universitetlərdə müəllimlik proqramlarını çevik və çevrili (flexible) modelə keçirir. Almaniyada riyaziyyat və informatika müəllimlərinin çatışmazlığı səbəbindən tədris planlarına “dual education” - yəni universitet və məktəb təcrübəsinin paralel aparıldığı proqramlar əlavə olunub. Finlandiyada müəllim təkcə dərs deyən deyil, həm də tədqiqatçı sayılır: o, şagirdlərin inkişafını izləyir, dərs prosesini elmi müşahidələr əsasında təkmilləşdirir. ABŞ-da isə son illərdə “AI literacy” (süni intellekt savadlılığı) və “digital pedagogy” (rəqəmsal pedaqogika) anlayışları tədrisin ayrılmaz hissəsinə çevrilib, bu da həm ingilis dili, həm də informatika fənlərinin inteqrasiyasını zəruri edib:

«Azərbaycanda da bu qlobal tendensiyalar artıq hiss olunur. Müasir məktəblər daha çox riyaziyyat, informatika və ingilis dili müəllimlərinə ehtiyac duyur. Bu sahələrdə tədris aparmaq üçün təkcə fənni bilmək kifayət etmir - müəllim həm texnologiyanı dərsə inteqrasiya etməli, həm kommunikativ metodlardan istifadə etməli, həm də şagirdləri gələcək bacarıqlara yönləndirməlidir. Xüsusilə region məktəblərində ingilis dili müəllimlərinin çatışmazlığı hiss olunur. Dil bilikləri artıq “əlavə üstünlük” deyil, əmək bazarında rəqabət aparmaq üçün əsas bacarıq sayılır. Bu gün bir çox peşələrdə, o cümlədən mühəndislik, tibb, iqtisadiyyat və turizm sahələrində ingilis dili bilikləri vacib şərtə çevrilib. Bununla yanaşı, gələcəkdə eko-pedaqogika, inklüziv təhsil və rəqəmsal bacarıqlar üzrə ixtisaslaşmış müəllimlərə də ehtiyac artacaq. Çünki müasir məktəb təkcə bilik ötürən deyil, həm də sosial məsuliyyət, ekoloji düşüncə və fərqliliklərə hörmət kimi dəyərləri formalaşdıran məkandır. Müəllim artıq yalnız fənn mütəxəssisi deyil, həm də dəyərlər daşıyıcısı və gələcək yönümlü düşüncənin formalaşdırıcısıdır. Əslində, sual təkcə “ən çox hansı fənn müəlliminə ehtiyac var?” deyil, həm də “bu müəllim hansı keyfiyyətlərə sahib olmalıdır?” sualı ilə tamamlanmalıdır. Çünki 21-ci əsrin məktəbi üçün lazımi müəllim - həm bilik baxımından dərin, həm də şəxsiyyətcə açıq fikirli, dəyişikliklərə adaptiv və öyrənməyi sevən müəllimdir. Təhsil sistemimizin gələcəyi də məhz belə müəllimlərin sayının çoxalmasından asılıdır”.

Sevinc QARAYEVA
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Oktyabr 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see454

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see436

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see419

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see289

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see286

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see270

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see269

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see251

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see244

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see236

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see228

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see221

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see209

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see202

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see197

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see197

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see195

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see189

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see172

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri