Icma.az
close
up
RU
Məktəblərdə ev tapşırıqlarını ləğv etmək mümkün olacaq? TƏHLİL

Məktəblərdə ev tapşırıqlarını ləğv etmək mümkün olacaq? TƏHLİL

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Əvvəlcə onu qeyd edim ki, dünyanın heç bir ölkəsində məktəblərdə ev tapşırıqları tam şəkildə ləğv olunmayıb. Doğrudur, bəzən, bilərəkdən, ya bilməyərəkdən Finlandiya təhsili haqqında danışarkən oradakı məktəblərdə ev tapşırıqlarının tamamilə ləğv olunduğunu qeyd edirlər. Eyni fikirləri digər Skandinaviya ölkələri İsveç və Danimarka haqqında da səsləndirirlər ki, bu da kökündən yanlışdır. Adıçəkilən 3 ölkənin heç birində ev tapşırıqları tamamilə ləğv edilməyib, sadəcə,  minimuma endirilib. Məsələn, Finlandiyada ev tapşırıqlarının minimuma endirilməsi siyasəti artıq uzun illərdir ki, tətbiq edilir. Bunun əsas səbəbi evdən də çox, məhz məktəbdə şagirdlərin cari mövzu və onunla bağlı olan ev tapşırıqlarına deyil, daha praktiki, daha tətbiqi əhəmiyyətli məsələlərə diqqət yetirmələridir. Fin təhsilinin əsas prinsipi şagirdlərin rifahını prioritetləşdirmək,  həddindən artıq ev tapşırığı ilə yükləmək əvəzinə onları dərsdənkənar fəaliyyətlərlə məşğul olmağa və ailələri ilə keyfiyyətli vaxt keçirməyə təşviq etməkdir. 

Eyni sözləri İsveç haqqında da demək mümkündür. Burada da şagirdlərə verilən ev tapşırıqları minimallaşdırılıb. 6-cı sinifə qədər isə məktəblərdə ümumiyyətlə qiymətləndirmə tətbiq edilmir. İsveçin ev tapşırıqlarından imtina etməsinin səbəbləri isə daha geniş müstəvidə qiymətləndirilməlidir. Çünki burada təhsilə şagirdmərkəzli yanaşmanın tətbiqi əsasdır.  Onlar ev tapşırığını azaltmağı və məktəb saatlarında daha çox əməkdaşlıq və layihə əsaslı öyrənmə fəaliyyətlərinə diqqət yetirməyi təhsildə əsas prioritet kimi qəbul edirlər. 

Adıçəkilən üçüncü ölkə Danimarkada isə ev tapşırıqlarının minimuma endirilməsinin əsas səbəbi şagirdlərə daha çox əyləncə və istirahət üçün asudə vaxtların hədiyyə edilməsidir. Bunun müqabilində şagirdlərdən öz hobbiləri, fiziki inkişafları naminə məşğuliyyətə vaxt ayırmaları tövsiyə edilir.

Ev tapşırıqlarını minimuma endirərək, şagirdlərini nəzərə alan ölkələr arasında Hollandiya, Cənubi Koreya, İslandiya və bir çox Avropa ölkələrini misal göstərə bilərik. Ev tapşrıqlarının minimuma endirilməsinin demək olar ki, bütün ölkələrdə əsas səbəbi şagirdləri arxayınlaşdırmaq, onları komfort zonaya salmaq yox, əksinə, zamanlarını daha faydalı məsələlərə sərf etmələrinə çalışmaqdır.

Bu arada onu da qeyd edək ki, ev tapşırıqlarının məhdudlaşdırılması və minimuma endirilməsi son illər bir çox ölkələrdə təhsillə bağlı aaparılan islahatların əsasını təşkil edir. Şagirdlərin ağır dərs yükünə səbəb olan kurikulum proqramları bir çox ölkələrdə yenidən işlədilir, kurikulum islahatları təxirə salınmadan tətbiq olunur. Qonşu ölkələr arasında Türkiyə, Rusiya, Gürcüstan, eləcə də Qazaxıstan, Özbəksitanla bağlı bu nümunələri səsləndirmək olar. Şagirdlərin ağır dərs yükünün yaranma səbəbləri və onun tədrisin keyfiyyətinə ciddi təsirlərini araşdıran ölkələr burada çıxış yolu kimi kurikulum islahatlarının aparılmasını vacib biliblər. Kurikulum islahatları bir çox istiqamətdə həyata keçirilsə də ən çox bu 3 məqama diqqət yetirilib: ev tapşırıqlarının məhdudlaşdırılması; mövzu ağırlıqlarının aradan qaldırılması; çevik təhsil modellərinə keçid.

Bizdə də təəssüf ki, xüsusən ibtidai siniflərdə şagirdlərin ağır dərs yükü kifayət qədər ciddi problemə çevilib. Onu da qeyd edək ki, yuxarıda göstərilən bütün nümunələrdə ev tapşırıqları ilə bağlı islahatlar, ümumiyyətlə kurikulumun məzmun yeniliklərinin tətbiqi məhz ibtidai təhsildən başlanılıb. İbtidai təhsildə uğurla həyata keçiriləndən sonra bütün tədris prosesini əhatə edib. Biz isə gecikirik. Xüsusən də ibtidai siniflərdə kurikulum əsaslı məzmun xətlərinə yenidən baxmağın, onların səriştə əsaslı modullar əsasında hazırlanmasının, əzbərçilikdən təhlilə, innovativ yanaşmaya keçidinin vaxtı çoxdan çatıb. Bu məsələdə isə ev tapşırıqlarının minimuma endirilməsi, onların daha praktiki modullarla əvəz  edilməsi, oyun əsaslı modellərin tətbiqi çox vacibdir. Əks halda, biz azyaşlı şagirdə məktəbi, tədris prosesini qətiyyən sevdirə bilməyəcək, onu məcburiyyət kodeksi ilə üz-üzə qoymuş olacağıq. Nəticədə isə onsuz da bugün sevgi hissindən az qala məhrum olan məktəblərimiz bir az da nüfuzdan düşmüş olacaqdır. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:215
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Mart 2025 08:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see411

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see325

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see320

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see248

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see230

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see230

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see226

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see223

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see209

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see203

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see193

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see191

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see190

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see184

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see181

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see176

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri