Icma.az
close
up
RU
Məktəblərdə fiziki tərbiyə müəllimlərinin işi Onlar idmana marağı necə yaradır?

Məktəblərdə fiziki tərbiyə müəllimlərinin işi Onlar idmana marağı necə yaradır?

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Uşaqlar, yeniyetmələr və gənclər arasında idmanın təbliği ilə bağlı layihəmiz çərçivəsində növbəti həmsöhbətimiz Bakıdakı "Ankara məktəbi" məktəb-liseyin fiziki tərbiyə müəllimi Şahin Abdullayev oldu.

Müsahibimiz əvvəlcə özü haqda məlumat verib: "Mən - Şahin Abdullayev Gündüz oğlu voleybol üzrə İdman ustasıyam. Dəfələrlə Respublika çempionu, beynəlxalq yarışların qalibi adını qazanmışam. Məşqçi kimi Avropa çempionatının ikincisi olmuşam. Bundan əlavə, həm də "Neftçi 2” voleybol komandasının məşqçisiyəm. Fiziki tərbiyə müəllimi kimi isə 11 ildir "Ankara məktəbi" məktəb-liseydə çalışıram". 

O, qeyd edib ki, fiziki tərbiyə müəllimləri hər bir uşağa fərdi yanaşmalıdır: "Fiziki tərbiyə müəlliminin əsas məqsədi gələcəyə fiziki sağlam gənclər yetişdirməkdir. Bizim işimizin çətinliyi hər uşağa fərdi yanaşmaq, şagirdlərin hər birinin liderlik xüsusiyyətlərini inkişaf etdirmək üçün çalışmaqdır". 

Ş.Abdullayev deyib ki, fiziki tərbiyə müəllimləri dərsləri Elm və Təhsil Nazirliyinin proqramı əsasında tədris edirlər: "Ümumilkdə orta məktəblərdə fiziki tərbiyə fənninin keyfiyyətini yüksək qiymətləndirirəm. Elm və Təhsil Nazirliyi bu sahədə çoxlu iş görür. Nazirliyin təqdim etdiyi proqram idmanın bütün növlərini əhatə edir. Fiziki tərbiyə müəllimləri dərsləri proqram əsasında keçirlər. Bura sürət, sürət-güc, əyilgənlik, qüvvə, çeviklik və dözümlülük qabiliyyətləri daxildir. Sürət qabiliyyəti əsasən qısa məsafələrə sürətlənmələrdən ibarətdir. Məsələn, 30-60 metr qaçışlar. Bu, hərəkətin reaksiya tezliyini inkişaf etdirir. Sürət-güc qabiliyyəti tullanmalar və topların atılmasıdır. Əyilgənlik gimnastika idman növünə aiddir. Bu qabiliyyətdə müəllimlər uşaqların elastikliyini inkişaf etdirirlər. Qüvvə qabiliyyətində müəllimlər adətən güc tələb edən hərəkətlər kompleksi ilə dərs keçirlər. Uşaqların sevimli hərəki qabiliyyəti çeviklik, ikitərəfli oyunlardan ibarətdir. Dözümlülük qabiliyyəti isə uzaq məsafələrə qaçışlarla keçirilir".

Fiziki tərbiyə müəllimi uşaqların diqqətini dərsə cəlb etməyin yollarından da danışıb: "Uşaqların diqqətini cəlb etmək üçün dərsdə hər hansı bir qabiliyyəti maraqlı oyun keçirməklə inkişaf etdirmək lazımdır. Bu halda şagirdlər həm əylənirlər, həm də fiziki sağlam inkişaf edirlər".

Ş.Abdullayev məktəblərdəki infrastrukturdan söz açıb: "Demək olar ki, hər il yeni məktəb binaları istifadəyə verilir. Hər bir məktəbin nəzdində idman meydançaları var. Mən Azərbaycanda idman zalları və meydançalarının durumunu qənaətbəxş hesab edirəm. İşlədiyim Nərimanov rayonunda hər il məktəblərarası yarışların keçirilməsi bunu sübutdur. "Ankara məktəbi" məktəb-liseyin idman zalı geniş və rahatdır".

O, məktəblilər üçün tez-tez yarışların təşkil olunduğunu deyib: "Elm və Təhsil Nazirliyi hər il məktəblərarası yarışlar təşkil edir. Futbol, basketbol, badminton, atletika və digər idman növlərində yarışlar keçirilir. Yarışların  keçirilməsində məqsəd ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, idmana marağının artırılması, məktəblilərin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsidir".

Həmsöhbətimiz Azərbaycanın ikiqat Paralimya çempionu Lamiyə Vəliyevanın onun şagirdi olduğunu vurğulayıb: "Dərs keçdiyim uşaqlar arasında ikiqat Paralimpiya çempionumuz Lamiyə Vəliyevanın adını çəkə bilərəm. Uşaq yaşlarından voleybol oyununa maraq göstərirdi. Mən bu sahədə məşqlər keçdiyim ərəfədə Lamiyənin çox sürətli qaçdığının şahidi oldum. Lamiyəyə məsləhət gördüm ki, idmanın atletika sahəsində özünü yoxlasın. Bəlkə də bu istedadın üzə çıxmasında mənim də əməyin böyük olub. Fiziki tərbiyə dərsinin mahiyyəti bundan ibarətdir. Bu sahədə bir çox idmançımıza dəstək olmuşam".

Ş.Abdullayev qeyd edib ki, idmana marağı artırmaq, uşaqları və gəncləri pis vərdişlərdən qorumaq üçün maarifləndirmə işləri aparılmalıdır: "İdmanın bütün növləri maraqlıdır. Məktəbimizdə 100-dən çox şagird peşəkar idmanla məşğuldur. Onların hər birinə fərdi yanaşmaq lazımdır. Ölkədə yeniyetmələr və məktəblilər arasında idmanın səviyyəsini yaxşılaşdırmaq, uşaqları pis vərdişlərdən qorumaq üçün idman növlərinin kütləviliyini artırmaq lazımdır. Bunun üçün universitetlər, məktəblər və bağçalarda hər bir idman növü üzrə yarışlar təşkil edilməlidir. Hər bir Azərbaycan vətəndaşının hansısa idman növündə istedadını müəyyən etmək, onları pis vərdişlərdən uzaqlaşdırmaq, fiziki baxımdan sağlam tərbiyə etmək hər birimizin borcudur. Uşaqları və gəncləri pis vərdişlərdən qorumaq üçün maarifləndirmə işləri də aparılmalıdır. Məktəblərdə və gənclər mərkəzlərində siqaret, spirtli içki və digər zərərli vərdişlərin fəsadları haqqında seminarlar təşkil edilməlidir. Çempionlar və psixoloqlar məktəblərdə görüşlər keçirərək, sağlam həyat tərzinin əhəmiyyəti barədə ətraflı məlumat verməlidirlər. Əsas vəzifə valideynlərin üzərinə düşür. Onlar erkən yaşlarından uşaqların pis vərdişlərdən uzaq olmasını, idmanla məşğul olmasını təmin etməlidirlər". 

O, sonda şagirdlərinə necə motivasiya verdiyini də açıqlayıb: "Dərs vaxtı şagirdlər bir neçə qrupa bölünür və hər qrupun bir lideri olur. Bu, lideryönümlü inkişaf üçün çox faydalıdır. Qrupun bütün məsuliyyəti liderin idarə qabiliyyətindən asılıdır. Bu, hər bir şagirdə böyük motivasiya verir. Bir neçə idman növü üzrə yarışlar keçirilir. Şagirdlərin belə motivasiya ilə istedadları üzə çıxır. Gələcəyin formalaşması belə maraqlı motivasiya oyunları ilə olur. Həmçinin hər dərsimizin başlanğıcında bütün növ idmançılar haqqında nümunəvi şəkillər və videolar göstərirəm. Şagirdləri maraqlandıran sualları onların maraq dairəsində cavablandırıram, fərdi yanaşma ilə motivasiya edirəm. Əvvəldə qeyd etdiyim kimi, fiziki tərbiyə dərsində fərdi yanaşma önəmlidir. Çünki özüm voleybol üzrə milli komandanın üzvü olmuşam. Azərbaycanı beynəlxalq yarışlarda təmsil etməyimdə fiziki tərbiyə müəllimimin mənə fərdi yanaşmasının rolu böyükdür. Hal-hazırda öz böyük təcrübəmlə şagirdlərin fiziki baxımdan sağlam böyüməsi üçün çalışıram. Buna görə mənə hər işimdə dəstək olan və hər şəraiti yaradan "Ankara məktəbi" məktəb-liseyin direktoru Səmayə Eynullayevaya təşəkkür edirəm".

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://qol.az
archiveBu xəbər 25 May 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see187

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see187

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see160

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see156

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see155

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see150

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see150

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see138

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see137

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see135

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri