Icma.az
close
up
RU
Menu

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

“Həkim məsləhəti” rubrikamızda

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

Süni şirinləşdiricinin parçalanma məhsulu DNT yə zərər verə bilər

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan etmək niyyətindədir

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

Qızılın SON qiyməti

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

Məktəblərdə mobil telefonlar qadağa olunmalıdır

Məktəblərdə mobil telefonlar qadağa olunmalıdır

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Uşaqların diqqəti dağılıb, psixoloji zərərlər artır


Smartfonlar məktəbdə dərsə mane olur, planşet istifadəsi daha məqsədəuyğundur


Uşaq və gənclərin fiziki və mənəvi inkişafı 


Son illərdə dünya üzrə təhsil sistemlərində ən çox müzakirə olunan mövzulardan biri məktəblərdə ağıllı mobil telefonların istifadəsinə qoyulan məhdudiyyətlərdir. İnformasiya texnologiyalarının sürətli inkişafı nəticəsində şagirdlərin gündəlik həyatında mühüm yer tutan smartfonlar, eyni zamanda, onları dərs prosesindən yayındıran əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə vaxt itkisi, diqqət dağınıqlığı, ünsiyyət bacarıqlarının zəifləməsi və asılılıq riskləri hökumətləri bu məsələyə ciddi yanaşmağa vadar edib.


Bir sıra Avropa ölkələri – Almaniya, İngiltərə, Fransa artıq məktəblərdə mobil telefon istifadəsinə qadağa tətbiq ediblər. Onların sırasına indi İsveç də qoşulur. İsveç hökuməti 2026-cı ildən etibarən ibtidai, orta və lisey məktəblərində ağıllı telefonların istifadəsini tam qadağan etmək barədə qərar verib. Təhsil naziri Simona Mohamssonun sözlərinə görə, bu addım şagirdlərin dərs və fasilə vaxtlarını daha səmərəli keçirməsi, sosial bacarıqlarını inkişaf etdirməsi və idmana maraqlarının artması üçün atılıb. Hökumət sözügedən təşəbbüsün həyata keçirilməsi üçün xüsusi büdcə də ayırıb.

Mütəxəssislər qeyd edirlər ki, smartfonlardan həddindən artıq istifadə uşaqların həm fiziki, həm də mənəvi inkişafına mənfi təsir göstərir. Uzun müddət ekran qarşısında qalmaq görmə zəifliyinə, hərəkətsiz həyat tərzinə və obezite riskinin artmasına səbəb olur. Bundan başqa, gec saatlara qədər telefondan istifadə yuxu rejimini pozur, diqqət və yaddaş zəifliyinə gətirib çıxarır. Mənəvi tərəfdən isə sosial şəbəkələrdə vaxtın çox keçirilməsi uşaqların real ünsiyyət bacarıqlarını azaldır, tənhalıq və depressiya hallarını artırır. Virtual aləmdə əldə olunan süni “bəyənilmələr” onların özünüdəyərləndirməsinə təsir edir, özünəinamı zəiflədir. Bu da gələcəkdə emosional dayanıqlılığın aşağı düşməsi ilə nəticələnə bilər. Beləliklə, İsveçin mobil telefon qadağası yalnız tədris prosesinin effektivliyinə deyil, həm də uşaqların sağlam böyüməsinə yönəlmiş mühüm addım kimi qiymətləndirilir. Bu qərar təhsil mühitində texnologiyanın rolu, gənc nəslin sosiallaşması və psixoloji inkişafı barədə qlobal miqyasda yeni müzakirələrə yol açır.


Azərbaycanda da vəziyyət oxşardır. Son illərdə aparılan müşahidələr göstərir ki, məktəblilərin böyük əksəriyyəti dərs vaxtı belə telefonlardan aktiv istifadə edir. Sosial şəbəkələr, oyunlar və müxtəlif tətbiqlər onların dərsə diqqətini azaldır, öyrənmə prosesini çətinləşdirir. Eyni zamanda, telefon asılılığı uşaqların ünsiyyət bacarıqlarına, psixoloji durumuna və fiziki sağlamlığına mənfi təsir göstərir. Buna görə də, İsveçin nümunəsində olduğu kimi, Azərbaycanda da məktəblərdə mobil telefonların istifadəsinə dair məhdudiyyətlərin tətbiqi və ya alternativ həll yollarının tapılması gündəmə gətirilə bilər. Bu addım həm təhsilin keyfiyyətinə, həm də yeni nəslin sağlam inkişafına xidmət edəcək. Respublikadakı ümumtəhsil məktəblərində təhsil alan şagirdlər arasında mobil telefondan istifadə edənlərin sayı artmaqdadır. İstər ibtidai, istərsə də yuxarı siniflərdə təhsil alan uşaqların çoxunun əlində telefon görmək mümkündür. Bəzi valideynlər övladlarından istədikləri vaxt xəbər ala bilmək üçün onların məktəbə telefon aparmalı olduğunu düşünür. 


Təhsil eksperti Elçin Muradın fikrincə, şagirdin əlində telefon olanda dərsdən tamamilə uzaqlaşır. Ekspert qeyd edib ki, İsveçdə bu qərarın verilməsi təhsilin keyfiyyətinə öz təsirini göstərəcək: 

“Bu qərar Azərbaycanda da tətbiq edilsə, çox yaxşı olar. Çünki bununla şagirdlər tamamilə telefondan uzaqlaşıb, dərsə fokuslanacaqlar. Əgər məktəblinin telefonu və interneti varsa, sosial şəbəkələrdə vaxtını keçirir, telefonda olan müxtəlif oyunları oynayır və ya məktəbdə yaşanan hər hansı bir hadisəni çəkib ictimailəşdirir. Bu isə şagird-müəllim arasındakı münasibətlərin mütəmadi şəkildə qırılmasına, soyumasına səbəb olur. Ona görə də telefon məktəblinin çantasında ola biləcək qurğu deyil. Hər hansı valideyn şagirddən narahat olursa, xəbər almaq istəyirsə, onun cibinə 30-40 manatlıq, sadəcə zəng getmək üçün olan telefonlardan alıb qoya bilər. Ümumiyyətlə, telefona qadağa qoyulması məktəblərdə disiplinin artmasına gətirib çıxaracaq. Ən azından bir çox lazımsız hadisələrin ictimailəşməsinin qarşısını alacaq. Hətta tərbiyəvi cəhətdən bu faktor böyük rol oynayacaq”. 


Təhsil eksperti Fuad Hacıyev isə qeyd edib ki, məktəblərdə bu tip qadağalar bəzən anlaşılan olur. Amma müasir dünyada, informasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə internetsiz hər hansı bir dərs proqramını təsəvvür etmək absurddur: 

“Niyə? Hazırda 1-ci sinfə gedən şagirdlərin kitab yükünü 10 valideyndən 8-i özü daşımaq məcburiyyətində qalır. Bu, ciddi problemdir. Deməli, qadağalar heç də hər zaman müsbət nəticə vermir. Yaxınlarda imtahan verən abituriyentlərin açıqlamalarını gördük. Bəziləri deyirdi ki, heç bir telefon istifadə etmədən 600-700 bal toplayıblar. Digərləri isə telefonlardan istifadə edərək yüksək nəticə əldə ediblər. Deməli, bu, hansısa kriteriya deyil. Belə qadağalar, sadəcə, dərs saatları ərzində planşetlərlə əvəzlənməlidir. Şagirdlər dərs proqramını yüklənə bilən planşetlər vasitəsilə öyrənməlidirlər. Bu zaman həm valideynlərin, həm də şagirdlərin işi xeyli asanlaşacaq”. Ekspert əlavə edib ki, uşaqların təhlükəsiz internetdən istifadəsi məsələsi də asanlıqla həll oluna bilər: “Bütün mobil qurğularda "uşaq rejimi" adlı sistem var. Bu, həm valideynlər, həm də məktəb rəhbərliyi tərəfindən tətbiq edilə bilər. Məktəblər tərəfindən şagirdlərə planşetlərin (iPad və s.) paylanması Elm və Təhsil Nazirliyi üçün böyük bir yük olmayacaq. Nəzərə alsaq ki, nazirlik bəzən çox sadə tenderlərə böyük məbləğlər xərcləyir, həmin vəsaiti uşaqların faydasına yönləndirmək daha məntiqli olardı. Bu proqramlarda yalnız dərs yükünə aid, məktəb mühitinə ziyan vurmayan tətbiqlərin yazılması kifayətdir. Bu, heç bir qeyri-adi bacarıq tələb etmir. Nazirlik istəsə, bunu çox rahat şəkildə həyata keçirə bilər”.


Psixoloq Elnur Rüstəmov da “Şərq”ə açıqlamasında bildirib ki, mobil telefonlar yeniyetmələr arasında psixi sağlamlığın pisləşməsinə səbəb olan, sosial inkişafı əngəlləyən və kiber zorakılığa şərait yaradan əsas mənbədir:

 “Bu hal şagirdlərin məktəbdə düzgün olmayan davranışların formalaşmasına rəvac verən ən böyük amillərdən biridir. Aparılan araşdırmalar göstərir ki, sinifdə smartfonların istifadəsi daimi olaraq şagirdin diqqətinin dərsdən yayınmasına, aqressiv halların artmasına, şagirddə müəllimlərə qarşı uyğunsuz davranışlara, testlər, ev tapşırıqlarının hazırlanmasında valideyni və eləcə də müəllimlərini aldatmaq, uyğun olmayan fotoşəkillər çəkmək, mobil oyunlar oynamaq kimi zərərli vərdişlərə şərait yarada bilir. Elə bunun nəticəsidir ki, bir çox məktəblərdə şagirdlərin dərsə olan diqqətini artırmaq üçün mobil telefonlardan istifadə qadağan edilir. Onu da deyim ki, smartfonlardan istifadə sinifdə uşaqlar arasında kiber bullinqin yaranmasının ən böyük səbəblərindən biridir. Məhz bu səbəbdən dərs müddətində uşaqların mobil telefonlardan istifadəsinə icazə verilməməlidir və hər bir valideyn bu fikrə hörmətlə yanaşmalıdır. Əgər söhbət uşağın valideynləri ilə əlaqə yaratmağından gedirsə, valideynin dərs müddəti bitdikdən sonra, tənəffüs zamanı zəng edərək övladı ilə əlaqə saxlaması daha doğru olacaq. Burada tövsiyə olunur ki, valideyn telefonların smart tipli, çoxfunksiyalı olmamasına diqqət yetirsin. Bu kimi problemləri aradan qaldırmaq üçün hər məktəbin öz növbəsində qoyduğu qaydalara həm müəllimlər, həm valideynlər, həm də şagirdlər tərəfindən birmənalı şəkildə əməl olunmalıdır. Digər bir problem isə valideyn uşağa telefon vermədiyi üçün onun digər sinif yoldaşları tərəfindən alçaldılması və qınanmasıdır. Dolayısı ilə baş verən bullinq şagirdin psixologiyasına tamamilə mənfi təsir edərək onun sinifdən təcrid olunmasına gətirib çıxarır. Bu isə artıq məktəbin deyil, şagirdlərin problemidir. Belə olan zaman valideynlər birbaşa özü bu problemlə maraqlanmalı, məsuliyyəti digər valideynlərlə bölüşməli, məsələni şagirdlər arasında həll etməlidirlər. Nəticə etibarilə, mobil telefonlardan istifadə məktəblərdə uyğunsuz hallara səbəb yaradan ən böyük faktordur. Burada söhbət mobil telefonun şagirdlər tərəfindən dərs zamanı istifadə olunmasının tədris prosesinə mane olmasından və şagirdlərdə deviant davranışlara rəvac verməsindən gedir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Sentyabr 2025 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see420

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

15 Sentyabr 2026 12:22see238

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see220

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

15 Sentyabr 2026 03:39see213

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see213

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see210

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see205

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see201

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see199

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see188

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see187

Süni şirinləşdiricinin parçalanma məhsulu DNT yə zərər verə bilər

15 Sentyabr 2026 03:43see185

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see184

AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan etmək niyyətindədir

15 Sentyabr 2026 02:36see183

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see182

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

15 Sentyabr 2026 18:10see181

Qızılın SON qiyməti

15 Sentyabr 2026 09:23see180

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see173

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

15 Sentyabr 2026 18:33see170

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri