Icma.az
close
up
RU
Məktəblərdə mobil telefonlar qadağan edilir: Hansı problemlər yarana bilər?

Məktəblərdə mobil telefonlar qadağan edilir: Hansı problemlər yarana bilər?

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Məktəblərdə mobil telefonlardan istifadə halları son dövrdə həddən artıq artıb. Xüsusilə, həm orta, həm də ali təhsil müəssisələrində bu tendensiya geniş yayılıb. Hətta ibtidai siniflərdə belə, azyaşlıların demək olar ki, hamısı mobil telefon daşıyıcısıdır".
Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib. 
"Təbii ki, mobil telefonlar sağlamlığa zərər verə, digər tərəfdən isə dərs prosesinin pozulmasına şərait yarada bilər. Bəzən şagirdlər dərs zamanı mobil telefondan istifadə etməsi müəllimin diqqətini yayındırır və bu hallar getdikcə daha geniş yayılır. 
Lakin digər tərəfdən də, hazırda tədris prosesində müəllimlərin şagird və tələbələrlə dərs vəsaitlərini, əyani materialları internet üzərindən paylaşması geniş təcrübəyə çevrilib. Bir çox hallarda dərs prosesi məhz mobil tətbiqlər və internet vasitəsilə təşkil olunur. Bu səbəbdən mobil telefondan tam imtina etmək də çətindir".
O bildirib ki, orta məktəblərdə, hətta ibtidai siniflərdə belə, müəllimlərlə şagirdlər arasında bilik və material mübadiləsi mobil texnologiya və internet vasitəsilə həyata keçirilir:
"Buna görə də mövcud şəraitdə bu prosesdən tamamilə kənarlaşmaq çətin məsələdir.
Fikrimcə, problemin həlli yollarından biri orta məktəblərin bütün siniflərinin kompüter və internetlə təmin olunmasıdır. Əgər şagirdlər dərs zamanı lazım olan materialları məktəbdəki kompüterlər vasitəsilə əldə edə bilsələr, mobil telefona ehtiyac qalmayacaq. Belə olduqda şagirdlərin dərsə telefon gətirməsi ümumiyyətlə aradan qalxar".
Ekspert deyib ki, dərsdən kənar hallarda  telefon lazım ola bilər:
"Bu zaman məktəbdə xüsusi yerlərdə telefonların saxlanılması və dərsdən sonra geri verilməsi kimi bir mexanizm tətbiq olunub.
Nəticə etibarilə, mobil telefonların həm faydalı, həm də zərərli tərəfləri var. Məncə, problemi telefonları tam qadağan etməklə yox, məktəblərin tam kompüterləşdirilməsi və texnoloji imkanların artırılması ilə həll etmək mümkündür".
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Sentyabr 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see399

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see383

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see313

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see308

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see233

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see217

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see215

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see213

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see206

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see203

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see193

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see190

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see188

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see182

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see181

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see180

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see178

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see165

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri