Icma.az
close
up
RU
Mobil telefonlar bütün məktəblərdə qadağan olunacaq? Səbəblər və təkliflər

Mobil telefonlar bütün məktəblərdə qadağan olunacaq? Səbəblər və təkliflər

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Yanlış anlaşılan informasiya

İki gündür ki, ictimaiyyətdə,  sosial şəbəkə platformalarında orta ümumtəhsil müəssisələrində şagirdlərin mobil telefonlardan istifadəsinin qadağan edilməsi barədə yazılır. Əvvəlcə onu deyək ki, bizdə orta ümumtəhsil müəssisələrində mobil telefonlardan istifadənin qadağası icbari deyil,  tövsiyə xarakterlidir. 

Sadəcə, mobil telefonların qadağası ilə bağlı səsləndirilən rəsmi fikirlər müəyyən mənada təhrif olunaraq yanlış tərzdə ictimaiyyətə çatdırılıb. 

Qeyd edək ki, Azərbaycan orta ümumtəhsil seqmentində mobil telefon və digər smart cihazlardan istifadə xüsusi hallar istisna olmaqla, hazırda bütün məktəblərdə deyil, "Şagird davranış qaydaları"nın tətbiq olunduğu 300 məktəbə aiddir. 

Xatırladaq ki, orta ümumtəhsil müəssisələri üçün davranış qaydaları bir neçə səviyyə üzrə qayda pozuntuları və onlara qarşı cəza tədbirlərini özündə əks etdirir. Ağıllı telefonların, eləcə də digər qadağan olunmuş cihazların məktəbə gətirilməsi və dərs prosesi zamanı onlardan istifadə davranış qaydalarına əsasən birinci dərəcəli qayda pozuntusu hesab edilir. Birinci səviyyəli qayda pozuntusu ən yüngül mərhələ hesab edilir və  cəza mexanizmi çox da ağır olmur.

Reallıq ondan ibarətdir ki, biz bütün orta məktəblərdə mobil telefonların istifadəsinə qadağa qoymaq üçün Şagird davranış qaydalarının vahid qaydada tətbiqi vacibdir. Doğrusu, davranış qaydalarını əhatə edən müxtəlif səviyyəli qayda pozuntuları və onlara hesablanmış cəza mexanizmləri ilə bağlı yanaşmalar birmənalı olmadığından onların bütün ölkə üzrə tətbiqində də müəyyən ləngimələr mövcuddur. Odur ki, biz qarşıdakı bir neçə ildə davranış qaydalarının bütün orta məktəbləri əhatə edəcəyinə ümid edə bilmərik. 

Amma məsələnin başqa tərəflər də var. Hazırda "Şagird davranış qaydaları"nın əhatə etdiyi məktəblərin sayı artırılır və ümid edirik ki, qarşıdakı dönəmlərdə bu say cüzi deyil, əsaslı şəkildə artacaqdır. Halbuki ötən ilin sonlarında Elm və Təhsil Nazirliyinin, eləcə də onun tabeliyindəki qurumların səlahiyyətli nümayəndələri “Şagird davranış qaydaları”nın bütün məktəblərə şamil olunacağını bildirmişdi.

Amma hazırda razılaşmalı olduğumuz bir reallıq da var: Bugün məktəblərdə mobil telefonların qadağası çox vacibdir. Ən azından, son bir neçə ildə ondan çox ölkə analoji addımı atıb. Qarşıdakı illərdə həm bütövlükdə "Şagird davranış qaydaları"nın, həm də mobil telefon qadağası bütün məktəblərdə tətbiq olunması çox vacibdir.

Təbii ki, xüsusi hallar istisna olmaqla və şagirdə zəruri hallarda telefonla əlaqə imkanı yaradılmaqla....

Telefon qadağası həqiqətənmi vacibdir?

Artıq bir neçə ildir ki,  dünyanın bir çox ölkələri məktəblərdə şagirdlərin mobil telefon, eləcə də bütün növ smart cihazlardan istifadəsinə qadağa qoyub. Amma burada bir neçə nüansı mütləq qeyd etmək lazımdır: bu qadağa xüsusi hallar istisna olmaqla tətbiq edilir; həmçinin, şagirdin telefonla zəruri kontaktı lazım gəldiyində mütləq şəkildə ona bu şərait yaradılır. ABŞ, İngiltərə, Rusiya, Türkiyə, Avstraliya, İsveç, İtaliya, İspaniya, Cənubi Koreya və s. kimi ölkələrdə məktəblilərə dərs prosesi zamanı telefon qadağası artıq vacib tədris qaydalarından birinə çevrilib. Xüsusən də Avropa ölkələrində bu qadağanı tədris prosesi zamanı diqqətin yayınması, şagirdlərin izafi informasiya axınına məruz qalması, biliklərin qiymətləndirilməsi zamanı yardımçı vəsait kimi istifadə edilməsi, o cümlədən təhlükəsizlik kimi faktorlarla əsaslandırırlar. Bəzi ölkələrdə isə məktəblərdə mobil telefonun qadağasından sonra tədris keyfiyyətində hər hansı dəyişikliyin olub-olunmaması analiz edilir. Bu analizlərin aparıldığı bir çox ölkələrdə telefon qadağasından sonra keyfiyyətin həqiqətən də artması müəyyən edilmişdir. Doğrudur, keyfiyyətin artım göstəricisi çox da yüksək faizlərlə deyil, maksimum 10-15%-lə göstərilsə də, hər bir halda müsbətə doğru dəyişim kimi də dəyərləndirmək olar. 

 Çox istərdim ki, bizdə məktəblərdə telefon qadağası ilə bağlı ümumi qərar verməzdən əvvəl hazırda bu qaydanın tətbiq olunduğu 300 məktəbdə zəruri araşdırmalar və qiymətləndirmələr aparılsın. Biz bu tədqiqatların sonucunda mobil telefon qadağasının nə dərəcədə vacib göstərici olduğunu daha əyani şəkildə anlaya bilərik, Doğrudanmı, telefon qadağası məktəblərdə təlimlə yanaşı, tədris göstəricisinə müsbət təsir edəcək? Bəlkə,  heç ümumiyyətlə hər hansı təsiri olmadı? Hazırda "Şagird davranış qaydaları"nın tətbiq olunduğu 300 məktəbdə bu qadağa keçərlidir. Şəxsən mənə maraqlıdır, həmin 300 məktəbdə ttədris göstəriciləri çoxmu dəyişib? Bu sualın cavabını yalnız bu tədris ocaqlarında aparılacaq şəffaf monitorinqlər üzə çıxara bilər. 

Amma bütün hallarda subyektiv yanaşmama əsasən məktəblərdə şagirdlərin mobil telefonlardan istifadəsinə qadağa qoyulmanın mənfidən çox müsbət halları da var. Birincisi,  xüsusən də yeniyetməlik dövründə şagirdlərdə diqqətin yayınması, paylanması faktorları daha çox inkişaf edir. Bu getdikcə, yaddaşın zəifləməsinə, beynin informasiya qəbul etmə və onu emaldan keçirmə prosesinə ciddi təsir göstərir. Hazırda ən güclü diqqətyayıcı vasitələr isə təbii ki, ağıllı telefonlardır. Ən azından, bu səbəbdən şagirdlərə bir xeyli yaxşılıq edə bilərik.

Bəs nə etməli?

Bugün qadağanın varlığı-yoxluğundan asılı olmayaraq valideynlər şagirdlərə mobil telefon vermə kimi ənənələrdən müəyyən qədər uzaq olmalıdırlar. Bu kimi vasitələr şagirdin həm fikrini yayındırır, həm də internetə çıxışı olduğu üçün müəyyən zərərli informasiyaları görə bilirlər. Bu baxımdan xüsusilə valideynlər diqqətli olmalıdırlar. Telefon istifadəsi məktəb və şagird üçün problemdir. Birincisi, bu neqativ halların yaranmasına səbəb olur. İkincisi problemi kiçik auditoriyadan daha böyük auditoriyaya çıxarmaqla xeyli sayda şüuraltı təsirə, psixoloji xaosa gətirib çıxarır.  

Smartfonlar yeniyetmələri informasiya selində boğur.  Artıq dünyanın bir çox ölkələrində, xüsusən, Avropa ölkələrində məktəblərdə telefon qadağası tətbiq olunub. Buna səbəb müasir dövrün sürətlə inkişaf edən, idarə olunması demək olar mümkünsüz olan texniki imkanlarının məktəblərdə şagirdlər arasında mənfi tendensiya yaratmasıdır. Bu səbəbdən şagirdləri artıq informasiya xaosundan xilas etmək, dərslə bağlı pedoqoji işin təşkili zamanı yaranan diqqət yayılmasının qarşısını almaqdan ötrü, ümumiyyətlə, bütün neqativ detalları önləməkdən ötrü məktəblərdə telefonlar qadağa olunur. 

Bu bəzi məktəblərdə müəyyən prinsiplər əsasında həyata keçirilir. Məsələn telefon qadağa olunan elə məktəblər var ki, orda telefonlar xüsusi bir yerə yığılır və yalnız böyük tənəffüslərdə məktəb tərəfindən təyin olunmuş texniki işçilərin nəzarəti ilə şagird öz telefonunu götürə və öz ailəsi ilə saxlaya bilir.

Konkret təkliflər

-Orta ümumtəhsil məktəblərinin hamısında mobil telefon və digər ağıllı cihazlardan kütləvi istifadə qadağan edilməli, lakin dərs müddətində zəruri hallarda istisnasız, adi hallarda isə dərs bitənədək şagirdə telefondan ən azı 2 dəfə istifadə etmələrinə şərait yaradılmalıdır;

-Bu məsələdə istər texniki, istərsə də təşkilati anlamda xarici təcrübədən yüksək səviyyədə yararlanmalı, onların məktəbdaxilində mobil, smart cihazlardan istifadə mexanizmləri bizdə də tətbiq olunmalıdır;

-Orta məktəblərdə şəffaflığın qorunması üçün bütün mobil telefonlar xüsusi hazırlanmış saxlanc yerlərində saxlanmalı və məktəbin təşkilati-texniki heyətindən konkret iki nəfər həmin cihazların təhlükəsizliyinə şərait yaratmalıdır;

-Mobil və smart cihazların saxlanıldığı xüsusi saxlanc yerləri 24 saat kamera nəzarəti altında olmalıdır;

-Bilirik ki, texnoloji inkişaf, süni intellekt dövründə məktəb daxilində smart cihazlarsız da ötüşmək mümkün deyil. Bunun üçün yalnız müəllimlərə təhkim edilmiş xüsusi smart cihazlar dərs prosesi zamanı istifadə edilməlidir. 

Elmin Nuri

Təhsil məsələləri üzrə tədqiqatçı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:239
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 Yanvar 2025 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri