Icma.az
close
up
RU
Məktəblərdə oğlan qız nisbətinin pozulması halı kəskinləşib RƏY

Məktəblərdə oğlan qız nisbətinin pozulması halı kəskinləşib RƏY

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

İllərdir bu mövzuya diqqət çəkirik, yazırıq, amma təəssüf ki, cəmiyyətimiz problemin ciddiliyini anlamır

Sosial şəbəkələrdə son günlər 1-ci siniflərdə oğlan-qız nisbətinin ciddi şəkildə pozulması məsələsi müzakirə olunur.

Jurnalist Həbibə Abdulla öz hesabında bu problemə xüsusi diqqət çəkib: "Qəmərin sinfindəki 28 uşaqdan 9-u qız, 19-u oğlandır. Bəzi siniflərdə isə 32 uşaqdan yalnız 5-i qızdır, 27-si oğlan". Qeyd edək ki, bu, təkcə bir sinfin problemi deyil, bütün məktəblərdə oxşar vəziyyət müşahidə olunur.

Rəylərdə bu problemin səbəbi kimi selektiv abortlar göstərilir. Əksəriyyət hesab edir ki, bəzi ailələr qız uşaqlarını istəmədiyi üçün doğulan uşaq nisbəti pozulur. Lakin bunun selektiv abortlarla əlaqəsi olmadığını iddia edənlər də var.


Sosioloq Mətanət Məmmədova Sherg.az-a qəzetinə açıqlamasında qeyd edilənlərlə razılaşdığını bildirib:


 "Həbibə xanım kifayət qədər ciddi problemə diqqət çəkib. İllərdir bu mövzuya diqqət çəkirik, yazırıq, amma təəssüf ki, cəmiyyətimiz problemin ciddiliyini anlamır. Məktəblərdə oğlan-qız nisbətinin pozulması uzun illərdir davam edir. Selektiv abortlarla bağlı skeptik fikirlər isə reallığı əks etdirmir".


M.Məmmədova bildirib ki, Azərbaycanda abortların sayı son illərdə əhəmiyyətli dərəcədə artıb:

 "2022-ci ildə 58 min, 2023-cü ildə 73 816, 2024-cü ildə isə 78 245 abort qeydə alınıb. Bu abortların əksəriyyəti ultrasəs müayinələrindən sonra cins seçiminə əsaslanaraq həyata keçirilir. Məktəblərdə oğlan-qız balansının pozulması artıq insanları təəccübləndirmir, çünki bu problem 10–15 il öncədən gözlənilirdi. Azərbaycanda selektiv abortların kökləri 30–35 il əvvələ gedib çıxır. Ultrasəs müayinələrinin geniş yayılması ilə bu praktikalar daha da artıb. Nəticədə evlilik yaşına çatmış oğlanlar qız tapa bilmir ki, bu da ölkənin genefonduna zərbə vurur. Dünyada normal olaraq dünyaya gələn uşaqların cins nisbəti 102–106 oğlan/100 qız aralığında olmalıdır. Azərbaycanda isə bu balans uzun illərdir pozulub. 2021-ci ildə hər 100 qıza qarşı 115 oğlan doğulub. 2024-cü ildə isə yeni doğulan uşaqların 54.6 faizi oğlan, 45.4 faizi qız olub. Bu fərq və tendensiya yaxın gələcək üçün ciddi demoqrafik risklər yaradır. BMT-nin Əhali Fondunun hesablamalarına görə, Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması davam etsə, 2050-ci ilə qədər hər il doğulan oğlan uşaqlarının sayı qız uşaqlarının sayından 12 000-15 000 nəfər çox olacaq. Bunun yaratdığı problemlər isə artıq hiss olunmaqdadır. Yaxın gələcəkdə isə bu problemin ağırlığı çiyinlərimizi yara edəcək".


Sosioloq vurğulayıb ki, Azərbaycanda selektiv abortlara qarşı maarifləndirmə işi çox zəifdir və bu məsələni tənzimləyəcək ciddi qanunvericilik tədbirlərinə ehtiyac var: 

"Qadınlar öz xoşu ilə abort qərarı vermir, ailə üzvlərinin, xüsusilə qayınana və ərin təzyiqi nəticəsində buna məcbur qalırlar. “Mütləq oğlan doğmalısan” düşüncəsi cəmiyyətdə dərin kök salıb və bunun qarşısını almaq üçün həm qanun, həm də ictimai maarifləndirmə tədbirləri vacibdir. Bu problem yalnız fərdi ailələrin deyil, bütün cəmiyyətin gələcəyi ilə bağlıdır və ciddi diqqət tələb edir. Məktəblərdə oğlan-qız nisbətinin pozulması, selektiv abortların yayılması və demoqrafik balansın sarsılması Azərbaycanda yaxın illərdə sosial və genefond problemi yarada bilər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Sentyabr 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see356

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see250

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see149

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see148

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see140

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see139

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see139

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see137

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri