Icma.az
close
up
RU
Məktəblərdə saat 18:00 a qədər iş rejimi müəllimlik peşəsini tərk edənlərin sayını artıracaq Direktor

Məktəblərdə saat 18:00 a qədər iş rejimi müəllimlik peşəsini tərk edənlərin sayını artıracaq Direktor

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Elm və təhsil naziri Emin Əmrullayevin müəllimlərin 8 saatlıq iş rejiminə keçidlə bağlı verdiyi açıqlamadan sonra meydana çıxan fikirlərdən biri də odur ki, təxminən 10-15 il sonra heç bir müəllim işsiz qalmayacaq, əksinə məktəblər müəllim axtaracaq.

Redaktor.az-a danışan "Master of Sciance" Təhsil Mərkəzinin direktoru, təhsil eksperti Rizvan Fikrətoğlu qeyd etdi ki, dərs yükünün 18-24 saata tənzimlənməsi bir çox narahatlıqlara səbəb olub:

"Amma uzunmüddətli perspektivdə bunun əmək bazarına və müəllim çatışmazlığına təsiri barədə də fərqli ssenarilər mövcuddur. 10-15 ildən sonra müəllim çatışmazlığı ehtimalı çox yüksəkdir. Bu fikir sadəcə emosional yanaşma deyil, həm də qlobal trendlərlə üst-üstə düşür. Gənclər arasında müəllim peşəsinə maraq azalır, həm də plan yeri də azalıb. Dünyanın əksər ölkələrində -Amerikada, Türkiyədə, Koreyada, Böyük Britaniyada müəllimlik peşəsinə müraciətlər 30-40% azalıb. Səbəblər isə iş yükünün artıq olması, maaşın rəqabətli olmaması, stresin yüksəkliyi, sosial nüfuzun müəyyən qədər zəifləməsi və saidir. Azərbaycanda da eyni tendensiya var".

Onun sözlərinə görə, pedaqoji ixtisaslara qəbul balları son illərdə nəzərə çarpacaq şəkildə, xüsusən də regionlarda düşüb.

"Azərbaycanda müəllimlərin böyük qismi 40 yaşdan yuxarı qrupdadır. 10-15 ildən sonra təqaüdə çıxanların sayı artacaq. Yeni gələn kadrlar isə boşluğu tam doldurmağa çətinlik çəkə bilərlər. Əhali artımı, yeni məktəblər, eləcə də inklüziv təhsilin geniş tətbiqi daha çox kadr tələb edir. Bu səbəbdən orta və uzunmüddətli perspektivdə məktəblər müəllim axtarmaq məcburiyyətində qala bilərlər. Məktəblərdə saat 18:00-a qədər qalmaq və dərs yükünün artması müəllim peşəsinin cazibəsini azalda bilər. Bu, üç nəticə verə bilər. Xüsusən də burada peşəni tərk edən müəllimlərin sayı arta bilər, gənclər arasında müəllimliyi seçmə daha da azala bilər, sistem könüllü deyil, faktiki məcburi kimi qəbul oluna bilər. Artıq son illərdə çox müəllim özəl sektora və yaxud da başqa sahələrə keçir. İş vaxtının uzadılması bu prosesi daha da sürətləndirə bilər. Əgər iş şəraiti yaxşılaşmasa, gənclər daha çevik və yüksək ödənişli sahələr seçəcəklər. Nazirlik modelin könüllü olduğunu deyib, reallıqda məktəblərin böyük qismi bunu tətbiq edəcəksə, müəllimlər üçün seçim azalmış olacaq. Müəllim çatışmazlığı yaranarsa, dövlət məcburdur ki, maaşları ciddi artırsın, iş yükünü optimallaşdırsın, daha çevik iş modelləri qursun. Müəllim maaşının artırılması əslində ölkəmizdə baş verib. Məsələn, sertifikasiya nəticəsi 50%-dən yuxarı olan müəllimlərin maaşı 10%, 60 sualdan 51-dən yuxarı suala cavab verən müəllimlərin maaşı 35% artıb. Polşa və İngiltərədə də buna oxşar tendensiya var. Orada müəllimlərin maaşı 20-40% arası artırılıb".

R.Fikrətoğlunun fikrincə, məktəblərdə fiziki saat çoxluğu deyil, real akademik yük əsas götürülməlidir.

"Bayaq daha çevik iş modeli dedim. Daha çevik iş modeli dedikdə nəyi nəzərdə tuturam? Burada yarımştat müəllimlik, gələcəkdə distant dərslər, fənn üzrə paylaşılan müəllimlərin sayı, süni intellekt və ümumilikdə hibrid tədris metodları düşünülə bilər. Bu dəyişiklik müəllim peşəsini yenidən cazibədar edə bilər. Çox böyük ehtimalla düşünürəm ki, 10-15 ildən sonra məktəblər müəllim axtara bilər. Amma bunun səbəbi müəllimlərin rifahının yaxşı olması deyil, əksinə, iş yükünün artması, əmək şəraitinin ağırlaşması, gənclərin bu sahəyə müəyyən qədər marağının azalması ola bilər. Bu gün tətbiq edilən iş rejimi isə bu tendensiyanı daha da sürətləndirə bilər".

Müsahibimiz vurğuladı ki, əsas məsələ yalnız müəllimin məktəbdə neçə saat olması deyil, müəllimin keyfiyyətli işləməsi üçün şəraitin yaradılmasıdır:

"Burada maaş məsələsi, dəstək, resurs, psixoloji yük, iş şəraiti və s. amillər var. Amma ümumilikdə müəllimlərin 18:00-a kimi məktəbdə olmasının müsbət tərəfləri də hədsiz çoxdur. Məsələn, deyirlər ki, müəllim 18:00-a qədər oturacaqsa, bunun uşağı, evi necə olacaq? Başa düşmürəm: başqa bir sektorda, dövlət qulluğunda və yaxud da özəl sektorda 18:00-a qədər oturan qadının bununla nə fərqi var? Onun uşağı yoxdur? Yəni bu məsələ də önəm daşıyır. Amma ümumilikdə maaş yaxşı olarsa və bu könüllü olarsa, əslində bu yeni model dəstəklənməlidir".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Noyabr 2025 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see201

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see144

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri