Icma.az
close
up
RU
Məktəblərdə vakansiya: Sertifikatlaşdırmada uğursuz olanlar da müraciət edə bilərlər

Məktəblərdə vakansiya: Sertifikatlaşdırmada uğursuz olanlar da müraciət edə bilərlər

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Peşə təmayüllü siniflər” layihəsi üzrə yaxın günlərdə vakansiya elan olunacaq. 
Redaktor.az
xəbər verir ki, bunu “Azərbaycan müəllimi”nə açıqlamasında “Peşə təmayüllü siniflər” layihəsinin rəhbəri Arif Pənahov deyib.
Onun sözlərinə görə, işə qəbul əsasən iki - qrup rəhbəri və peşə ixtisası sahələri üzrədir: “60-dək məktəb üzrə qrup rəhbəri, 150 nəfərədək də ixtisas müəlliminin işə götürülməsi planlaşdırılır. Hər sahə üzrə namizədlər imtahana cəlb edilirlər”.

Yaxın günlərdə qeydiyyat mərhələsinə başlanacağını deyən layihə rəhbərinin sözlərinə görə, müəyyən edilmiş meyarlara uyğun gələn namizədlər imtahana dəvət olunacaqlar: 
“İşə qəbul zamanı namizədlərin peşəkar bilik və bacarıqları, ixtisas bilikləri meyarlar əsas götürülür”.
Maraqlıdır, hər iki vakansiya üzrə imtahan sualları necə hazırlanır? 
Layihə rəhbəri bildirib ki, ixtisas müəllimlərinin imtahanında namizədlərə 60 sual təqdim olunur:

“Namizədlər müvafiq ixtisas üzrə nəzəri 35 sual, pedaqogika üzrə 10 sual, əməyin təhlükəsizliyi üzrə 5 sual, kurikulum üzrə 5 sual, metodika üzrə 5 suala cavab verməlidirlər. Qrup rəhbərlərinin imtahanında isə namizədlərə dünyagörüşü üzrə 20 sual, praktiki informatika üzrə 20 sual, pedaqogika üzrə 10 sual, kurikulum üzrə 5 sual və metodika üzrə 5 sual təqdim olunur”.
"Peşə təmayüllü siniflər” layihəsi üçün keçirilən imtahanlarda keçid balı da yoxdur:

“İmtahan nəticələrinə əsasən, hər vakant yer üzrə ən yüksək nəticə göstərən ilk üç namizəd müsahibə mərhələsində iştirak edir. Müsahibəni uğurla başa vuran namizədlərlə əmək müqaviləsi bağlanılır. Müsahibədə digər namizədə nisbətən aşağı bal toplamış digər uğurlu namizəd ehtiyat bazasına əlavə olunur. Tədris ili müddətində vakant yer yaranarsa, həmin namizədlər dəyərləndirilir”.
Sertifikatlaşdırmada uğursuz nəticə göstərənlər təmayül siniflərdə dərs aparmaq üçün müraciət edə bilərlər?
Arif Pənahovun sözlərinə görə, nəinki sertifikasiya imtahanında uğursuz olmuş, ümumiyyətlə, hazırda pedaqoji sahədə fəaliyyət göstərməyən vətəndaşlar da “Peşə təmayüllü siniflər”də çalışmaq üçün müraciət edə bilərlər. Qrup rəhbəri vəzifəsi üzrə müraciət edən namizədlərin ali təhsilli olması kifayətdir. İxtisas müəllimi vəzifəsi üzrə müraciət edən namizədlərdən isə minimum peşə təhsilinə malik olmaları tələb edilir. Hər iki vəzifə üzrə pedaqoji təcrübənin olması arzuolunandır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 İyul 2026 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see384

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see376

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see372

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see368

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see366

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see346

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see346

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see330

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see327

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see326

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see311

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see309

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see302

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see293

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see278

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see272

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see263

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see223

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see223

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri