Icma.az
close
up
RU
Məktəblərdə valideynləri narazı salan hal: Problem nə vaxt həll olunacaq? KONKRET

Məktəblərdə valideynləri narazı salan hal: Problem nə vaxt həll olunacaq? KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son günlər uşaqlar arasında müxtəlif xəstəliklər, virus infeksiyaları yayılıb. Valideynlər bunun səbəbini məktəblərdə istilik sisteminin işləməməsi ilə əlaqələndirirlər. Qeyd edirlər ki, noyabrın 15-nə qədər olan vaxt çox gecdir.

KONKRET.az xəbər verir ki, “Havalar oktyabrın ortalarından soyumağa başlayıb. Məktəb divarları buz kimidir. Oturacaqlar da çox soyuqdur. Uşağı məktəbə sağlam göndəririk, xəstə qayıdır”, – deyə iki övladı məktəbdə oxuyan paytaxt sakini Əfruz Babayeva saytımıza bildirib.

Qeyd edək ki, Bakıda hər il istilik mövsümü noyabrın 15-də başlayır.

Bəs bu müddət noyabrın əvvəlinə dəyişdirilə bilərmi?

Təhsil eksperti Kamran Əsədov hesab edir ki, şagirdlərin sağlamlığı üçün istilik qaydaları yenilənməlidir:

“Hazırda məktəblərdə istiliyin verilməsi üçün 15 noyabr tarixinin gözlənilməsi mövcud hava şəraiti və sağlamlıq tələbləri ilə uyğun gəlmir. 1969-cu ildə qəbul olunmuş bu qayda artıq öz dövrünü tamamlayıb və müasir iqlim dəyişikliklərini nəzərə almır. Artıq soyuq havalar daha erkən başlayır, bu isə xüsusilə uşaqların sağlamlığı üçün ciddi risklər yaradır.

Bu məsələyə təhsil hüququ aspektindən yanaşdıqda, hər bir şagirdin təhlükəsiz və sağlam təhsil mühitinə sahib olması təməl bir hüquqdur. Təhsil tədqiqatçısı Dr. John Dewey qeyd edir ki, “təhsil müəssisələri uşaqların fiziki və psixoloji rahatlığını təmin edəcək mühit yaratmalıdır”. Bu kontekstdə soyuq siniflərdə təhsil alan uşaqların həm sağlamlığına, həm də öyrənmə prosesinə ziyan dəyir. Belə bir şəraitdə davam edən dərslər təhsil hüququnun pozulmasına səbəb olur.

Bununla yanaşı, təhsil sağlamlığı üzrə mütəxəssis Dr. Anna Henderson vurğulayır ki, “təhsil müəssisələrində hava şəraitinə uyğun istilik təmin olunmazsa, uşaqlar arasında xəstəliklər artar və təhsil keyfiyyəti aşağı düşər”. Bu təcrübə istiliyin verilmə tarixinin hər il hava şəraitinə əsasən müəyyənləşdirilməsinin daha səmərəli olacağını göstərir.

Bu dəyişiklik tələbələrin sağlamlığını qorumaq və təhsil hüquqlarını təmin etmək üçün vacibdir. Qaydaların dövrə uyğun yenilənməsi şagirdlərin təhsil şəraitini yaxşılaşdıracaq və onların təhsil mühitini daha təhlükəsiz edəcək”.

Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı  bildirib ki, 2023-cü il sentyabrın 5-də Nazirlər Kabineti tərəfindən istilik sistemindən istifadə qaydaları təsdiqlənib:

“Bu qaydalara əsasən, bu il istilik mövsümü noyabrın 15-də başlayır və aprelin 15-də yekunlaşır”.

Elvin Basqallı qeyd edib ki, noyabrın 1-dən isə 14 dağlıq və dağətəyi rayonlarda başlanacaq:

“9 rayonda artıq qazanxanalar işə salınıb. Hava şəraiti kəskin şəkildə dəyişərsə, bu zaman qazanxanaların işə salınmasına baxıla bilər. Bağça və məktəblərin yalnız 6-8 faizi “Azəristiliktəchizat” tərəfindən istiliklə təmin olunur. Qalan məktəb və bağçalar öz qazanxanaları vasitəsilə istiliklə təmin edilir”.// Musavat.com

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:219
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Noyabr 2024 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see293

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see290

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see274

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see258

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see249

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see243

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see238

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see233

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see227

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see226

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see203

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see200

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see199

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see197

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see197

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see194

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see183

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see183

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri