Icma.az
close
up
RU
Məktəblərdə yay tətili qısaldılır? “Sovetdənqalma sistemdir”

Məktəblərdə yay tətili qısaldılır? “Sovetdənqalma sistemdir”

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

“Məktəblərdə tədris müddətinin artırılması və yay tətilinin qısaldılması məsələsi cəmiyyət üçün sadəcə təqvim dəyişikliyi deyil, həm də pedaqoji və sosial nəticələri olan ciddi qərardır”.

Bu sözləri AzEdu.az-a açıqlama verən Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov qeyd edib.

Ekspertin sözlərinə görə, sosial şəbəkələrdə yay tətilinin uzunluğu ilə bağlı səsləndirilən: “bizdə 3 ay, Avropada isə cəmi 6-7 həftədir” fikri haqlı görünə bilər:

“Ancaq bu müqayisələr kontekstdən kənar aparıldığı zaman yanıldıcı olur. Tədris müddətinin artırılması yalnız rəsmi günlərin çoxalması ilə deyil, bu müddətin nə dərəcədə effektiv istifadə olunduğu ilə ölçülür.

Statistik olaraq, Azərbaycanda məktəblərin tədris ili sentyabrın 15-dən iyunun 14-dək davam edir və bu, təxminən 34 həftəlik bir dövrü əhatə edir. Bu isə, texniki baxımdan, bir çox Avropa ölkəsindəki – məsələn, Almaniyada və ya Danimarkada 38-40 həftəlik - tədris müddətindən qısadır. Amma burada əsas məsələ dərs ili deyil, tədrisin keyfiyyəti və intensivliyidir.

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da qeyd olunur ki, tədris prosesi yalnız təqvim planlaması ilə deyil, məzmun və metodika baxımından da modernləşdirilməlidir. Yəni sadəcə dərs müddətini artırmaqla nəticə əldə etmək mümkün deyil.

Əgər hazırkı tədris prosesi aşağı effektivliklə təşkil olunursa - yəni dərslər əzbərləmə, passiv tədris, yüklü və mənasız ev tapşırıqları ilə doludursa - bu sistemi daha da uzatmaq yalnız uşaqların fiziki və psixoloji tükənməsinə səbəb olacaq”.

“Tədris müddətinin artırılması yalnız o halda məqsədəuyğundur ki, bu dəyişiklik tədris planlarının yüngülləşdirilməsi, praktiki öyrənmənin artırılması, yaradıcı və layihə əsaslı metodların tətbiqi, fənn proqramlarının şaxələndirilməsi ilə müşayiət olunsun”,- deyə ekspert fikrinə əlavə edib:

“Misal üçün, Finlandiyada və Estoniyada dərs ili daha uzun olsa da, dərslər layihə əsaslıdır, şagirdlər sinifdə müəllimi sadəcə dinləmir, özləri araşdırır, təqdim edir, tədqiqat aparır. Bu yanaşmada tədrisin keyfiyyəti müddətdən daha vacib sayılır. Azərbaycanda isə dərs saatı artdıqca, öyrənmənin keyfiyyəti yüksəlmir, sadəcə dərs yükləri və stress artır.

Yay tətilinin qısaldılması məsələsi isə digər həssas məsələdir. 3 aylıq yay tətili sovetdənqalma bir sistemin mirasıdır və bir çox hallarda bu müddət effektiv istifadə olunmur. Amma məsələ təkcə uzun tətildə deyil.

Azərbaycanda iqlim xüsusiyyəti nəzərə alınmalıdır. Məsələn, iyul və avqust aylarında ölkənin böyük hissəsində temperatur +35-40°C arasında dəyişir və məktəblərin çoxu hələ də kondisioner və soyutma sistemi ilə təmin olunmayıb. Bu halda tədris müddətini iyul ayına qədər uzatmaq real təhsilə yox, rəsmi “vaxt doldurmağa” çevrilə bilər. Danimarka və Almaniyada isə məktəblərdə şərait bu tip dəyişikliklərə uyğunlaşdırılıb və iqlim də daha mülayimdir.

Digər tərəfdən, Azərbaycan ailə modeli hələ də yay tətilini ailəvi birlik, kəndə getmək, babagilə yollanmaq, yay məktəblərində iştirak və fərdi inkişaf üçün istifadə edir. Yay tətili təkcə dərsdən uzaqlaşma deyil, həm də sosial və emosional inkişaf üçün önəmlidir.

Əgər tədris müddəti artırılacaqsa, bu zaman yay aylarında məktəb daxili yay məktəbləri, seçmə kurslar, istedadlı uşaqlar üçün əlavə inkişaf proqramları tətbiq olunmalıdır. Yəni məcburi ümumi dərs yox, seçimli və maraq əsaslı fəaliyyətlər təşkil olunmalıdır”.

K.Əsədov bildirib ki, əgər məqsəd dərsin müddətini yox, dəyərini artırmaqdırsa, bu zaman dəyişikliklər əsaslandırılmış şəkildə həyata keçirilə bilər:

“Əgər bu addım atılacaqsa, ilk növbədə bu şərtlər mövcud olmalıdır: Məktəblərin maddi-texniki bazası (ventilyasiya, soyutma, rahatlaşdırılmış sinif strukturu) təmin olunmalı, tədris planları mərhələli yüngülləşdirilməli, lakin yay aylarında şagirdin yaradıcılığı və sosial bacarıqları üzərində qurulmuş modul dərslər əlavə olunmalı, müəllimlərin əmək haqqı və iş yükü də bu uzadılmış müddətə uyğunlaşdırılmalıdır ki, bu dəyişiklik müəllim üçün də stimul yaradılmalıdır. Valideynlərə və ictimaiyyətə bu addımın məqsədi və nəticəsi şəffaf və əsaslandırılmış şəkildə izah olunmalıdır.

Qısacası, Azərbaycan təhsilində tədris müddətinin artırılması yalnız “başqaları ilə müqayisə” motivasiyası ilə yox, yerli kontekst, iqlim şəraiti, mövcud resurslar, psixoloji və pedaqoji əsaslandırma ilə həyata keçirilməlidir.

Əgər məqsəd dərsin müddətini yox, dəyərini artırmaqdırsa, bu zaman dəyişikliklər əsaslandırılmış şəkildə həyata keçirilə bilər. Əks halda, bu qərar təhsilə yox, onun qəbul olunmasına mənfi təsir edəcək. Bizə çox dərs saatı yox, çox öyrədən dərs lazımdır”.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:282
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 15 May 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see727

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see331

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see296

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see293

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see271

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see268

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see248

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see232

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see231

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see228

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see212

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see206

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see200

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see194

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see193

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see185

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri