Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Məktəblərə “cəza yağışı” gəlir: Müəllim və şagirdlər üçün çətin dövr

Məktəblərə “cəza yağışı” gəlir: Müəllim və şagirdlər üçün çətin dövr

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Son illər məktəblər əsasən müxtəlif istiqamətli kriminal hadisələr, şagird-müəllim-valideyn arasında baş verən münaqişələrlə yadda qalır. 

Belə hadisələrdən biri kimi son günlər Bakıda müəllimlə valideyn arasında baş verən mübahisəni göstərmək olar. Hadisə 25 nömrəli məktəbdə baş verib və Azərbaycan dili müəllimi Xeyransa Karakovanın mübahisə zamanı halı pisləşərək komaya düşdüyü qeyd edilirdi. O, 2 gün komada qaldıqdan sonra müalicə aldığı xəstəxanada vəfat edib. 

Baş vermiş hadisəni təkzib edən məktəbdən bildirilmişdi ki, Xeyransa Karakova ürək çatışmazlığı səbəbindən dəfələrlə xəstəxanada müalicə alıb. Fevralın 24-də evində halı pisləşərək xəstəxanaya yerləşdirilən X.Karakova fevralın 26-da orada dünyasını dəyişib: “Rəhmətə gedən müəllimin vəfatı səbəbi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil”. 

Bu hadisənin mətbuata çıxarılması  belə müəllim-valideyn münasibətlərinin bir nümunəsidir. Digər bir hadisə isə Ucar rayonunun Rəstəcə kəndində baş vermişdi. Məktəblilər arasında dava zamanı bir şagird ağır xəsarət almışdı. 

Belə ki, 9-cu sinif şagirdləri arasında yaranan mübahisə sonradan əlbəyaxa davaya çevrilmişdi ki, 2009-cu il təvəllüdlü K.G. sinif yoldaşı M.G.-ni bıçaqlamışdı. Son xoşagəlməz hadisələrdən biri kimi bugünlərdə sosial şəbəkələrdə Bakının Pirallahı rayonu, Gürgən qəsəbəsi 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoyun səs yazısını göstrmək olar. Səs yazısında direktorun müəllimlərlə mübahisəsi yer alıb. 

Direktor müəllimlərin ona ad günü ilə bağlı aldıqları 600 manatlıq hədiyyəni bəyənməyib və bu səbəbdən pedaqoji heyəti təhqir edib. Rektor müəllimlərə "Mənə dilənçi payı lazım deyil",- deyə irad tutub. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, məsələ araşdırılacaq. 

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri məktəbdə olub. Rəsmi şəxslər pedaqoji heyətin üzvləri ilə müvafiq söhbətlər aparıblar. Məsələ ilə bağlı araşdırma aparılır. 

Məktəbdə baş verən bu hadisələr ictimaiyyət tərəfindən narahatlıqla qarşılanmır, məktəblərlə bağlı mənfi rəy formalaşmasına səbəb olur. Niyə bu gün məktəblərimiz təhsil, təlim-tərbiyə ocağı kimi deyil, krimal hadisələr, münaqişələrin baş verdiyi müəssisələr olaraq gündəmə gəlir? 

Məsələ ilə bağlı təhsil eksperti Elmin Nuri “Cebheinfo.az”-a bildirib ki, məktəblərdə istər şagirlərin öz arasındakı, istər şagird-müəllim, istər müəllim-valideyn, istərsə də məktəb rəhbərliyi ilə müəllim münasibətlərində intizam prinsiplərinə uyğun olmayan, məktəb nüfuzuna xələl gətirən və tədris prosesinin pozulması ilə nəticələnən hadisələr yaşanır: 

“Çox təəssüf ki, bir ərazidə az, digər ərazidə çox olsa da, reallıq bunu deməyə imkan verir. 

Xüsusən də şagirdlərarası münasibətlərdə, müəllim-şagird əlaqələrində bu cür pozuntu hallarına rast gəlirik.Valideynlərlə müəllimlər arasında pozuntulara o qədər də çox rast gəlinmir. Çünki bizdə valideynin şagirdə olan nəzarəti ibtidai seqmentlə mədudlaşır. Yəni valideynin şagird üzərində nəzarəti əsasən I-IV siniflər arasındadır. Yuxarı siniflərə gəldikdə isə bu nəzarət tədricən aradan qalxır. Məsələnin artıq qanunvericilik tərəfi işlənməlidir. 

Sevindirici məqamlardan biri ondan ibarətdir ki, artıq gələn tədris ilindən “Şagird davranış qaydaları” bütün ölkədə tətbiq ediləcək. Bunun kağız üzərində qalacağı, yalnız məktəbin divarında asılan qayda olacağı, yaxud həqiqətən sistem olaraq işləyəcəyini zaman göstərər”. 

Ekspert bildirib ki, hazırda 300-ə qədər məktəbdə bu pilot layihə şəklində həyata keçirildi: 

“Şəxsən mən istərdim ki, həmin məktəblərdəki monitorinqlərin nəticələri elan olunsun. Bilmək istəyirəm ki, şagirdlər, müəllimlər tərəfindən nə kimi qayda pozuntuları oldu və onlarla bağlı hansı cəza, intizam tədbirləri həyata keçirildi. Bunlar monitorinq kimi açıqlansın, biz də görək ki,  “Şagird davranış qaydaları” pilot şəkildə də olsa, 300 məktəbdə işləyir. Biz bunu görmürük, yalnız rəqəmləri görürük. Bu qaydalar çox yaxşı hazırlanıb, ancaq kağız üzərindədir. Burada müəyyən qayda pozuntularına görə cəza mexanizmləri var. Məsələn, 5 və 6-cı dərəcəli davranış pozuntuları daha ağır cəzaların tətbiqini tələb edir. Biz görək ki, 300 məktəbdə bu qaydalar işlək olub və hazırda da öz keçərliliyini qoruyub saxlayacaq. Bu, ortada yoxdur və böyük boşluqdur”. 

Ekspertin fikrincə, bu, qarşıdakı tədris ilində də “Şagird davranış qaydaları”nın müəyyən qədər uğurlu tətbiqini sual və şübhə altında saxlayır:

“Şəxsən mən görmədim ki, hansısa məktəbdə şagird, yaxud müəllim “Şagird davranış qaydaları”na əsasən cəzalandırılıb və ona uyğun tədbir görülüb. Bu barədə bir məlumat yoxdur. Başa düşmürəm, 300 məktəbin hamısında nisbi sakitlik olub? Bu, inandırıcı deyil. Bundan başqa “Müəllimlərin etik davranış qaydaları” var, Elm və Təhsil Nazirliyi tərəfindən tövsiyə xarakterli olaraq hazırlanmış sənəddir. 

Orada müddəalar var ki, hər biri nəzəri olaraq çox aktualdır. Ümumilikdə yaxşı hazırlanıb. Yaxşı, bu praktikada nə dərəcə keçərlidir? Bizdə problem odur ki, hər bir amilin nəzəri olaraq əsaslandırılması var, praktikada mexanizmi yoxdur. Artıq bu sənədləri həm şagirdlər, həm də müəllimlərlə bağlı praktiki müstəviyə gətirməliyik. Gətirilmədiyi halda  şagirdlər arasında neqativ hallar çox olacaq,  müəllim-şagird münasibətlərində neqativ hallarına yenə rast gəlinəcək”. 

Ekspert öz yaxınlarının timsalında artıq valideynlər arasında məktəbə xələl gətirən hadisələrin olduğunu gördüyünü deyib: “Valideyn müəllimin işinə müdaxilə edir. Məktəbdə asayişi pozacaq hallara səbəb olan bir emosiya nümayiş etdirir. 

Bizdə artıq üçüncü istiqamət, “Məktəb daxilində valideynlərin etik davranış qaydaları” hazırlanmalıdır. Doğrudur, “Şagird davranış qaydaları”nda valideynlər də nəzərdə tutulub. Ancaq bu, şagird üçün keçərli olub ki, valideyn üçün də keçərli olsun? Bu gün məcburuq ki, tamam başqa proqram əsasında xüsusi qaydalar çərçivəsi hazırlayaq. 

Çünki həqiqətən də buna ehtiyac var. “Votsap” qruplarındakı valideyn diqtəsindən tutmuş, məktəb daxilində tədris prosesinin pozulmasına qədər valideynlərin də günahı az deyil. Bu üç istiqamət, yəni şagird-valideyn-müəllim istiqamətləri artıq nəzəri deyil, praktikada öz sözünü deməlidir. Demədiyi halda biz hələ çox neqativ halların şahidi olacağıq”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Mart 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see494

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see396

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see385

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see331

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see297

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see296

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see288

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see242

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see213

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see203

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see196

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see181

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see171

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see168

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see156

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see140

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see129

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri