Icma.az
close
up
RU
“Məktəblərin üzərinə onların daşıya bilməyəcəyi yük qoyurlar” Yenilənib

“Məktəblərin üzərinə onların daşıya bilməyəcəyi yük qoyurlar” Yenilənib

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Təhsildə Azərbaycan dili ilə bağlı əsas üç məqamı demək istərdim. İstənilən fənn kimi məzmun, müəllim və qiymətləndirmə öz-özlüyündə kifayət qədər texniki yanaşma tələb edir”. 

“Qafqazinfo” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən Konfransda bildirib.

“Dillə bağlı ayrı-ayrı tədqiqatlara əsaslanan müzakirələri daha faydalı hesab edirik. Müşahidələr onu göstərir ki, ənənəvi Azərbaycan müəlliminin sinif otağındakı davranışı ilə bugünkü müəllim arasında kifayət qədər fərqlər var, onları da problem kimi qeyd etməliyəm. İlk növbədə Azərbaycan dilinin tədrisi zamanı dinləmə və danışma, oxu, yazı dil qaydaların düzgün tədrisindən danışırıq. Bir çox hallarda müxtəlif maraqları təmsil edən insanlar tərəfindən məktəblərin üzərinə onların daşıya bilməyəcəyi yük qoyurlar.

Yəni biz 6 yaşlı uşaqdan dillə bağlı siyasi mövqe gözləyə bilmərik. Biz 6 yaşlı uşaqda dilə sevgi formalaşdırmaq üçün birinci bacarıqları formalaşdırmalıyıq. Biz geniş siyasi çağırışlarla 6 yaşlı uşağı daha yaxşı Azərbaycan dilində danışmağa sövq edə bilmərik. Bunun üçün müəllim, düzgün metodikaya ehtiyac var”, - nazir bildirib.

***

Nazir əlavə edib ki, məzmun nə olursa-olsun, dərslik nə qədər səmərəli yazılsa da, sonda sinif otağında ən vacib rolu oynayan müəllimdir: “Müəllimlərlə bağlı son illərdə keçirilən sertifikatlaşdırmada təxminən 8 minə yaxın müəllimin öz peşəsinə uyğun olmadığını müəyyən edib müqavilələrinə xitam vermişik. Onlardan 5 minə yaxını ibtidai sinif, 1000 nəfərə qədəri isə Azərbaycan dili müəllimləri idi.

Müəllimin özünün səriştəli olmağı minimal zəruri şərtdir. Bünövrə ibtidai təhsildə qoyulur. Düzgün qoyulmadıqda növbəti mərhələlərdə həmin təhsilalanda bacarıqların inkişafı da problemli olur”.

Nuranə Daxilqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 Dekabr 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri