Icma.az
close
up
RU
Məktəbli formaları ucuzlaşıb Bakı Tikiş Evindən REPORTAJ

Məktəbli formaları ucuzlaşıb Bakı Tikiş Evindən REPORTAJ

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 12 sentyabr, Günel Türksoy, Mirrəsul Cəfərov, Nicat Haşımov AZƏRTAC

Azərbaycanda yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Valideynlər övladlarını məktəbə yola salmaq üçün son hazırlıq işlərini görürlər. Onların indi üz tutduqları məkanlardan biri də Bakı Tikiş Evidir.

AZƏRTAC-ın əməkdaşları da şagirdlərin geyimlə təminatı sahəsində görülən işlərlə, eləcə də məktəbli formalarının keyfiyyəti, qiyməti və digər məsələlərlə maraqlanmaq üçün Tikiş Evində olublar.

Müşahidələr göstərib ki, dərslərin başlamasına çox az qalsa da, Tikiş Evinə gələnlərin sayı hələ də çoxdur. Valideynlər məktəbli övladlarına ölçülərinə uyğun geyimləri seçib alırlar. Qiymətlər isə ötən ilə nisbətən aşağı düşüb. Belə ki, həm oğlanlar, həm də qızlar üçün qısaqol polo köynəklər 8, uzunqol polo köynəklər 10, şalvar 15, jaket isə 20 manatadır. Qızlar üçün ətək 15 manatadır. Standart ölçüdən böyük geyimlər isə parça sərfiyyatına görə mövcud qiymətdən 5 manat bahadır. Ötən il isə müvafiq olaraq qısaqol və uzunqol polo köynəklər 12 manata satılıb. Şalvarlar 20, jaketlər isə 30 manata olub.

Bakı Tikiş Evi Açıq Səhmdar Cəmiyyətinin satış şöbəsinin müdiri Etibar Əzimov AZƏRTAC-a açıqlamasında satış prosesindən razı qaldığını bildirib. O deyib ki, yeni tədris ili üçün bu günədək 100 mindən çox məktəbli forması tikilib: “Qiymətlər ötən illərə nisbətən aşağı düşüb. Çünki bazarda çoxlu mənşəyi bilinməyən, süni materiallardan tikilmiş məktəbli formaları var. Belə formaları da ucuz satırlar. Ona görə qiymətləri minimum səviyyəyə endirdik ki, hər kəs üçün əlçatan olsun. Valideynlərə tövsiyə edirik ki, təsadüfi yerlərdən sertifikatı, zəmanəti olmayan məktəbli formaları almasınlar. Bizim məktəbli formalarının 1 il zəmanəti var. Bakı şəhərində 7 satış mərkəzimiz fəaliyyət göstərir. Onlar demək olar ki, şənbə-bazar günləri də daxil olmaqla, fasiləsiz işləyir. Mağazaların ünvanını Bakı Tikiş Evinin internet saytından və sosial şəbəkə hesabından əldə etmək olar. Hər yerdə eyni qiymətdir. Valideynlər bundan məmnundurlar, hər kəs gəlib, rahatlıqla ala bilir. Bəzi ölçülər olmadıqda, əlavə sifarişlər veririk. Ölçülər azalan kimi onun tikişini təşkil edirik. Daha böyük olan 56-60 santimetr ölçülü geyimlər də tikirik. Paytaxtda fəaliyyət göstərən dövlət məktəblərinin məktəbli formalarının hamısı bizdə var. Gimnaziya və liseylərin şagirdləri isə fərqli formalar geyindiyindən onların geyimləri bizdə olmur”.

Şöbə müdiri diqqətə çatdırıb ki, Nazirlər Kabinetinin qərarına əsasən, polo köynəklərin materialı 100 faiz pambıqdır və parçaları Özbəkistandan gətirilir. “Şalvar və ətəklərin materialı isə 60 faiz yun, 40 faiz polyesterdir. Həmin parçaları da Belarusdan və Türkiyədən sifariş edirik. Bütün parçaların sertifikatı var”, - deyə o vurğulayıb.

Müşahidələr onu da göstərib ki, Bakı Tikiş Evində alıcılara yüksək səviyyədə xidmət göstərilir.

Paytaxt sakini Zoya Hüseynova xidmətin yüksək olmasını deməklə yanaşı, bu il məktəbli formalarının ucuzlaşmasından da razılığını bildirib: “Geyimlərin keyfiyyəti digər yerlərdə satılan mallardan daha yaxşıdır. Uşağa ətək və şalvar almışam. Valideynlərə məsləhət görürəm ki, məktəbli formalarını gəlib, buradan alsınlar. Böyük övladım formanı iki il geyindi. Köynəklərdə ləkə belə qalmır”.

Bakı sakini Günel Hüseynova da hər il məktəbli geyimlərini Bakı Tikiş Evindən aldığını qeyd edib. O, burada müştərilərə göstərilən xidmətdən çox razı qaldığını diqqətə çatdırıb: “Geyimlərlə bağlı heç bir şikayətim yoxdur. Yuyulandan sonra da keyfiyyətini itirmir. Rəngi dəyişmir, solmur. Qiymətlər də cibimizə uyğundur. Sadəcə uşağın ölçüləri dəyişdiyi üçün mən yeni məktəbli forması aldım. Ölçülər dəyişməsəydi, əvvəlki formanı istifadə edərdik”.

Paytaxt sakini Faiq Qasımov uşaqlarının geyimlərini hər il Bakı Tikiş Evindən aldığını bildirib. “Qiymətlər münasibdir. Kiçik oğlum 10-cu sinifdə oxuyacaq. Ona böyük ölçü geyim lazımdır. Yəqin ki, gələn il də buradan alacağam”.

Məktəbli forması almaq üçün Bakı Tikiş Evinə gəlmiş 278 nömrəli məktəbin V sinif şagirdi Yusif Muxtarov AZƏRTAC-ın əməkdaşlarına yaxınlaşaraq buradakı geyimləri bəyəndiyini bildirib. Bu geyimlərin rahat və yaraşıqlı olduğunu deyib. Eyni zamanda, vurğulayıb ki, bütün məktəb ləvazimatları ilə təmin olunan şagirdlər dərslərini yaxşı oxumalı, nailiyyətlər əldə etməlidirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:311
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Sentyabr 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see375

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see373

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see334

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see323

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see306

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see305

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see301

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see266

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see250

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see239

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see229

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see200

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see199

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see197

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see193

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see183

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see181

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see176

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see173

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri