“Məktəbli formasına məsuliyyətlə yanaşmalıyıq” Müəllimdən REAKSİYA
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Vahid məktəbli forması haqqında onu deyə bilərəm ki, bu, dövlətin məktəblər qarşısında qoyduğu tələblərdən biridir. Biz də müəllim, valideyn və vətəndaş olaraq dövlətin müəyyən etdiyi qaydalara riayət etməliyik".
Bunu Redaktor.az-a açıqlamasında Azərbaycan dili və ədəbiyyat müəllimi, repetitor Muradxan Hüseynov bildirdi.
"Məktəbli forması şagirdlər arasında vahidliyin qorunması, məktəb mühitində nizam-intizamın təmin edilməsi baxımından əhəmiyyətlidir. Düşünürəm ki, hər birimiz bu məsələyə məsuliyyətlə yanaşmalı, uşaqlara da qaydalara hörmətlə yanaşmağı aşılamalıyıq. Əsas məqsədimiz məktəblərdə sağlam təhsil mühitinin formalaşdırılması və şagirdlərin təlim-tərbiyəsinə müsbət təsir göstərmək olmalıdır", - deyə müsahibimiz yekunlaşdırdı.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 12 Oktyabr 2026 16:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















