Məktəbli uşağın fikrini soruşmadan psixoloqa aparmaq hüquqi pozuntudurmu?
Icma.az bildirir, Gununsesi portalına istinadən.
Valideynlər uşağını məktəbdə psixoloqa aparır və müayinə etdirir. Uşaq isə heç nə başa düşmür və razı deyil.
Uşağın razılığı olmadan belə bir psixoloji müdaxilə qanunidirmi?
Hüquqşünas Uğur Əliyev bu barədə Gununsesi.info-ya danışıb:
“Psixoloji yardım haqqında” qanuna əsasən (2011), psixoloji yardım könüllülük prinsipi ilə həyata keçirilməlidir. 14 yaşından yuxarı uşaqların psixoloqa razılıq vermə hüququ var. Hətta 14 yaşdan aşağı olsa belə, yardım onun psixoloji rifahına ziddirsə və uşaq açıq şəkildə etiraz edirsə, bu, etik və hüquqi pozuntu hesab oluna bilər. Məktəb psixoloqları bu qaydalara əməl etməzsə, valideynlər Təhsil Nazirliyinə şikayət edə bilər”.
Elmar
Baxış sayı:100
Bu xəbər 06 Avqust 2025 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















