Məktəblilər beynəlxalq imtahanlara görə hazırlanmır? RƏSMİ AÇIQLAMA
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Riyaziyyat fənninin tədris məzmununun beynəlxalq qiymətləndirmə çərçivələrinə uyğunlaşdırılması şagirdləri həmin imtahanlara hazırlamaq deyil, Azərbaycan təhsil sistemini beynəlxalq standartlarla uzlaşdırmaq məqsədi daşıyır.
Redaktor.az xəbər verir ki, bunu riyaziyyat dərsliklərinin ictimai müzakirəsində Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) direktor səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan beynəlxalq qiymətləndirmələrin məzmun çərçivələrinin hazırlanmasında iştirak edir və həmin sənədlərə müvafiq rəylər təqdim edir:
“Biz uşaqları beynəlxalq qiymətləndirmələrin suallarına hazırlamırıq. Məqsədimiz müxtəlif yaşlarda şagirdlərin hansı bilik və bacarıqlara yiyələnməli olduğu ilə bağlı beynəlxalq səviyyədə qəbul edilən yanaşmaları nəzərə almaqdır. Məsələn, TIMSS qiymətləndirməsində IV sinfin sonunda şagirdin riyaziyyat üzrə hansı biliklərə malik olmalı olduğu müəyyənləşdirilir. Ekspertlərimiz həmin çərçivələri təhlil edərək bəzi mövzuların digər ölkələrdə daha erkən yaşlarda tədris olunduğunu müəyyənləşdirirlər. Biz də şagirdlərimizin nəticələrini beynəlxalq səviyyədə müqayisə etmək üçün müvafiq uyğunlaşdırmalar aparırıq. Bu proses imtahana hazırlıq deyil, təhsil sistemlərinin uyğunlaşdırılması məqsədi daşıyır”.
E.Əliyev qeyd edib ki, dərsliklərdə şagirdlərə tanış olmayan, lakin gündəlik həyatla əlaqəli tapşırıq növlərinə də yer verilməsi vacibdir. Çünki şagird müəyyən bilik və bacarığa malik olsa belə, əvvəllər qarşılaşmadığı tapşırıq formasını yerinə yetirməkdə çətinlik çəkə bilər.
ARTİ rəsmisi dərsliklərin ictimai müzakirələrinin təşkili ilə bağlı da təklif irəli sürüb. O bildirib ki, gələcəkdə daha səmərəli nəticələr əldə etmək üçün dərsliklərin siniflər üzrə ayrı-ayrılıqda, daha yığcam formatda müzakirəsi məqsədəuyğun ola bilər.
“Eyni gündə, üç saat ərzində çoxsaylı dərsliyin müzakirəsinin nə dərəcədə effektiv olduğu barədə düşünməliyik. Gələcək müzakirələrdə tərəflərin hücum və müdafiə mövqeyindən çıxış etməməsi də vacibdir. Çünki səsləndirilən bütün rəylərin əsas məqsədi dərsliklərin təkmilləşdirilməsidir. Təhsil İnstitutu olaraq belə açıq və konstruktiv müzakirələrin təşkilinə hazırıq”, - deyə o vurğulayıb (Azərbaycan müəllimi).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 19 Noyabr 2026 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















