Icma.az
close
up
RU
Məktəbliləri “qaz” və elektrikdən necə qoruyaq? Tovuz hadisəsinə sözardı

Məktəbliləri “qaz” və elektrikdən necə qoruyaq? Tovuz hadisəsinə sözardı

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bir neçə gün öncə Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbində baş verən hadisə  təhsildə təhlükəsizlik məsələsinə bir daha yenidən diqqət yetirmənin  vacibliyini göstərmiş oldu. Qeyd edək ki, dekabrın 19-da sözügedən məktəbin 2 sinfində sobanın tıxanması səbəbindən tüstülənmə nəticəsində 71 nəfər zəhərləndi. Xoşbəxtlikdən heç bir insan tələfatı baş verməsə də, məktəb tezliklə öz tədris prosesini yenidən bərpa etsə də, hadisə SOS siqnalı kimi dəyərləndirilməlidir.

Beynəlxalq təcrübədə tədris müəssisələrinin elektrik və istilik qurğuları ilə bağlı təhlükəsizlik tədbirlərinə xüsusi nəzarət edilir, Avropa ölkələrinin bir çoxunda isə bu mexanizm ildə bir dəfə ciddi şəkildə yoxlanılır. Standartlara, qaydalar normasına cavab verməyən müəssisə isə problem aradan qaldırılana qədər fəaliyyətini dondurur. 

Xarici təcrübədə elektrik və istilik qurğularının yarada biləcəyi mümkün təhlükələrə qarşı tədbirlər davamlı şəkildə aparılır. Burada məqsəd fövqəladə durum yarandığı an ona lazımı  müdaxilə üçün psixoloji və praktiki baxımdan hazırlıqlı olmaqdır. Bu səbəbdən də bir çox ölkələrdə məktəb daxilində seçilmiş könüllü müəllim və texniki əməkdaşlardan ibarət qruplar üçün ildə bir neçə dəfə təlimlər təşkil olunur. Həmin təlimlər yalnız nəzəri məlumatlandırma ilə yekunlaşmır, daha çox praktiki bacarıqların tətbiqinə fokuslanır. Təlimlərdə qrup iştirakçılarına  (müəllim və texniki işçilər) çalışdıqları məktəb daxilində təhlükəsizlik qaydalarına ciddi nəzarət etmələri üçün həm müntəzəm yoxlama təlimləri, həm də uyğunluq yoxlamaları təlimləri keçirilir. Bu təlimlər sayəsində qrup üzvləri məktəb daxilində  potensial təhlükələri və ya texniki xidmət ehtiyaclarını müəyyən etmək üçün elektrik sistemləri, istilik avadanlığının müntəzəm yoxlanışlarının planlaşdırılması və nəzarəti bacarıqlarına sahiblənirlər. Onlar həmçinin, bütün qurğuların yerli tikinti qaydalarına və təhlükəsizlik standartlarına uyğunluğunu yoxlayır və buna əmin olduqdan sonra müsbət rəy vermiş olurlar.

Həmçinin təhlükəsizlik məqsədilə atılan növbəti addımlardan biri də müəllim və texniki işçiləri qrup təlimlərinə cəlb etmək yox, onlar üçün sırf nəzəri-bilgiləndirmə, məlumatlandırma təlimlərinin keçirilməsidir. Yəni, burada digər qruplardan fərqli olaraq, təhlükəsizliyə müntəzəm nəzarət yox, fövqəladə hallar yaşandıqda düzgün qərar qəbul edəcək şəxsləri görmək mümkündür. 

Bütün bunlar təhlükəsizlik standartları üçün normal hallardır və bizim yerli məktəblərdə də tətbiqi heç də pis olmazdı. Amma mütləq deməli olduğumuz bir başqa reallıq da var: ən yaxşı təhlükəsizlik qaydası düzgün və keyfiyyətli standartlarla məktəb binasının tikilməsi, oradakı elektrik və istilik təchizatı qurğularını  yüksək səviyyədə təşkil etməkdir. Bunlar həyata keçirildiyi təqdirdə fövqəladə hallarla bağlı məktəb kollektivinin də çox təlimlərdə iştirakına ehtiyac olmaz. Amma, Avropa məktəblərində bu standart qaydadır: tədris binası ən yüksək səviyyədə tikilsə də, təhlükəsizlik qaydalarına son dərəcədə ciddi detalları ilə əməl edilsə də yenə də bu təlim və normativlər həyata keçiriləcəkdir. 

Bu kimi məsələlərdə beynəlxalq təcrübədən geri qaldığımız əsas məsələlərdən biri də kadrlarla bağlıdır. Beynəlxalq təcrübədə tədris müəssisəsi daxilində elektrik və istilik təchizatı qurğularının təhlükəsizlik, sazlanmasına nəzarət edən bir neçə işçi var ki, onların da fəaliyyəti qanuni ştat cədvəlinə əsasən müəyyən olunur. Bu kimi işçilər məktəb daxilində baxım cədvəlinin hazırlanması və ona nəzarət edilməsi, elektrik və istilik avadanlığının düzgün, təhlükəsiz işləməsini təmin etmək üçün onlara müntəzəm texniki qulluq proqramın  yaradılması və ona nəzarət üzrə ixtisaslaşır və müəssisə daxilində baş verəcək hər hansı neqativ olayın qarşısını anında alırlar.

Yerli məktəblərdəki durum

Rəsmi məlumatlara əsasən, ölkədə fəaliyyət göstərən 4532 orta ümumtəhsil müəssisəsinin  1200-dən çoxusunda analoji istiqamətdə müəyyən problemlər müəyyən olunub. Bununla bağlı həmin məktəblərdə təmin işlərinə start verilib və bir çoxunda bu proses artıq başa çatıb. Hazırda da təhsil müəssisələrinin istilik sistemlərinin monitorinqi və istiliyin verilməsi ilə yaranmış problemlərin həlli istiqamətində işlər davam etməkdədir.

Rəsmi məlumatlara əsasən, hazırda Elm və Təhsil Nazirliyinin tabeliyində olan təhsil müəssisələrinin 38 faizi odun, dizel, elektrik radiatorları və digər vasitələrlə qızdırılır. Payız-qış mövsümünə hazırlıq çərçivəsində bu kimi təhsil müəssisələrinin müvafiq yanacaqla təminatı prosesi davam etdirilir.

Artıq ikinci ildir ki, odundan istifadə edən bir sıra məktəblərin pellet yanacağına keçidi də həyata keçirilib. Qazax, Tovuz və Ağstafa rayonlarında yerləşən 44 təhsil müəssisəsində 800-dən artıq pellet sobası quraşdırılıb və yanacaq təminatı icra edilib.

Amma adıçəkilən pellet sobalarının ekoloji cəhətdən təmiz olması və təhlükəsizlik standartlarına nə dərəcədə cavab verilməsi məsələsi barədə ətraflı danışmaq lazımdır. Bu sahədə peşəkar olmadığımızdan və spesifik istiqamət sayıldığı üçün yalnız mütəxəssislərin və yalnız monitorinqlərdən sonra söz deməsi daha doğru olar. Lakin məsələn bir tərəfi də var ki, o bizdə nigaranlıq yaratmaya bilmir: Tovuz məktəbində baş verən hadisə bizim üçün hansı SOS siqnalını səsləndirmiş oldu? Bu hadisədən sonra hər hansı təhlükəsizlik monitorinqi, eləcə də nəzarət proqramı hazırlandımı? 

Yaxud, beynəlxalq təcrübədə təhsil müəssisələri ilə bağlı nəzərdə tutulmuş təhlükəsizlik standartları, onların uyğunluq göstəriciləri nəzərdən keçirildimi?

Əgər keçirilibsə, bununla böyük məmnuniyyətlə tanış olmaq istərdik. Əks halda, “Tovuz məktəbi” olayının yenidən yaşanması daha ciddi fəsadlara yol aça bilər.

Elmin Nuri

Təhsil məsələləri üzrə mütəxəssis

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 Dekabr 2024 23:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri